DÜNYADAKI HƏR BİR LİTR MÜHƏRRİK YAĞINDAN PUL TUTAN NƏHƏNG OYUNÇULAR SİZİN ÇİBİNİZƏ NECƏ GİRİR? BUNU NECƏ İDARƏ EDİR?
Bu gün sizə dünya mühərrik yağı sektorunun loru dildə desək massonlarından danışacam. Şəkildə də qeyd etdiyimiz kimi dünyada 5-6 şirkət var ki, kim harda, hansı ölkədə, hansı istehsal sexi və ya zavodda 1 litr yağ istehsal etsə belə, qatqıları bu şirkətlərdən almalıdır. Almasa bəs nə olar? Almasa nə olar söhbəti yoxdur . Bir kəlmə olaraq almalıdır. Dünyada mühərrik yağlarına standart verənlər də bunlardır. Mühərrik yağlarının dopusklara görə tərkibini və reseptini verənlər də bunlardır. Son zamanlar bir çox dünyanın tanınmış mühərrik yağı istehsalçılarında rəsmi dopuskdan imtina etmə kimi hallar görürdüm. Amma bu niyə belədir deyə anlamırdım. Bir zamanlar dopusk almaq üstündə yarışa çıxan Liqui Moly , Ravenol, Rowe , Motul kimi keyfiyyətli yağ istehsal edən zavodlar bu gün demək olar ki əksər yağlarda rəsmi dopuskla gəlmir. Rəsmi dopusklu məhsulların da alternativ olaraq dopusksuz varyantlarını da istehsal edirlər ki bu yağlar da dopusklu yağlardan qiymətdə kəskin dərəcədə fərqlənir aşağılığına görə.
Bəs bu nə oyundur?
Əslində bu sualın cavabını axtarırdım amma tam olaraq heç bir istehsalçı mətbəxdə gedən prosesləri açıb demirdi. Axrı ki bir yağ istehsal edən zavodda texniki işçilərlə səmimi ortamda gedən söhbət zamanı bu məsələni soruşdum. Sən demə bu çox böyük bir maliyə resursları olan bir biznes imiş. Əslində burda əlimizə alıb konisterin üstün oxuduğumuz yazılar, dopusk və standart üstündə bir birimizi qırmağımız yalnız və yalnız onların xeyrinədir və onlar bundan çox babat pullar qazanırlar. Mən mütəxısislərə sual verdim ki, niyə yağ istehsalçıları artıq rəsmi dopusklardan imtina edir və ya alternativ məhsul buraxır. İzahı bu cur oldu ki, bu oyunu quran qatqı şirkətləri yağ istehsalçılarından daha çox pul qazanmaq üçün tez tez standartları dəyişirlər dopuskları dəyişirlər. Əslində gənəl olaraq baxanda yağın tərkibində qlobal olaraq heç nə dəyişmir amma kiçik bir şey əlavə edərək yeni standart yaradırlar və bu sfandarta görə də yağ zavodlarından milyonlarla pul istəyirlər. Təsəvvür edin ki həm standartı yaradır, həm onun qatqısını yaradır. Sonra da həm qatqını zavoda satır. Həm də o standartı yağın konosterinə yazmaq üçün milyonlarla pul istəyir. Yağ zavodu da Azərbaycanda Mamed o standartı konisterin üstündə görsün deyə məcbur o pulu verib alır. Amma o pulu dədəsinin xeyrinə vermiree. Bölür artıqlaması ilə gəlir konisterin üstünə. Yəni sonucda dəyən bizə dəyir. Son tükədiciyə. Kasıb kusuba))).
İstəsəz bir izah da verim vaxtınız olsa oxuyarsız.
Məsələn ACEA C5 standartı son çıxan standartdır ki müasir maşınların dopuskları bu standartın daxilində çəmləşir. Normalda keçmişdə C3 olardı onunda tərkibində həm Mecedes, həm BMW, həm , VW kimi markalarin dopusku cəmlənirdi. Yağ zavodu da bir srandartlı yağ respetini alırdı istehsal edirdi və bir çox avtomobillərdə bu yağlar istifadə olunurdu. İndi isə tema başqadı
Eyni C5 standartı yağ BMW LL 17Fe+ dopusku ayrı, VW 508.00 dopusku ayrı , GM dexos D ayrı, MB 229.71 dopusku da ayrı olaraq buraxılır. Yağların texniki parametrlərinə girib baxanda görürsən ki həqiqətəndə bütün parametrlər eyni şeydirlər hamsı C5. Amma yağlar ayrı. Bəs niyə ayrı?
Çünki akulalar elə istəyir. Eyni standartlı yağı 4 yerə bölüb dörd qat zavodlardan pul alır. Zavodlar da buna görə də günü gündən yağın qiymətini qaldırır. Ya da dopuskdan imtina edib sadəcə qatqısını alıb yağını düzəldir.
Bəs bu dopusksuz yağlar son alıcı üçün təhlükəlidirmi?
Əslində burda yanaşma bir mənalı deyil. Yəni o baxır yağı kimin istehsal etdiyinə. Yəni illərlə özünü sektorda sübut etmiş bir şirkət dopuskdan imtina edirsə düşünürəm ki burda sıxıntı ola bilməz. Məsələn misal çəkim sizə. Liqui Moly&Meguin zavodu son bir neçə ildir ki GM in Dexos1 və Dexos 2 dopuskundan imtina edib. İndi guya yağa nolub ki gül kimi yağdır bütün dünya da istifadə edir. Məsələn Repsol Leader seriyasında dopuskdan imtina edib. Rowe Ecspet seriyasinda dopuskdan imtina edib. Amsoil 70 faiz məhsullarında dopuskdan imtina edib və rəsmi dopsuklu deyil. Hətda dünya divi Exon Mobil belə bir çox seriyalarda rəsmi dopuskdan imtina edib. Onlar sadəcə deyir ki dopuskunuz təpənizə dəysin insanlar bizə güvənir alır və sizin dopuskunuz bizə lazım deyil. Belə deyək də müştəri artıq yağı istehsal edən Repsola Mobilə güvənir üstündəki dopuskun rəsmi olub olmamasına deyil.
İndi keçək digər başqa məsələyə. Digər məsələ odur ki, son alıcı tanımadığı bilmədiyi yağ markasını dopusksuz alarsa bu təhlükəlidir. Məsələn bura Almaniyada sexlərdə dolan yağlar, Dubay yağları, Rus yağları, bir çox Türk və Pribaltika yağlarını da aid etmək olar.
İndi sual yadanacaq ki, bəs yazılar konosterin üstündə yazılır axı biz nə bilək bu rəsmidir ya qeyri rəsmidir. Dəyərli dostlar rəsmi olan dopuskların qarşısında ingilscə Approval, Fregabe Approval kimi yazılar olur.
Rəsmi olmayanda isə dopuskun qarşısında Spesificaton, Performance kimi yazılar olur .
Oxuduğunuz üçün təşəkkür edirəm. Ümüd edirəm məlumat sizə maraqlı olacaq. Məncə də heç başınızı bu şeylərə yormayın. Bizə etibar edin və inanın ki biz sizin üçün ən uyğununu ən doğrusunu seçəcəyik.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.