Logo

DIZELƏ YAĞ QATSAQ NƏ OLUR?

DIZELƏ YAĞ QATSAQ  NƏ OLUR?

DIZELƏ YAĞ QATSAQ  NƏ OLUR?

Dəyərli izləyicilərimiz. Zaman-zaman yağ mərkəzimizə yaxınlaşan bəzi müştərilər bizdən yanacağa qatmaq üçün 2T yağ, hətta transmisiya yağı belə istəyirlər. Düzdür, biz bu insanlarla yerində söhbətlər aparıb, onları fikrindən yayındırırıq, amma təəssüf ki, hələ də bunu doğru bilib, bu üsuldan istifadə edən sürücülər vardır.
Avtomobil yağ yeyərsə nə olar?
Dəyərli dostlar, bildiyiniz kimi hər hansı bir mühərrikdə yağ azalma baş verərsə bu yağın itgisidir, silindir və başqa hissələrdə yaranan problemlərdən dolayı yanma kamerasında yağ yanır. Yanma kamerasında yanan yağ həm yanma kamerasını zədələyir, həm də yanmış qazların çıxış sistemini məhv edir. Yağ yeyən avtomobillərin katalizatoru və ya DPF Filter (qurum süzgəci) daha tez tutulur. Bu zaman da avtomobil rejmə düşür, bogulmalar yaranır və demək olar ki, avtomobilin performansı olduqca zəifləyir.
Bu gün avtomobilində 5000 km məsafəyə 1 litr yağ azalan bir şəxs təbii ki, bunu problem hesab edir.
Gələk əsas məsələyə.
Dizelə yağ qatsaq nə olar?
Bəzi özlərini dünya görüşlü və dırnaqarası avtomobil ustası hesab edən şəxslər insanlara 100 litr dizelə 1 litr yağ tökməyi tövsiyyə edirlər. Arqumentləri isə Azərbaycan dizelinin guya yağlı olmaması və qatılan yağın sistemi yaglamasıdır. Buna açıqlama gətirmək üçün bir balaca riyazi biliklərinizi işə salmaq lazımdır.
Tutaq ki, hər 100 litr yanacağa 1 litr yağ qatdınız və bu 100 litrlə 1000 km məsafə qət etdiniz.
Nəticə belə çıxır ki, sizin avtomobil hər 5000 km-ə 5 litr yağ yandırır. Yəni ki, bu halda sizin avtomobilin sonu 5000 km-ə 1 litr yağ yeyən avtomobilin sonunu yaşayacaq. Axı heç bir labaratoriya yoxlamasından keçməyən və heç bir standarta cavab verməyən addımları ataraq, avtomobilinizi özünüz öz əlinizlə niyə məhv edirsiniz?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.