FUSIONUN YARALI YERI ƏYLƏC DİSKLƏRİ
Qiymətinə və keyfiyyətinə görə heç də Koreyya avtomobillərindən geri qalmayan Ford Fusion modelləri 4-5 ildə demək olarki ölkəmizə kütləvi şəkildə idxal olundu. Düzünü desək Fusion gəlməmişdən Ford Azərbaycanda elədə urvatlı avtomobil hesab olunmurdu. Vallahi elə 2013 də özüm evə 0 km Ford Focus almışdım 10000 km sürməmiş satdımki bu maşın deyil. Feredosu yığmışdı boğaza. Biraz da belə danışsam Ford sürənlər şərh bölməsində məni sürütdəyəcəkeee)))). Ə qaqa canı zarafat edirəm bomba maşındı.
Ama bu bomba maşının bir iki xırda keyfiyyət qüsuru var ki gərək onnanda danışaq. Bir dəfə yazılarımızın birində əyləc şlankından bəhs etmişdik ki, şərhlərdədə hamı razılaşdı ki ən azı bir dəfə o şlank cırılıb və dəyişiblər. İndi gəlin əyləc disklərindən biraz bəhs edək.
Yəqinki Fusion sürənlər ən azı bir dəfə də olsa əyləc diskini yondurublar. Çünki keyfiyyətsiz metaldan hazırlanan bu disklər digər avtomobillərə baxanda daha tez deformasiya olunur. Hələ bir dəfə bir qardaş çox özünü savadlı bilib yazib ki QAQA YONDURMAQ OLMAZ ORJİNALINI AL TƏZƏSİ İLƏ DƏYİŞ.
Məyər maşının üzərində gələn disklər orjinal deyilki?
Bəli mən razıyam yondurmaqdansa dəyişmək gözəl addımdı. Ama dəyişib lap zavoddan gəlmə orjinalını da qoysan 1 ay sonra yenə əyiləcək. Elə üstündəkidə zavod qoyan orjinal ididə. Niyə dəqiqə başı əyilirdi?
İnsan gərək bir şeyə rəy bildirəndə hissləri və emosiyaları ilə deyil, ağlı və məntiqi ilə rəy bildirə.
Çox söhbəti uzadıb sizə doqquzuncu qurultaydan da danışmaq fikrim yoxdur. Ama onu deyə bilərəmki gördünüz disklər sizi çox bezdirir,çox mazqı edir, gedin Bosch və ya Brembo alın qoyun üstünə unudun disk söhbətin həmişəlik.
Şərhlərdə mənnən Bosch və Brembo qiyməti soruşanlara onu demək istəyirəm ki mən Brembo Bosch zad satmıram heç qiymətinidə bilmirəm. Sadəcə sizə doğru yolu göstərməyi özümə borc bildim.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.