EKALOGIYA YOXSA CİBİMİZ?
Bilirəm bu yazım bəzi sürücülərin xoşuna gəlməyəcək. Ama həqiqətən də cox vacib məsələdir
Artıq 21 ci əsir daxıl olannan dünya avtomobil istehsalcıları avtomobil istehsal edərkən daha cox ekaloji standartları nəzərə almağa başladı. Day Avtomobilin başına acmadığı oyunlar qalmadı.
Hyibrid Avtomobillər istehsal olundu.Dizeldə avtomobillərə DPF filterlər montaj olundu.DPF bunların istəklərini qarşılamadı daha effektiv Ad Blue ilə işləyən sistem ixtira etdilər. Benzin avtomobillərdə daha az emissiya almaq üçün mühərrik həcmini azaldıb əlavə turbo ilə təchiz etdilər. Artıq görürsünüz ki bütün avtomobil istehsalçıları gücü verib elektromobilə.Təbii ki bunlar hamsı insanların daha gözəl hava udması və daha sağlam həyat tərzi sürməsi ücün olunur. Hətda Avtomobil mühərrik yağları istehsalında belə bu saat yalnız ekaloji standartlar nəzərə alınır. Yəni daha az qələvilik ,daha az qoruma,daha az emissiya.
Bəsdi xaricilərdən danışdıq kecək özümüzə.
Azərbaycan avtomobil parkında katalizatoru olan avtomobil tapanda adam az qalır şükr edə. Adam tanıyıram avtomobilinin katalizatorunu gözümün önündə cıxardıb satıb ,gedib o pula təkər alıb.
DPF filterlə işləyən avtomobillərin artıq əksəriyyəti EGR ləğv elətdirib, DPF ləğv elətdirib Auro3 Proqram yazdırıb. Nədi nədi sajıvı dolanda yuduzdurmaq və ya dəyişmək söhbəti olub pul xərcləməsin
Ad blue ilə işləyən avtomobillər bir coxu bu sistemi ləğv elətdirib ki , Ad blue yə pul verməsin. Hətda bu gün bizim yağ mərkəzlərinə yaxınlaşan müştərilər ,onları marifləndirən ustalar, yağ secimində mühərriki qoruma yönümlü yağları ekalogiyanı qoruma yönümlü yağlardan daha üstün tutur. Mühərriki qorumaq deyərkən elə cibimizi qorumaq kimi başa düşmək olar.
İndi ay mənim millətim mən bu prosesin hamsını sizə izah elədim. Pisdi yaxşıdı hər nədi biz və bizim övladlarımız ,sizin övladlarınız ,hər kəs bu ölkədə yaşayır və demək olar ki yaşayacaq( amma mənim əlacım olsa günü bu gün hər şeyi atıb qacıb gedərəm). Məyər bu etdiklərimiz körpə balaların, belə lap özümüzün aldığımız nəfəsdən dəyərlidirmı? Bu dəmir parcası olan avtomobili qorumaq sağlamlığımızı qorumaqdan bu qədərmi vacibdir? Dövlət bu işlə məşqul olmur . Ola da bilmir. Çünki kütləvi olaraq bu maşınları istismardan çıxarsalar kütlənin narazılığı böyük olacaq bu da onlara lazım deyil. Gözləyirik ki Avropadan bir Con gəlib bizi nakazat eləsinki ay qardaş siz Avropa Şurasına daxil olmusunuzsa bu normativlərə əməl etməlisiz. Onnan sora dövlət hərəkətə kecəcək. Hələki o Con gəlməyib kayf eləyirik.
İndi gəlin po bratski özümüz fikirləşəkdə . Lap dövləti ,nəbilim avropanı zadı ataq kənara. Özümüz özümüzə sual verək.
Övladlarımızın, nəvələrimizin sağlamlığı cibimizdən bu qədərmi dəyərsizdir? Səhər səhər həyətdə DPf siz katalizatorsuz maşını işə salanda ilk zəhərli havanı udan bizi işə yola salan balalar olur vallah.
Düşünün cənablar. Düşünün.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.