Logo

EYNİ STANDART VƏ EYNİ DOPUSK YAZILAN FƏRQLİ YAĞLAR, EYNİ MÜHƏRRİK QORUMASI VƏD EDİRMİ?

EYNİ STANDART VƏ EYNİ DOPUSK YAZILAN FƏRQLİ  YAĞLAR, EYNİ MÜHƏRRİK QORUMASI VƏD EDİRMİ?

EYNİ STANDART VƏ EYNİ DOPUSK YAZILAN FƏRQLİ  YAĞLAR, EYNİ MÜHƏRRİK QORUMASI VƏD EDİRMİ?

Deməli 80% müştərimiz yağ dəyişməyə gələn zaman ilk sual olurki MATORXANANI TƏMİZLƏYƏCƏKSİZ?
Yada bir yağı seçərkən "qardaş buna necə km verirsən?" Qardaş sən Allah originaldır ?" Qardaş üstündə dopusk yazılıb, approval var? " və sair buna bənzər suallar verirlər . 
Amma bir nəfər hələ indiyə qədər soruşmur ki , "Qardaş bu yağ maşınımı nə qədər qoruyacaq ?" Heç bir nəfər də soruşmur ki bu konisterin üstündəki yazılan standart və ya dopsuk nə dərəcədə rəsmidir və ya əsaslıdır? 
Sevirəmdə elə müzakirələr edən sürücüləri. Var elə insanlar amma azdı. Saatlarla söhbət edirik bəzən bu barədə çay içə içə. 

Əslində mən deyə bilərəm ki bu sual ona görə verilmir ki sürücülər ve ustalar adətən nə öyrənirlər (ordan-burdan və ya rus forumunda Nadiyanın alkaş oğlundan yarimciq melumatlar)  onu da soruşurlar. Bilmədikləri şeyi necə soruşsunlar ki? 

Əslində yağın əsas məqsədi mühərriki qorumaqdı qardaşlar. Bu olmasa yağ əsas məqsədini itirmiş olur. Bu qoruma isə hər bir yağda var amma nisbətdə fərqlidir. 
O zaman sual yaranır. Bəs niyə yağların üstündə demək olar ki eyni sözlər yazılır (API ,ACEA ,istehsalci dopusklari ve s). Hətda Mercedes 2021 ci ildə dünyanın harda geridə qalmış yağları varsa onlara 229.5 dopusk verib. Belə cıxırki məsələn Rowe, Meguin, Total, Ravenol, Motul 229.5 kodlu yağla hansısa 229.5 kodlu ZİMBABVE YAĞI eyni keyfiyyətlidir? Belə çıxır ki bunlar eyni qorumalıdırlar? 
Bu belə deyil. Səbəbini izah edim sizə. Səbəbi odur ki, üstündəki yazılar minimumla gedir ve hamısı ona cavab verir. Məs APi götürək. Ən son standartların testi 100 saat 3600 dövrdə aparılır və nəticələr və tələblər buna görə yazılır. Burda bir qoruma var təbii kİ bir həddə qədər. Amma 100 saatdan sonra olmayacaq. Belə cixir ki, şəher daxili sürüş nəzərə alinsa her saati 25 km götürsək 2500 km den sonra API artiq tələblərə cavab verməyəcək ve mühərrik normadan cox yeyiləcək. Əgər fikir vermisinizsə elə yağ var ki 3-4 defe dəyişirsən mator təmizdir amma mühərrik səsi dəhşət cox gəlir. Bu onu göstərir ki bu yağ maximum yuyur və minimum qoruyur. 
İndi sizdə daha bir sual yaranacaq ki, bəs mən necə bilim ki bu eyni yazılı iki yağdan hansı daha yaxşı qoruyur? 
Bu çox asan məsələdir. Tanınmış və qlobal markalar daha dəqiq və daha etibarlıdır bu barədə. Əslində siz dünyanın harasına getsəniz orda uzağı 20 qlobal yağ istehsalçısının mühərrik yağlarını görmüş olarsınız. Day bizdəki kimi 600 yağ markası deyil. Yenə sual yaranacaq ki bəs burda günah kimdədir?  Günahkar yenə də təbii ki alandadır. Alan almasa satan gətirməz. Bu gün ölkəmizdə satılan yağların 90 % inin üzərində yazılan standartlar, dopsuklar və göstəricilər düzgün olmadığı halda yazılıb. Alıcıda ya etiketdəki yazıya güvənir ya da Türkiyədə padvalda dolan yağa orjinal Yapon yağıdır deyənlərə.  Baxın bir daha deyirəm ürəyiniz rahat və bu şeyləri düşünməmək istəyirsizsə sizdə dünya insankarı kimi yalnız qlobal markalar istifadə edin. Yadınızda saxlayın. Qlobal markalar heç zaman nə keyfiyyətə narmaq etmir, nə də göstəricilərdə yalan informasiya yazmır.
Buna aid belke bütün günü yazmaq danışmaq olar. Amma ki məqsədim bu deyil. Sadəcə istəyirəm ki, yağın əsas məqsədini unutmayasınız və yağ nə qədər cox qoruyur(ne qədər az aşındırır) məsələsinə diqqət edib mühərriki uzun ömürlü edesiniz. 

Mətni axra qeder oxuduğunuz ücün təşəkkür edirəm.
Suallarınızı şərh bölümünə qeyd edə bilərsiz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.