Logo

ƏN YAXŞI MÜHƏRRİK YAĞI HANSIDIR

ƏN YAXŞI MÜHƏRRİK YAĞI HANSIDIR

ƏN YAXŞI MÜHƏRRİK YAĞI HANSIDIR.

Yazının başlığı hər bir sürücünü maraqlandıran məqamdır deyə inanıram ki bu yazıya maraq böyük olacaq. Bilirsiz niyə? Çünki gün ərzində səhifəyə gələn mesajlar, şərhlər və servizlərimizdə zaman tapıb üz üzə söhbət etdiyim müştərilərin ən çox verdiyi sualdır. Özü də bu elə sualdır ki, usta hansısa markaya bağlı bir usta oldusa, ya hansısa firma bir dənə futbolka köynək o ustaya artıq veribsə polnu bu ən yaxşıdır deyib nə qədər istəsə yağ tərifləyə və sata bilər. Ölkədə çoxdu axı 100 manata yağ tərifləyən, futbolkaya yağ tərifləyən. Hələ mən Allah haqqı salafan paketə yağ tərifləyən də görmüşəm))).  Yəni ən yaxşıdırı axtaran adama bu yaxşıdır desən alacaq durumdadır. Çünki ustanın sözünə güvənir və ona etibat edir. İndi iş qalır ustanın kişiliyinə dürüstlüyünə. Bu zamanda da kişi kimi dürüst usta tapmaq məsələsi biraz qəlizləşib. Var amma çox az sayda qalıb.
Biz hər zaman səhifədə də servizlərimizdə də yazırıq ki ən yaxşı yağ deyə bir şey yoxdur. Bu tamamilə yanlış bir düşüncədir. Əgər sizə bunu bu sahənin adamı desə bilin ki yalan deyir, gopa basır və satmaq üçün deyir. Yox əgər bunu sizə adı bir sürücü desə bilin ki, bilməməzlikdən və cahillikdən deyir. 

İlk öncə onu deyim ki ən yaxşı mühərrik yağı texniki patametrləri və labaratoriya nəticələrinə görə seçilir. Zaman zaman filan yağ Almaniyanın bir mömrəsidir nəbilim Amerikanın bir mömrəsidir deyə qeyd edirlər satanlar. Sual yaranır. Bu bir nömrə adını kim verir? Cavaba baxırsan ki hansısa Jurnal. Hansısa dərgi və ya hansısa aidiyatı olmayan təşkilat. Bilirsiz bu necə olur?  Bizdə də yaşanır bəzən belə hallar. Bu gic gicə ödül verənlər  varee nəbilin nə Avard zad ildə bir dəfə camahatdan pul alıb yığıb bir otelin komfrans salonunda ödülləndirirlər. Bir dəfəsində də mənə də dedilər ki 600 manat ver sənə ilin ən uğurlu biznesi ödülünü verək. Dedim 600 manata ilin ən uğrlu biznesi ödülünü alacamsa kül o biznesin başına)). Nəsə mövzudan yayınmayaq. Yəni belə şeylər görüntü və boş reklam üçündür.

Zaman zaman səhifəmizdə eyni dopusklu bir çox yağların test labaratoriya nəticələrinə görə bir biri ilə qarşılaşdırmalarını paylaşırıq. Bu paylaşımda belə insanlar tam səhv anlayırlar. Məslən tutalım ki Eurolub ilə Liqui Moly  504.00 kodlu yağın  qarşılaşdırmasında hammı elə bildi ki biz deyirik ki Eurolub Lm dən yaxşı yağdır. Bu əsla belə deyil.  Eurolub 504.00 kodlu yağda Lm dən üstündür. Başqa bir yağın 504.00  kodlu yağı Eurolubdan da üstün ola bilər. Və ya Rowe ILSAC GF6  dopuksunda Bardahldan üstündürsə başqa dopsukda Bardahldan daha zəif qala bilər. Ya da ki  İLSAC GF6 dopuskunda Amsoil Rowedən də üstün ola bilər. Deməyim odur ki siz əsla belə şeylərdə səhv anlamayın. Belə paylaşımlar sizi çaşdırmasın.
Bir yağ markasında yüzdən çox çeşid, yüzdən çox dopusklu və fərqli özüllüklü yağlar istehsal olunur. Bu qeyri mümkündür ki hər hansı bir marka bütün istehsal liniyasında ən yaxşı yağı buraxa.  Məsələn 0w20 ILSAC GF6 da bu günə kimi ən üstün parametr Amsoil SS 0W-20 də rastıma çıxıb. Bu o demək deyil ki Amsoil bütün çeşidlərində hər kəsdən yaxşıdır. Başqa dopsuklu yağda başqa bir marka yağ ən üstün ola bilər. Hələ Repsolun bir Master seriyası var ki qabağına alar hər hansı bir yağı rəsmən sürütdəyər keyfiyyətdə. 
Ona görə də sual verəndə hər zaman diqqətli olun. 

Məsələn sualı belə qoyun. MB 229.5 dopusklu 5W-40 yağda Ravenol üstündür yoxsa Lm ?  Usta biliklidirsə hər iki məhsulun parametrlərinə baxıb hansının üstün olduğunu deyəcək.
Əgər siz sualı bir başa marka olaraq versəz və bir başa soruşsanız ki Ravenol üstündür yoxsa Lm ? Bu zaman usta mümkün deyil sizə doğru cavab verə.Versə də ya sizi aldatmaq üçün hansınısa qeyd edəcək. Ya da savadsızlıqdan hansınınsa adını çəkəcək bə deyəcək ki yoxeee qaqa bu yağ kosmosa uçurdur zad. 

Ümid edirəm bu yazıda sizə bəzi məsələləri izah edə bildim. Yenə də qaranlıq məqamlar və ya suallarınız yaranarsa, şərh bölməsində qeyd edin. Biz bilgimiz və savadımız çərçivəsində doğru informasiyanı sizə sevə sevə çatdırarıq.
Oxuyun, örgənin, bilgilənin. Siz nə qədər bilgili olsanız o qədər də sizi kimsə aldada bilməyəcək. Ölkənizin ayıq, düşüncəli, savadlı və düzgün qərar verməyi bacaran insan cəmiyyətinə çox ehtiyacı vardır. 
Oxuduğunuz üçün təşəkkür edirem.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.