Logo

CVT TARANSMİSSİYA NƏDİR?

CVT TARANSMİSSİYA NƏDİR?

CVT TARANSMİSSİYA NƏDİR?

 Əslində CVT ilə bağlı mövzunu kiçik bir yazıya sığdırmaq mümkün olmadığı üçün, uzun yazmağa tənbəllik edirdim. Həmdə uzun yazanda hec kim oxumur. Bunu dünənki iki paylaşımdan da görə bilərsiz. Sürətlər qutusu barəsində yazdığım o boyda yazı daha az bəyənildi nəinki xaricdən gələn heç özümün də dərindən tanımadığım şərti adı Coni olan şəxlə olan şəklim. Adam qalır fikirləşə fikirləşə ki yazım yazmayım? Yoxsa gedim hər dəfə bir Conidən Deyviddən tapım şəkil çəkdirim?  Mən həmişə ona görə deyirəm ki TV ləri qınamayın. Onlar hər bir mövzuda inyelektual, savadlı, elmi  və insanların zəkasını inkişaf etdirən mövzular yayımlaya bilərlər. Amma tələbat yoxdu inanın mənə. Yoxdu deməkdə haqsızlıq çıxar. Daha azdır desək lap düzgün yanaşarıq. Bu saat istər TV də, istər sosyal şəbəkədə tələbat ancaq rakada çıkada mövzularadır. 
Yenə ağzım qızdı kişi xahiş etdiyi mövzu yadımdan çıxdıeee. Keçək CVT yə. Yoxsa belə insani məsələrdən yazsam bitəsi deyil.

CVT transmissiyası ilə avtomatik transmissiya arasındakı fərq avtomatik transmissiya ilə mexaniki transmissiya arasındakı fərq qədər kəskin deyil. Bunun səbəbi, CVT nin əslində avtomatik transmissiyanın bir növü kimi olmasıdır. CVT "davamlı dəyişən ötürücü" deməkdir.
Bütün digər avtomatik transmissiyalar kimi, CVT də avtomobiliniz hərəkət etdikcə dişli nisbətini avtomatik olaraq dəyişir, beləliklə, sürücü sürətləri əl ilə dəyişməli olmur. Avtomatik transmissiyalar mühərrikə nisbətən yüksək fırlanma sürətini saxlamaqla bir sıra sürət və fırlanma anı çıxışları təklif etməyə imkan verir. CVT transmissiyaları da eyni şeyi edir. Bununla belə, əksər avtomatik transmissiyalar məhdud sayda dişli nisbətlərini təmin edir, lakin CVT-lər qeyri-məhdud nisbətlər diapazonu vasitəsilə qüsursuz şəkildə dəyişə bilər. CVT-lər hətta avtomobiliniz müxtəlif sürətlərdə hərəkət edərkən belə sabit dövürlərdə işləyə bilər ki, bu da CVT-lərin digər avtomatik transmissiyalara nisbətən daha rəvan işləməsini effektiv edir.

Bəzi CVT Transmissiya Problemləri Nələrdir?

CVT lər problem yaratmağa meylli deyillər. CVT-lər transmissiya mayesinin çatışmazlığından yaranan bir sıra problemlərə həssasdır. Bəlkə də CVT-lərlə bağlı ən böyük problem sürücülərin bu sürətlər qutusunu yaxşı tanımamasıdır . CVT-lər digər transmissiyalardan fərqli səslə işləyir və ona görə də siz narahat edən uğultu və ya tıqqıltı səsi eşidə bilərsiniz. Lakin bu səslər əksər CVT-lər üçün tamamilə normaldır.Əsas problemlərdən biridə daxili sepin uzanması və qırılması problemidirki ki  bu problem yaranmamışdan qabaq zatən norman səsin üzərində səs etməklə  sizi xəbərdar edir.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.