FƏSADI FIŞ-FIŞINDAN ÇOX.
Dəyərli dostlar. Bu yazım əsla kiminsə gördüyü işə mənfi münasibət bildirmək mənasında deyil. Çox xaiş edirəm yazını düzgün analız edib düzgün qiymətləndirəsiniz. Yazımın məqsədi bir izləyicimizin elə bu səhifəmizdə "niyə yağ dəyişmə zamanı sizdə hava yollarının buxarla təmizlənməsi yoxdu olsa yaxşı olar" deməsinə bir çavabdır.
İndi qardaşınız sizə bu məsələnin lap kökünə gedib çıxsın və bir bir izahını versin.
Gözəl insanlar. Hardasa 2018 ci il olardı ilk dəfə bu temanı , bu fış-fışı, bu trendi biz başı batmış gətirdik yağlama sektoruna. Hətda o vaxt bi bu apatatları ən bahalısını Alman firması olan Kärcherdən almışdıq. Yekə başlıq kimi çıxmasın və təvazökarlıqdan uzaq da olsa qeyd edim ki, bu gün yağ dəyişmələrin xidmətinin genişlənməsində müasirləşməsində Avtok1ubun rolu çox böyük olub. Çünki biz nəsə yaratdıqca digərləri bizə oxşamaq istəyib və beləcə bu sahə inkişaf edib. O vaxtı Avtok1ub təzə yaranmışdı, çamahat indi kimi yağı zadı bilmirdi. Durub elmi şeylərdən danışsaydın indi kimi 200-300 bəyənmə zad gəlmirdi. Amma bir dənə fış-fış şəkli qoyurdun bəh-bəh-bəh. İnanın ki çox adam da elə fış-fışa gəlirdi və heç soruşan yox idi ki yağ nə tökəcəksiz? Yəni ustanın savadı yox fış maraqlı idi şükür indi düzəlib sürücülərin çox hissəsi. Nə yalan deyim bu fış-fış bizim ilk illərimzdə ayaqda qalmaq üçün çox kömək olub. Kişi gərək haqqı deyə.
İndi sual yaranacaq ki bəs sonra niyə eləmədiniz, sonra niyə saxladınız? Hətda o vaxtı yazanlar var idi ki, Avtok1ub özünü tutdu deyə ləğv elədi zad. Nəbilim biri deyirdi qudurdular zad. Bizə nə vare guya bilmirsiz? Bir tema ver ortalığa onu iyirimi variyantda yorumlayaq.
Əslində isə məsələ tam fərqli idi. Bir çox maşınlarda bu iş ciddi fəsad verirdi. Deyim nə olurdu. Yaranmış yüksək nəmdən dolayı bir çox avtomobillərdə multimediya ( maqnitafon) beynində qısa qapanmalar yaranırdı. Ya yerində xarab olurdu ya da bir müddət sonra. Elə öz dostum Ziyanın maşınında guya dedik fış-fış çox olsun elə yerindəcə maqnitafon çezmişdi. Bu arada Ziya çox yaxşı vəkildi. Azərbaycanda ailə dağıtmağı onnan yaxşı heç kim bacarmır))). Şərhdə adını tag edəcəm. Birdən evdəkilər sözünüzə baxıb eləməsə Ziyaya müraciət edin ən minimal alimentlə həll eləsin))). İraq olsun zarafat edirəm təbii ki. Allah heç bir ailəni ayırmasın.
Yerində fəsad verməyən maşınlar isə daha sonra Rus demiş aççisleniydan dolayı multimediya sistemi, hava yollarını açıb bağlayan drossellərin idarə etmə sistemi və ya klima sistemi zərər görürdü. Bir gündə belə bir hadisə baş verəndə müştərinin maşınını aparmışdım elektrikə. Orda usta mənə izah etdi ki əziz qardaş bunu etməyin. Bilirəm dedi çamahat buna görə gəlir amma bu fəsad verir. Usta bir bir şitin altındakı elektrik birləşmələrini, blokları və hətda bızi maşınlarda daxili beyinin belə şitə montaj olunduğunu göstərdi. Dedi buna buxar nəm dəyəndə evini yıxır. Elə o gündən sonra biz ləğv elədik. Küsən oldu inciyən oldu fikir vermədik. Əsas olan o idi ki biz düzgün qərar verdiyimizi bilirdik.
İndi bir sual da yaranacaq ki bəs mən filan yerdə elətdirmişəm məndə heçnə olmayıb axı. Bəli olmaya bilər. Dəyərli dostlar baxın izah edim. Əslində hava kanalının şitin digər hissəsi ilə bağlılığı olmamalıdı. Amma nəzərə alın ki ölkəmizdə nə qədər Amerikadan gələn vuruq maşın var ( demək olar ki bəlkədə ümumi avtomobilin 25% -i) . Nə qədər SRS ( təhükəsizlik şarı) açılmış maşın var. Qəzadan dolayı şar açılmadan dolayı şitin içində deformasıya olur və üzdə gözlə görünmür. Bu deformasıya zamanı hava kanalının birləşmələrində də boşluqlar yaranır. Ən çox bu boşluqlar dan 4-5 bar təzyiqində vurulan buxar müəyyən elektron sistemlərə nüfuz edə bilir. İndi usta yetim də üzdən nə bilsin ki, bu maşının şitinin içində hava kanallarında boşluq var yoxsa yoxdu. Təbii ki mümkün deyil. Elə bu səbəbdən də biz bu işi ümumən etməyi ləğv elədik. İndi kim edir, kim etmir, kimin xoşuna gəlir və ya gəlmir onu deyə bilmərəm. Amma biz qaş düzəldən yerdə gözü çıxarmağı düzgün hesab etmirik. Ona görə də bir yağlamanın reklam ləhcəsi ilə deyim ki, "Qərdeşüm biz hava kanallarına heç vaxt par vurmiyecüüüüüüüüüüük".
Ümüd edirəm çox geniş şəkildə bu barədə sizə izahlı açıqlama verə bildim.
Oxuduğunuz üçün təşəkkür edirik.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.