HƏR USTANIN MÜŞTƏRİSİ DƏ, ELƏ USTANIN ÖZÜ AĞILDA OLUR.
Bu günkü mövzumuz yağdan deyil.
Bəzən kənardan sizə elə gələ bilər ki mən öz sahəmdə, yəni avtomobil sektorunda və mühərrik yağı sektorunda araşdırmanı çox edirəm. Amma əslində mən yağdan zaddansa insanların beynini, onların düşüncələrini, yanaşma tərzlərini daha çox incələyirəm. Arada araşdırdığım və cavabını tapdığım mövzuları sizinlə də bölüşürəm və şərh bölmələrində yüngül diskusiyalar da edirik.
Son zamanlar dedim qoy sektordakı rəqiblərimiz və onların müştəri kütləsinin hansı düşüncəyə sahib olduğunu araşdırım görüm, məsələn Avtok1ub müştərisi ilə X bir yağ mərkəzi müştərisinin nə fərqi var?
Siz bəlkə də inanmarsız çox böyük İQ səviyyəsi fərqləri ortaya çıxardım.
Bilməyənlər üçün izah edim ki, insanın intellektual səviyyəsinin müəyyən olunması üçün “İQ”-dan (ingiliscə intelligence quotient -IQ “ay-kyü”) istifadə edilir.
Çox vaxtınızı almadan mövzuya keçim. Bir çox mənə yaxın olan insanlar bilir ki əsasən səhərlər sübh tezdən mütləq şəkildə gəzintiyə çıxıram və işlə və ya digər işlərlə bağlı planlar ən çox bu zaman qururam. Bir gün də dəniz kənarında oturduğum yedə parabeyin ağlıma gəldi ki, gir bir bir bütün yağ mərkəzlərinin sosyal şəbəkə səhifələrinə, o səhifələrdə şərhlər yazanları tap və o şərh yazanların öz şəxsi profillərinə daxil olaraq onların nə paylaşdıqlarından bu müştərilərin İQ səviyyələrini çıxar.
Əslində beynimdəki bəzi suallara cavab tapmaq üçün bu prosesə başladım və bu qeydləri aparmaq tam olaraq 17 günümü aldı.
Təbii ki hər bir sahədə o sahənin dəlisi də olur ağıllısı da. Artisti də olur ciddisi də. Vicdanlısı da olur vicdansızı da. Bizim sahənin də işini bilən sənətkarlardan savayı, ustalar arasında mejdunami tanıdığımız xiyarları da təbbi ki var. Mən həmişə düşünürdüm ki bu xiyarlar necə olur ki işləyə bilir? Axi normal düşüncəli insan bu xiyarların ağlına nə gəldi dediyi ilə necə avtomobilini ona etibar edir?
Nəsə başladım bu mejdynami xiyarların profilinə şərh yazanlar, var gəl edənlərin hamsının bir bir profilinə baxmağa və paylaşdıqları mövzuların tipindən anladım ki ə sən öl bular yaxşı tapışıblar. Əslində nə yalan deyim (kişi yalan deməz) araşdırmamın məqsədi bu insanları, bu müştəriləri necə qazanım məsələsinə görə idi. Amma sonda qərara gəldim ki bunlara baş yormağa dəyməz.
Nəisə bu 17 günlük araşdırmadan sonra həqiqətən də bu səhifədə və ya digər sosyal platformalarımızda öz izləyicilərimin öz müştərilərimin dəyərini, onların düşüncələrini, İQ səviyyəsini bir daha təqdir etdim.
İnanın mənə düşüncəsi normal olmayam müştəri ilə işləmək çox cətindir. Ya gərək işləməyəsən yada özün də o ağılda olasan. Bax elə ona görə bir çox zamanlarda elə insanlar olur ki mən mesajlarda və ya şərh bölməsində o insanlara sizə uyğun məhsulumuz yoxdur yazıram. Bəlkədə onlar anlamırlar mən niyə elə yazıram. Amma inanın ki bir kəlmə sualın qoyuluşindan belə mən anlayıram ki, buna xidmət etmək olar ya olmaz. Mən həqiqətən də çox şadam, çox xoşbəxt bir ustayam ki, mənim izləyicilərim və müştərilərimin demək olar ki 95% i intilektli IQ səviyyısi yüksək insanlardır. O qalan 5% də bir dəfə xidmətdən sonra zatən özünə uyğün olan yerə çıxıb gedir. Məsələn 5 manat daha ucuz olan yerə. Məsələn içi 10w40 olan amma etiketi 5w30 olub, motora tökəndə yağ azalması verməyən yağların satıldığı yerə. Əslində getmələri yaxşı haıdır. İnanın ki bu hər xidmət sektoruna qismət olmur. Mövzu biraz uzun olsa da istədim səmimi fikirlərimi sizinlə bğlüşüm. Oxuduğunuz üçün təşəkkür edirem. Var olun.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.