ƏN YAXŞI YAĞ HANSIDIR?
Mühərrik yağı sahəsində insanlara o qədər yazılar yazıram ki, axrı bir çox insan baxıram şərhlərdə yazır ki qardaş sən bir dəfəlik ən yaxşı yağın adın yaz biz də onu tökək. Birdəfəlik hamımız rahatalayaq pis çıxmasın. Dəyərli dostlar mühərrik yağlarında bir markanı əlində tutub bu ən yaxşıdır demək bu sahədən zəy də qanmamaqdır. Düzdü bunu zaman zaman bir çox sosyal şəbəkə və media platformalarında edənlər olur. O edənlərə də inananlar da olur. Amma bu işə qarşı doğru və profesional yanaşma deyil. Həm də mənə başqalarının nə etdiyi niyə etdiyi maraqlı deyil. Mən şəxsiyətimə sığışdırmaram kiminsə malı çox satılsın deyə yalan danışmağı. Sabah biri çıxıb adamın üzünə vurar di gəl gir yerə də.
Hər kəsin beyninin qəbul ediciliyinə görə ən yaxşı yağı var. Birinə görə ən bahalı yağ, birinə görə konisteri gözəl olan, birinə görə parametirləri gözəl olan, birinə görə çayxanadakı dostun tövsiyyəsi, birinə görə tik tokda hansısa blogerin təriflədiyi, birinə görə facebook quruplarında yağ firmasının trollarının istifadəçi kimi töbsiyyə etdiyi, birinə görə ayda 5-10 min pul verib radioda reklamı gedən yağ və s. Bu siyahını bilirsiz hara kimi uzadaram? Uzatsam deyərsiz ki bu çirkab işin içində siz necə baş çıxarırsız?
Keçək mövzumuza
Əslində sadə bir məsələ kimi görünsə də, ciddi bir məsələdir. Digər tərəfdən hamı elə bilir ki, bunun cavabını bilir. Əslində 90% (işçi, usta qarışıq) dəqiq bilmir.
Yağ mühərriki dağıdır mı?
Xeyr, yağ mühərriki dagıtmır. “Dünən bir yağ tökdüm, mühərrik 7 günə dağıldı”, bu, sadəcə bir nağıldır. Mühərrik yağdan yox, yağsızlıqdan dağılır. Ən keyfiyyətsiz yağı mühərrikə töksəniz belə, o, dağılmaz.
Əslində yağın bir neçə məqsədi var. Təmizləmək, yağlamaq, soyutmaq, korroziyadan və aşınmadan qorumaq və s. Hər yağın da öz resurusu var, birində 2000 km, birində 3000 km, birində də 10000 km. Bu resurs müddəti zamana və ona olan təzyiqə bağlıdır (təzyiqlər fərqlidir, sürüş, yanacaq, problemi mühərrik və s ). İstənilən halda təzə tökülən yağ ilk 2000-3000 kilometrdə hələ də normativlərə cavab verir, yəni mühərriki dağıtmır. Mühərriki yağsızlıq, resurs bitməsi ya da aşınma dağıdır (bunu yağ edir, elə əsas fərqlərin biri də budur, yağ aşındırır və ömrü tez tükədir, zamanla dağıdır).
Yağsızlıq nədir?
Mühərrikin böyük bir güc aqreqatıdır. Demək olar ki, yağla 90% hissəsi əlaqəlidir. Sadəcə 10%-i antifreez yaglayır. İstənilən yağ ilk 1000 kilometrdə və ya 2000 kilometrdə normativə uyğun olaraq yağlayır (yəni normaya görə aşınma verir). Amma bəzən yağ sistemə çatmır. Belə düşünün ki, biz yemək yeməliyik, onun yolu boğazdan mədəyə ordan da bağırsağa və çölədir, kimdəsə yemək yolu tıxanıbsa, ağzına yemək daxil etdikcə geri qaytarır.Yəni problem yeməkdə deyil, yeməyin hərəkət yolu xarabdır. Maşınlarda da beledir, yağın yolu və təzyiqi var. O yolda, əsasən də müasir maşınların çox şey qarşısına çıxır. Demək olar ki, bütün detallar, elektronikanin inkişafı, raspredval, kalenval mövqelerinə təsir edir. “Start”, “stop” isə işi dayandırır. Sürətli yağlanma üçün vakum nasossları (müasir nasoslar) istifadə edilir. Nəticədə sadə filtr belə yağın qarşısını kəsə bilər. İstənilən tıxanma və ya zəifləmə yagsızlıq yaradır, nəticədə mühərrik yağa görə yox, yağsızlığa görə zədə görür. Bundan əlavə yağ seçimi və aşınma var.
Aşınma nədir?
Dyadya Vasya Forumu ve ya Əli dayının çayçı forumundan irəli gələn fikirlərə görə “Qaqa, mən sürürəm 8-10 min yag-qoz kimidr”. Əslində bu adamlar resursu yeyir,lakin hiss etmirlər. Deyir ki, “Yaxşı yağdır”. Əslində matorun ömrü gedir, 6-cı dəfədən sonra görür ki, səs oldu. Artıq gecdir, mühərrikə elvida. Mühərrik aşındı. Elə bil orta yaşlı kişi deyir ki,”Mən litrlərlə içirəm,amma heç nə olmur”. Amma 50-yə çatanda təzyiq, qaraciyər və ürəkdən gedir. Əslində 70 illik resursu yediyinə görə öldü və artıq geriyə yol yoxdur. İndi maşın sahibləri də mühərrikin ömrünü belə yeyir. Bir dağılanda bilir ki artıq dağıldı. Heç bəzisi onu da başa düşmür ki bu niyə qısa zamanda dağıldı.
Son model maşınların mühərriki isə yığılmır. Əslində yıgılır. Amma səsli olur və yenidən əvvəlki kimi olmur. Səbəbi dəqiqlik ve ehtiyyat hissələridir. Artıq əl ilə, göz ilə maşına nizam vermek olmur. Ona görə növbəti mühərrik yığımı tez dagılır və yenidən günahkar ya yağ olur, ya da maşın istehsalçısı. “Əə, bu axırıncı mercedes-lər maşın deyil, apar tulla, daş döyən deyil!”- kimi fikirlər gəzir.
Tam əminliklə deyə bilərəm ki, dəqiq aşınmanı tutan, düzgün yağı düzgün intervalda işlədən, düzgün yanacaq və eyni zamanda mühərrikin bu müddətdə sazlığına riayət eden heç 10% belə adam yoxdur. Çünki bir mühəndis, bir həkim, bir müəllim oturub maşına bir bir araşdırmalı deyil ki hər şeyin ən yaxşısını tapa. Onlar belə şeyləri dərd eyməyib, buna sərf edəcək zamanı öz işlərinə sərf etməlidir. Ən yaxşı məhsul yox, ən yaxşı başı çıxan usta olmalıdı və vicdanla kişi kimi bu imsanıarın avtomobillərinin hər bir mühərrikinə tək-tək indivudal olaraq yanaşıb, onlara uyğun məhsul seçib və uzun zaman dilimində eyni resursla işləməsəni təmin etməlidir. Varmı belə ustlar. Düzdü var amma çox az. Bir əlin 5 barmağını keçmir. Bunun da səbəbləri var. O səbəbləri yazsam artıq çox uzanar bu yazı.
Səbəbləri çoxdur, amma məni o, maraqlandırmır, məni nəticə maraqlandır ki, mühərrik və “karopka”-lar başını yere qoyur və bu adamlar kasıbçılıq vaxtında əlindəki yol yoldaşını itirir.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.