Logo

HANSI RƏNG ANTİFRİZ İSTİFADƏ EDƏK VƏ FƏRQLƏRİ NƏDİR?

HANSI RƏNG ANTİFRİZ İSTİFADƏ EDƏK VƏ FƏRQLƏRİ NƏDİR?

HANSI RƏNG ANTİFRİZ İSTİFADƏ EDƏK VƏ FƏRQLƏRİ NƏDİR?

Əslində antifriz bir spirt törəməsidir.Spirt kimi antifrizdə rəngsiz olmalıdır.Bizim avtomobilimizdə isdifadə etdiyimiz antfrizlər isə yaşıl ,sarı ,mavi ,narıncı kimi rənglərdə ola bilir.Bu antifrizlərin əslində biri birindən çoxda (Hətda heç) fərqi yoxdur.Antifrizin özünə məxsus rəngə sahib olma səbəbi soyducu sistemdə sızıntı zamanı antifrizin rənginə görə aşkar edilə bilməsi üçündür.Bundan başqa yağ antifrizin qarışması hallarında tez diaqnoz qoyulması üçün bu rənglərdən isdifadə olunur.Bəzi firmalar istehsalda dahada irəliyə gedərək fosfor  kimi effekt verə bilən və qaranlıqda parlayan antifrizlər istehsal edirlər,
Digər bir tərəfdən istehsalçılar antifrizin tərkibi üzərində işləyərək daha fərqli donma dərəcələrinə sahib antfrizi hazırlayırlar.Buna görə fərqli istehsalçıların antifrizlərini qarışdırmayasanız deyə antifrizlər arasında rəng fərqi ola bilir.ANtifriz əslində rəngsizdir və tərkibindəki kimyəvi birləşmələr ona rəng verməz.

Antifriz xüsusiyyətləri rəngə görə ayırd edilə bilər?
Bazarda müxdəlif rəngdə antifrizlər vardır.Firmalara məxsus rəngləri sizləri aldatmasın çünki ölkəmizdə bu sahədə intizam Avropa və ABŞ da olduğu kimi deyildir.
Misal- Hər zaman adını bilmədiyiniz qırmızı rəngli antifriz işlətmisiniz və bu olduqca sizi qane edib.Lakin bu səfər başqa bir firmanın qırmızı rəngli antifrizin alırsınız.Aldığınız antifrizin rəngi onun kimyəvi tərkibini əks etdirmədiyi üçün əslində aldığınız antifriz əvvəl bəyəndiyinizdən çox çox fərqlidir.Məhs buna görədə antifriz alan zaman rəngə görə keyfiyyət xarakterisdikasına ayırmamalısınız.
Yuxarıda çəkdiyimiz misalın əksidə ola bilər.Misal- siz hər zaman qırmızı rəngli antifriz işlətmisiniz lakin başqa bir firmanın yaşıl rəngli antifrizi ilə eyni keyfiyyətdədir.Rənginin fərqli olması keyfiyyət cəhətdən ölçü qəbul edilmir.

Neçə növ antifriz var?

Qeyri-Təbii Antifriz (IAT - Inornagic Acid Technology)
Bu tip antifrizlərdə ayırmaq üçün adətən yaşıl rəng və ya açıq fofor isdifadə edilir.P (Fosfor) və Silikat dan tərkibində isdifadə edilir. P dəmir üçün qoruyucu maddə olduğu kimi Silikat da Alminium üçün qoruyucu maddə hesab olunur.Bu tip antifrizlər tərkibinə görə həm istehsalı dayanmış həm yeni avtomobillərdə seçilir və isdifadə edilirlər.Əsasəndə su kanalları alminium və su nasosu alminium olan mühərriklərdə isdifadəsi məsləhətdir.Ortalama 40-50,000 km dən və ya 2 ildən bir dəyişdirilməlidir.Dəyişikliyinin gecikməsi ilə mühərrik korroziyaya qarşı müdafiəsiz qala bilərki bu da mühərrik ömrünə ciddi zərər verə bilər.Bu səbəblə suyu sərt olan bölgələrdə 50-50 nisbətdə antifriz su isdifadəsi olunur.Səbəb isə silikatın çökərək dəmir təbəqə üzərində meydana gətirdiyi təbəqə fosforun müdaxiləsinin qarşısını alır və Dəmir üçün korroziyaya səbəb ola bilir.

Təbii Antifriz (OAT - Organic Acid Technology)
Qeyri təbii antifriz kimi Fosfor və ya Silikata sahib deyil buna görədə mühərriki korroziyaya görə qoruması daha aşağıdır.Bundan başqa buna baxmayaraq 200-000km kimi bir isdifadə ömürləri vardır.2-EHA turşu və başqa təbii turşu tərkibində yer alır.İStehsalçı fərqinə görə müxdəlif rənglərdə ola bilər.

Hibrit Antifriz (HOAT - Hybrid Organic Acid Technology)
Adındanda məlum olduğu kimi Hibrit yən Təbii və Qeyri-təbii antifrizin qarışıq formasıdır.Tərkibində Fosfor və Silikat dan başqa 2-EHA və digər təbii turşularda vardır.Silikat soyutma sistemi kanalında meydana gələn çatları doldurmaq kimi bir vəzifəsidə vardır.Suyu sərt bölgələrdə isdifadə olunur.Sarı və narıncı rənglərdə olduğu kmi başqa rənglərdədə ola bilər.

Nitritli Təbii antifriz (NOAT - Nitrited Organic Acid Technology)
Nitrit və Molibden tərkibinə görə daha bahalıdır.Bununla bərabər OAT dan daha çox ömrə sahibdir (1.000.000km) 24 saat dayanmadan işləyən yol maşınlarında və ya yarış avtomobillərində isdifadə olunur.Tünd qırmızı və ya bənövşəyi rənglərdə ola bilirlər.

Hansı Antifrizdən isdifadə etməliyik?
Antifrizin rəngindən aslı olmayaraq bizim üçün əsas olan korroziyanın qarşısını alması gec donması kmi xüsusiyyətlər qabaqcıldır.Rəngi əsas olmayan antifrizin əslində əsas olanıı qarışdırılma nisbətidir.Bunun yerinə bizim bazarda sanki qırmızı və ya yaşıl antifriz daha yaxşıdır deyə və ya Təbii antifriz daha yaxşıdır deyə bir yalnış fikir hakimdir.
Oxuduğunuz üçün təşəkkür edirəm.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.