HIGH MILEAGE OİL (YÜKSƏK SÜRÜŞ YAĞLARI) NƏDİR?
Başım qarışıb üç gündü aşa, dolmaya, stalıçnı salata. Bir də baxıram ki sən demə neçə gündü heçnə yazmırammış səhifədə. Həm də məni qınamayıne neçə vaxtı vurmağı da xeylaq azaltmışam (orucluqdu deyə tülkü həccə gedir məsləsi) hiss edirəm ki, baş o baş deyil. Nəsə düz işləmir pereboy verir. Dedim qoy bu fasilənin eşqinə heç zaman bəhsi belə keçməyən , çoxunun bilmədiyi və tətbiq olunduqda ən yaxşı nəticə alınacaq bir şeydən yazım. Bu gün High Mileage yəni Yüksək Sürüş yağlarından danışacıq. İlk öncə onu qeyd edim ki yağın adındakı yüksək sürüş kəlməsi sizi çaşdırmasın. Bu yüksək sürüş kəlməsi bizim bildiyimiz o yüksək sürüş, yəni otur qazın belinə söhbəti deyil. Burda məna yüksək probeqli sürüşdən söhbət gedir. Loru dildə desək yetəri qədər sürülmüş və resursu getmiş anlmında ifadə olunur. Düzdü Avropada, Asiyada mühərrik yağı seçərkən bu mədəniyyət formalaşmasa da Amerikalılar 75000 mil yəni 120000 km sürülmüş maşına yağ seçimi edərkən bu amilə mütləq şəkildə diqqət edirlər. Deyəcəksiz ki bəs biz nə edirik? Biz heçnə . Birincisi bizdə 120000 Km getmiş maşın hələ də təzə sayılır. Biz onu turbo.az da satışa qoyarkən fulun fulu, bez kr, ikinci maşın, qarajda qalıb kimi ifadələrlə bəzəyib daha da təzə olduğunu gözə soxmağa çalışırıq. Amma normal dünyada avtomobilin zavod tərəfindən verildiyi resurs 250000-300000 km qiymətləbdirilir və bu maşınlar 120000 km getdikdən sonra High Mileage yağların istifadəsinə başlanır. İndi sizdə sual yaranacaq ki bu nə formalı keçiddir? Narahat olmayın. Bu Həsən əminin, Vasya dayının "qaqa maşın təzə olanda 5w-30 tök amma 100000 km sonra 5w-40 a keçərsən " söhbəti deyil. Burda məsələ elə yenə də 5w-30 la, 5w-20 ile 0w-20 ilə davam etməkdir. Amm məsələn High Mileage 5w-30 la. Ümüd edirəm bura kimi fikrimi sizə izah edə bildim.
İndi görək bəs məsələn adi 5w-30 yağla High Mileage 5w-30 yağların fərqi nədir? Biz onu istifadə eysək nə qazanacağıq, nə itirəcəyik?
Dəyərli dostlar. High Mileage yağlar ən yaxşı qatqı paketləri ilə zənginləşdirilmiş və ən yuxarı özüllük indeksinə sahib olan yağlardır. Burda əsas amillərdən biri daha çox rezinləri şişirən əlavələrin daha çox istifadə olunmasıdır. Bilirsiz niyə? Çünki istər istməz 100000 km dən sonra sizin bildiyiniz klapanın salnikləri qurumağa başlayır. Bu yağı istifadə etdikdə isə o quruma dayanır və yağın tərkibindəki xüsusi qatqılat salnikləri şişirməyə başlayır. Bu proses də gləcək zamanlarda mühərrikdə yağ azalmasını demək olar ki minimuma endirir. Digər tərfdən bu yağlarda çox yüksək dərəcədə aşınma önləyici qatqılar istifadə olunur ki, bu da gələcək zamanlarda istehsalçı tərəfindən təyin olunmuş son resursa kimi səssiz səmirsiz bir mühərrik çatdırmaq üçündür.
Bəs ona görə köpəy uşağının matorları 200000 km də bizə gələndə quzu balası kimi işləyirdə)))).
Biz 100000 km normal yağı tökürük. Sonra başlayır salniklərdə quruma və buna bağlı olaraq da xırda xırda yağ azalmaları. Bu zaman ya Həsən əminin göstərişi ilə 5w40 sonra 10w40 a keçib mühərriki məhvini dahada sürətləndirirk, ya da elə ən yaxşı halda mən istehsalçı tələbini poza bilmərəm deyib 3000 km dən bir müəyyən qədər yağ əlavəsi edib sürürük. Hə elə adam da var ki, bir başa gedir klapanın salnikini dəyişir və ya kolçalara əl gəzdirir rahat maşınını sürür. Təbii ki bunu da ayda 1000 manat maaş alıb 30000 manatlıq maşın sürən sürücülərin az hissəsi edir.
Dəyərli dostlar onu da bildirmək istəyirəm ki High Millage yağlar fərqli dopuskda və ya standartda olmur. Məsələn siz Acea C3 standartlı 5w-30 yağı istifadə edirsizə 120000-150000 km sürüşdən sonra High Mileage 5w-30 ACEA c3 yağı da istifadə edə bilirsiz. Və ya bu İlsac GF5 kodlu yağlarda da belədir. Yəni yağın nə APİ və ACEA standartı dəyişir, nə də SAE özüllüyü. Sadəcə daha zəngin qatqılı eyni standartlı eyni özüllüklü yağ istifadə edirsiz ki bu da mühərrikin daha uzun ömürlü istismarını təmin edir.
Marka adları yazmaq səhifəmizdə tətbiq olunan reklam qadağalarına daxil olduğu üçün hansı yağlar hansı marakalarda olan High Mileage yağları təsüf ki qeyd edə bilmirik. Özünüz Google müəllumə müraciət edərək internet resurslarında araşdırma edib tapa bilərsiniz. Biz reklamçı olmadığımız üçün sizə direkt filan yağı alın, almalısız və ya ən yaxşı budur sözunu yazmırıq. Biz sizə doğru mühərrikə doğru yağı necə seçmək lazımdırsa onun yolunu örgədirik. Əgər bu tip məhsulları tapmaqda çətinlik çəksəniz yağ mərkəzlərimizə yaxınlaşaraq ustalarımızdan ətraflı məlumat ala bilərsiniz.
Ümüd edirəm bu mövzumuz sizə maraqlı oldu. Qaranlıq nəsə texniki məslə olarsa şərh bölməsində qeyd edin. Biz də çalışarıq cavablayaq.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.