ƏYLƏC DISKI HAQQINDA BILMƏDIKLƏRIMIZ.
Dəyərli izləyicilərimiz bildiyiniz kimi biz sizə səhifəmizdə hər zaman bu tipli marifləndirici yazılar yazırıq. Bundan əlavə sütücülərin etdiyi yanlışlıqları, səhv yanaşmalarıda bəzən yazırıq ki insanlar bu tip şeylərin yanlış olduğunu bilsinlər. Amma son zamanlar aldığım qərara görə yazılarımızı demək olar ki Facebook səhifəmizdə saxlayacağıq. Abunə olmaq üçün. https://youtube.com/@avtok1ubyagmerkezi?si=L-3gE2KyNsPMxWCu
Facebook və Tik Tok səhifəmizdə başqa kontentlə sizin qarşınıza çıxacıq. Marifləndirici maraqlı məlumatlar isə yalnız Youtube kanalımızın topluluqlar bölməsində paylaşılacaq. Məqalələrimizi sevən insanlar bizi youtube kanalı üzərindən izləyə bilər. Burda isə başqa mövzular olacaq.
İndisə keçək mövzumuza.
Əyləc diski avtomobillərin əyləc sisteminin əsas hissələrindən biridir. Bu yazımızda əyləc diskinin nədən ibarət olduğunu, əyləc diskləri niyə əyilir kimi məlumatlarıla tanış olacaqsınız.
Əksər sürücülər nəqliyyat vasitələrini yaxşı vəziyyətdə saxlamaları üçün vaxtaşırı müayinəyə ehtiyac duyduqlarını bilirlər. Buna müntəzəm olaraq mühərrik yağının dəyişdirilməsi, müvafiq təkər təzyiqinin qorunması və bəzən avtomobilin həyati mayelərinin səviyyəsinin izlənməsi daxil ola bilər. Bəzi komponentlər və sistemlər daha çox baxım tələb edir, digərləri isə bir qədər az tələb edir. Avtomobilin əyləc sistemi müayinələrində müntəzəm olaraq əyləc mayesini yoxlanır və əyləc yastıqları dəyişdirilirsə, narahat olmağa ehtiyac yoxdur.
Əyləc diski nədir?
Nəqliyyat vasitələrinin əyləc sisteminin tərkib hissələrindən biri olan əyləc diski əyləc yastıqları ilə ilə qarşılıqlı əlaqə şəklində işləyir. Yavaşlama və dayandırma hərəkətini başlatmaq üçün əyləci basdığınızda ilk hərəkəti edən əyləc yastığı əyləc diskində sürtünməyə başlayacaq. Əyləc diski sürtünmənin başlandığı yerdir. Avtomobilin sola və ya sağa hərəkət etmədən düzgün dayanmasına imkan verən hissəyə əyləc diski deyilir.
Əyləc diski növləri
Əyləc diskinin müxtəlifliyi nəqliyyat vasitələrinin, avtomobillərin markasına, modelinə və performansına görə dəyişir. Bugünkü texnologiya ilə istehsal olunan 3 növ əyləc diskləri mövcuddur:
Standart tip əyləc diski
Dəlikli tip əyləc diski
Yivli əyləc diski
Standart tip əyləc diski. Avtomobillərin əksəriyyətində standart dediyimiz düz tip əyləc diskləri istifadə olunur. Bu tip disklər bir çox nəqliyyat vasitəsinin ehtiyaclarını ödəmək üçün xüsusiyyətlərə malikdir.
Dəlikli tip əyləc diski. Yüksək performans sərgiləyən iki əsas əyləc diski var: dəlikli və yivli.
Dəlikli əyləc diskləri adından da göründüyü kimi dəlikləri olan əyləc diskləridir. Əyləc diskində dəliklərin olması istilik, qaz və suyun disk səthindən sürətlə xaric olmasını və əyləcin performansının güclü olmasını təmin edir. Dəlikli əyləcdən istifadə etməyin mənfi tərəfi budur ki, bütün bu dəliklər diskləri zəiflədir. Hətta avtomobili sərt idarə etdikdə dəlikli əyləc disklərində çatlar əmələ gələ bilər.
Yivli əyləc diskləri: Yivli əyləc disklərində qaz, isti və suyun disklərin səthindən uzaqlaşdırılması üçün düz metal bir səthə həkk olunmuş yarıqlardan istifadə edilir. Bu yarıqları istənməyən materialı təhlükəsiz şəkildə çıxaran suvarma xəndəkləri kimi düşünə bilərsiniz. Yivli əyləc diskləri dəlikli əyləc disklərindən bir az daha davamlı olma meylinə malik olduqları üçün bəzi performanslı avtomobil sürücüləri üçün yaxşı seçim ola bilər.
Əyləc diskinin ömrü nə qədərdir?
Normal şərtləri nəzərə alsaq, əyləc disklərinin ömrü 60.000 – 80.000 km arasındadır. Əyləc disklərinin deformasiyaya uğrama müddəti avtomobilin idearəetmə tərzinə görə də dəyişir. Aqressiv idarəedilən avtomobilin əyləc diskləri daha tez deformasiyaya məruz qalacaq. Əgər avtomobil sakit tərzdə darə edilirsə, o zaman bu müddət bir az artıq ola bilər.
Əyləc diski əyilə bilərmi?
Bu problem bir çox sürücünün qarşılaşdığı problemlərdən biridir. Bəli, əyləc diski əyilə bilər və bunu anlamaz bəzən çətin olur. Avtomobil ilə 100 km sürətlə hərəkət edərkən əyləci basdığınız zaman sükan titrəməyə başlayır. Bu titrəmənin səbəbi diskinizin səthinin əyri olmasıdır.
Bəs əyləc diskiniz niyə əyilir?
Əyləc diskləri yüksək temperatura davamlı materiallardan hazırlanır. Bununla birlikdə, bəzən istehsal zamanı defektli əyləc diskləri də ietshsal edilir ki, belə disklər yüksək temperatura dözə bilmir və zaman keçdikcə formasını itirir və əyilir.Digər hallarda isə əyləc diski yüksək temperaturda olarkən su gölməçəsinə girmək və ya avto yumada ilk olaraq təkərə suyun vurulmasıdır.
Məlumatı verdim ama qoy birazda öz işimizdən danışım ki bizdə də evdə uşaqlar acınnan aboy yeməsin. Əgər sizin əyləc diski ilə bağlı hər hansı bir probleminiz olarsa bunu bizim Əhmədli filialında zəmanətli şəkildə yondura,dəyişdirə və hər hansı bir təmir işlərini gördürə bilərsiz.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.