Logo

DÜZƏLMƏYƏN ŞEY YOXDU...

DÜZƏLMƏYƏN ŞEY YOXDU...

DÜZƏLMƏYƏN ŞEY YOXDU...

Bu yazımı bizim avtok1ub ustası Mərdan ustanın maşınına həsr edirəm.Deməli bizim ustamız da qonşudan qalma geri deyib bir 39 BMW alıb ki mən o maşın gələndən hələ padyomniksiz gününü görməmişəm. Hələ düzəldirik ,düzəldib başa cıxa bilmirik(indi bir ağzı qara  komentə yazacaq ki düzəldə bilmirsizsə usta deyilsiz zad).
İndi bunu hələ biz özümüz düzəldirik deyə xerc zad cıxmır. Gör indi belə bir maşını müştəri alsa nə olar).
Tanış bir usta var idi, hec maşına baxmamiş belə deyirdi DÜZƏLMƏYƏN ŞEY YOXDU.Muştəri də bütün ölkəni gəzib xerc edib amma maşını düzəlməyib.Nəticədə müştəri bezirdi pul verməkdən həmişə nə isə cıxırdı. Maşın söküləndən sonra geriyə çəkilmirdilər yada dava düşürdü.
Ustalarin çoxu müştərini eldə etmək üçün, hər şey düzələndir deyirler.Əslində her şey düzələn ola bilər ,amma MALIYYƏ MƏNTIQINI ITIRMIŞ OLACAQ. 
Adətən Azərbaycanda maşınlar coxu köhnədir 350 min maşın ise əslində yola cıxmamalıdır (texniki nasazdırlar coxu utilizasiyaya getməlidir ).
Nəzərə alsaq ki, bizimkilər 1998 Mercedesin Maşın POLNUY FULLDUR DEYIB PROBLEMSIZDIR DEYIB SATISA CIXARIR ( yapon koreya ve digər ölkə maşnlarinı demirəm cünki onlarin 20 yaşında maşını adətən metal kimi tullanmalıdır). Ölkədən maşınların cox az hissəsi10 yaşına qədərdir. 

SÖZÜMÜN CANI... Maşın düzəltdirəndə soruşun tam qiymətini.Əgər müəmmalı bir şey varsa bir də soruşun. Ehtimalları birdə hesablasın usta (maşın kohnedir hər sey ola bilər). Nəticə də əmin olun ki, siz bu maşını işə salmaq ucun maşının üstünə qoyulan pul, bu maşını satıb üstünü də düzəldib təzələməkdən daha sərfəli olacaq. Eks halda siz hələ cox ustalara pul xərclıyəcəksiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.