Logo

ƏYLƏC MAYYESINİ NƏ ZAMAN DƏYİŞMƏK LAZIMDIR?

ƏYLƏC MAYYESINİ NƏ ZAMAN DƏYİŞMƏK LAZIMDIR?

ƏYLƏC MAYYESINİ NƏ ZAMAN DƏYİŞMƏK LAZIMDIR?

Hidrovlik əyləc yağları zaman keçdikcə atmosferdəki nəmdən təsirlənərək tərkibində su əmələ gəlir. Bu sistemdə suyun artması müəyyən həddə qədər təhlükəli deyil. Təbii ki bunun da bir standartı var və qəbul olunan hədd müəyyən standartlarla sabitlənmişdir.
Dünyada qəbul olunan hədd 1-2 %-dir. Əgər yağın tərkibindəki su həddi 3 % və ya daha çox olarsa təcili əyləc yağını dəyişdirmək lazımdır.

Dəyişdirməsək nə olar ?

Sistemdə olan su sistemdə pas və korroziya meydana gətirəcək. Bunun nəticəsində də əyləc sistemində ciddi nasazlıqlar meydana gələ bilər. Əyləc mayesinin qaynama dərəcəsi aşağı düşəcəyi üçün əyləc sistemi düzgün işləməyəcək.
İçərisində su olan yağ tərkibini itirəcəyinə görə əyləc tutma məsafəsi daha uzanacaq və əyləc pedalına daha çox qüvvət tətbiq edəcəksiniz. Bu həm avtomobilə ziyandır, həm də sizin həyatınız üçün təhlükəlidir. Çünki daha zəif bir əyləc sistemi qəza şəraiti yaradır.

Avtomobilinizin əyləc  mayyesini  Avtok1ub Yağ Mərkəzlərinin bütün filiallarında ödənişsiz test etdirə bilərsiniz.  Əyləc mayyesini 2 il və ya 50.000 km dən bir dəyişdirin.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.