EKOLOGİYA BUDURMU AY MOŞU?
Dünya ölkələrinə baxanda Azərbaycan ekoloji baxımdan 111 ci yerdədir. Amma son illərdə ekologiya ilə bağlı olaraq aparılan işlərə görə isə 2 ci yerdədir. Məlumatın nə dərəcədə doğru olması haqqında yalan deyərəm. Amma eco.gov.az yəqin ki yalan deməz. Bələkə də elə bu bizim dövələtin bu cür işi ilə bağlı olaraq da Cop 29 tədbiri Azərbaycanda keçirilir. Düzdü ekologiyanın qorunması, gələcək nəssillərin sağlam yaşaması, udduğumuz havanın təmiz olması çox önəmlidir. Hətda bununla bağlı bəzi qərarlarda verilir. Məsələn şəhərin mərkəz hissəsində bəzi yerləri nəqliyata bağladılar. Şəhərdə hərəkəti daha çox olan taksiləri daha yeni il daha yeni auro standartlı avtomobillərlə əvəz etməyə qərar verdilər. Elektro mobillərə gömrük risumunu ləğb elədilər. Düzü bilmirəm bunun ekalogiyaya nə dəxlisi var, amma
şəhərdəki köhnə alkapon üzlükləri belə dəyişirlər.
İndi də dünən qərar verdilər ki May ayının birindən DYP reyd keçirəcək və katalizatoru olmayan maşınları yüksək cərimələyəcəklər və ya maşınların hərəkətinə məhdudiyyət qoymaqla cərimə meydançasına aparacaqlar. Əgər yadınızdadırsa o vaxt bir yazı yazmışdım ki, bir gün hökmətin cinni beyni duracaq ayağa və hamının katalizatorunu Dpf filterini yoxlayacaq. Bar bar bağırırdım ki, ay millət ləğv eləməyin bunu. Sonra yerinə bərpa etmək çox baha başa gələcək sizə.
Gördünüzmü?
Mən demirəm hökümət düz edir ya camahat səhv edir. Mən sadəcə onu deyə bilərəm ki nə ölkə düz edir nə də camahat. Bu mənim subyektiv fikrimdir Siz təbii ki bəzi məqamlarla razılaşmaya bilərsiniz. Əgər sizin də fikriniz varsa şərh bölməsində bizimlə bölüşsəniz məmnun olarıq. İndisə keçək mənim subyektiv fikrimə.
Baxın sürücülərin günahı ondadır ki avtomobil istismar qaydalarına düzgüm riayət etmirlər. Maddi gücü yeni avtomobilə çatmayan sürücü xarıcdən yarı can gətizdirdiyi avtomobillərdə artıq katalizator sistemi öz resursunu itirmiş olur. Sürücü də bunu yeniləmək əvəzinə yalnız söküb töküb ləğv etməyi seçir. Çünki ən ucuz yolu budur. Çünki sürücünün maliyə azadlığı o maşına görə deyil. Sadəcə özünü ona buna göstərmək və məndə sürüm deyə düşünərək ombasından böyük razmer şalvar geyinir. Təsüff ki hazırda ölkədə əksər avtomobil bizim bu düşüncə mentalitetimizə görə ekoloji cəhətdən yarımcandır
Siz elə bilirsiz dövlətdə günah yoxdu? En qədər çatışmazlıq var. Birincisi ölkədə yanacaq Auro 3 standartındadırsa sürücüdən maşının Auro 4 Auro 5 olmasını tələb etmək nə dərəcədə doğrudur? Təbii ki doğru deyil.
Heç bir uzağa getmədən öz fəaliyyət sahəmizdən başqa bir misal çəkəcəm. Ölkəyə hər il 1milyon 400 min avtomobil üçün ən azı ortalama olaraq 280 min ton civarında sürtgü yağı idxal olunur. Hələ mən sənayedə işlədilən yağları tam məlumatlı deyiləm deyə saymıram. Onu saysam dəhşət bir rəqəmə gəlib çıxmaq olar.
Hara gedir bu yağların atxodu? Deyim hara gedir? Parniklərdə yanmağa. Çünki qaz kəndli üçün bahadır. İstixananı qazla işlətsə tərəvəzin qiyməti gəlib çıxacaq kəllə çarxa və adı Türk pomidoru gömrüklü yol xərcli filan bizim pomidordan ucuz gəlib çıxacaq bura. Məcbur qiyməti aşağıda saxlamaq üçün alternativ olaraq işlənmiş yağ istifadə edir demək olar ki əksər istixanalar. Bəs hara gedir onun tüstüsü? Təbii ki sənin mənim və bizim ağ ciyərimizə. Guya yandırmasa nə olacaq ki? Qalacaq ortalıqda zibil kimi. Çünki ölkədə ildə bu qədər tonnaji rafinə edən, təkrar emal edən bir istehsal sahəsi yoxdur. Bilirsiz niyə yoxdur? Lap tutalım ki onu da yaratdılar. Kimə satacaqlar rafinə olunmuş yağı? Ay başınıza dönüm Mamedə mən Avropadan basa basa gətirilən brend yağın orjinal olmasını rafinə yağ olmamasını sübut etmək üçün gündə ən azı 20 dəfə and içməkdən rəhmətlik dədəmi qəbirdən çıxarıram sonra yenə qaytarıb yerinə qoyuram. Day kişi də yuxma girirb deyir ki ay nankor övlad alan alsın almayan cəhənnəmə alsın. Sən canın bir konisterə görə məni yerimdə narahat etmə.
İndi sən Mamedə rafinə olunmuş yağ sata bilərsən? Hay satdınhaaaa. Axrı onu bilirəm ki, dovşana qaç deyirlər tazıya da tut. Heç bilinmir necə olacaq axırı. Amma bir onu bilirım ki istənilən söhbətdə olan həmişə kasıba olur. Bir sözlə katalizatorunuzdan bərk yapışın reyd olacaq.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.