Logo

Dişli qayış ( mühərrik iç remen) qırılanda nələri dağıdır və nəvaxt dəyişilməlidi?

Dişli qayış ( mühərrik iç remen) qırılanda nələri dağıdır və nəvaxt dəyişilməlidi?

Dişli qayış ( mühərrik iç remen) qırılanda nələri dağıdır və nəvaxt dəyişilməlidi?

Avtomobil ehtiyyat hissələri arasında ən zəhləm getdiyi bir detaldır. Düzdü soruşacaqsız ki niyə zəhlən gedir. Çünki şərəfiz xarab olanda heç kimə xəbər etmir. Həqiqətən də bu dişli qayışıla zarafat etməyin. Yoxsa sizin bədbəxtciliyiniz hər hansısa ustanın xoşbəxtçiliyinə cevrilə bilər (yəni pul mənasında). 

Dişli qayış mühərrik işləməsinin sazlığı üçün klapanları məhz vaxtında açıb-bağlayaraq mühərrikinizdə qaz paylayıcı vallara nəzarət edir.
Porşenlərə uyğun ardıcıllıq ilə hərəkət etməsi üçün dişli qayış müvafiq qaydada kalibrlənməlidir. Nəqliyyat vasitənizdə hansı növ mühərrikin olmasından asılı olmayaraq, dişli qayışın nasazlığı mühərrikinizin qəfildən dayanmasına səbəb olacaqdır. Dişli qayış mühərrikə üst şestirnaların düzgün vəziyyətdə olması ilə qoyulur və mühərriki işlək vəziyyətdə saxlamaq üçün bu şestirnaların düzgün vaxtda dönməyə davam etməsini təmin etməlidir.
Avtomobillərdə dişli qayış komplekt olaraq 45000 - 70000 km-dən bir dəyişilir. Bu interval bəzi müasir avtomobillərdə 100000 km ə kimi uzana bilir. Təbii ki orjinal ehtiyyat hissəsindən söhbət gedir. Ümumiyyətlə ölkəmizdə  bu barədə keyfiyyətini qoruyub saxlayan qayış hələki Daycodur Continentaldır, Boschdur  ki, onnan şikayət demək olar ki yoxdur. Amma bu gün ehtiyyat hissəsi bazarında yetəri qədər zir zibil də var ki, bu zir zibil zaman zaman sürücüləri məyus edir.

Dişli qayış qirılanda mühərrikdə ciddi fəsadlar törədir. Əsasən mühərrik qalofkasındakı klapanıarın əyilməsi və porşenin zədələnməsi halı olur. Bu hal baş verdikdə mühərrikin sökülməsi qacılmazdır. Bu sizə avtomobildən aslı olaraq 1000-3000 min arası maddı ziyan vura bilər

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.