Logo

GÖRƏSƏN DUBAY, TÜRK YAĞLARI YENİ TAKSİLƏRİN MƏDƏSİNDƏ JOQA VERMƏYƏCƏK?

GÖRƏSƏN DUBAY, TÜRK YAĞLARI YENİ TAKSİLƏRİN MƏDƏSİNDƏ JOQA VERMƏYƏCƏK?

GÖRƏSƏN DUBAY, TÜRK YAĞLARI YENİ TAKSİLƏRİN MƏDƏSİNDƏ JOQA VERMƏYƏCƏK? 

Yeni taxı qanunları ilə bağlı uzun uzadı yazıb vaxtınızı almaq istəmirəm. Mənim mövqemi bu məsələdə bilmək istəyirdinizsə, onu deyə bilərəm ki bu qərar bu günkü durumda yersiz idi. Hazırkı taksi sürücülərinin çox az faizi bu qərardan zərər görməsə də əsas hissəsi çox pis durumda qalacaqlar. Kim istəyər ki ölkəsinin vətəndaşı pis durumda olsun? Təbii ki heç bir ağıllı adam istəməz. Keçək mövzumuza. 

Sirr deyil ki Bakıda taksi fəliyəti ilı məşqul olan maşınların əksəriyyəti Toyota Priusdur. Hətda Prius gələndən sonra taksi parklar yarandı, dəhşətli dərəcədə Prius servizlər yarandı. Hələ hər əlinə açar alanın mən Prius ustasıyam deməsindən danışmıram. Bu priusları sürən kim idi? Təbii ki aşağı büccəli insanlar. Bu insanlar bəs bizi neçiyə daşıyırdı? 2-3 manata. Bax 2-3 manata müştəri daşıyan sürücü özünü öldürsə günə 15-20 reys edirdi. İndi bu 15-20 reysdən bu sürücü yazıq maşının amartizasiya xərclərinə pul xərcləsin, sosyal xərcini ödəsin, vergisini ödəsin, yanacağa versin, lisenziya pulunu ödəsin, evinə çörək aparsın, hansına çatdırsın? Normal ibtidai hesablama qabiliyəti olan hər bir insan hesablasa görər ki bu pulla ayləni normal demirəm normaldan bir balaça aşağı da dolandırmaq mümükün deyildi. Sadəcə əlacsız insandı neyləsin? Gedib oğurluq edəsi deyil ki? Guya oğurluq eləsə kimdən edəcək? Sənnən mənnən. Baxın dostlar bu təbəqə sürücülər də məcbur əlacsız şəkildə həmişə maşına Dubay Türk yağlarını alırdılar. Elə ölkəmizdə bu girdirmə yağların satış inkişafına sözün əsl mənasında priuslar çox kömək oldu.  Çünki Toyota idi ki o yağlara dözürdü. 
Bəs innən sonra nə olacaq? 
Taksidə işləyən maşına 15 yaş limiti qoyuldu. Amma nəzərə alın ki 15 yaş son həddihaaa. Yəni 14 yaşlı maşın alıb taksi etsə uzağı bir il fəaliyət göstərə biləcək. Növbəti il lisenziya verilməyəcək. Ona görə sürücü ən azı bir maşınla 5 il xidmət etmək üçün gərək ən optimal halda 10 yaşlı maşın ala. Yəni 2014 buraxılış və daha təzə. 
Çoxunuz da elə 2014 və daha üst model maşınlar idarə edirsiz və bu maşınların hələ adi işə evə gedib gəlmək şərti ilə saxlama xərclərini bilirsiniz. 
Sizcə bu taxi sürücüləri 2-3 manatla bu yeni maşınların amartizasiya xərclərini ödəyə biləcək? 
Allahdan xeyirlisi.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.