İLİ KÖHNƏ AVTOMOBİL USTA ÜÇÜN PROBLEMDİR.
Bəzən ən çox qınaq abyetinə cevrildiyimiz və bəzi insanları Avtok1ubdan narazı salan faktor budur ki biz ili köhnə avtomobillərin texniki qulluğunu və təmirini etmirik. Hətda buna görə bizim haqqımızda Qudurublar kimi ifadələrdə səslənir. Ama heç kəs heç vaxt soruşmurki səbəb nədir ? Axı niyə baxmırsız?
Avtomobil ustaları da fikirlərimlə razı qalar ki, gördükləri işlərdə ən cox geri qayıtmalar ili köhnə avtomobillərdə olur. Yəni bu gun 10 avtomobil təmir etmisənsə mütləqdir ki onun 4 ü geri qayıtsın. İndi qaqaşın biri komentdə yazacaqki usta yaxşı usta olsa işi elə görərki maşın geri qayıtmaz))).
Əslində ustada problem yoxdu. Usta pis usta olsa,bacarıqsız usta olsa onnan daha cətin sistemli müasir avtomobili düzəldə bilməz.
Problem sürücüdə də deyil. Cunki sürücü büccəsini bir təhər toparlayıb alıb da bu köhnə maşını özünü salıb işə.
Poblem ondadır ki, bu tip avtomobillərin demək olar ki istismar müddəti bitib. Orasin düzəldirsən burası xarab olur . Burasın düzəldirsən orası xarab olur.
İli könə avtomobilə demək olarki orjinal ehtiyat hissəsi tapmaq qeyri mümkündür. Alınan detal belə pis cıxsa əziyyətini usta cəkir. Əksər hallarda detallar ölüxanadan yarımcan olunmuş təmin edilir oda ki bilmirsən işliyəndi ya işləmiyəndi. Hələ birdə görürsünüz ki sürücü deyir ki usta cox xaiş edirem gör özününkünü birtəhər edib düzəldə bilirsənmi.
Ən axırda da bu yuxarıdakı səbəblərin fonunda avtomobil düzəlmir. Yada düzəlsədə iki günnən sora yenə eyni formada xarab olur. Zülümdə qalır ustaya. Axırdada sürücüdə deyirki filankəs usta deyil.
Ən cox bizə tutulan iradlardan budur ki niyə ucuz yağ satmırsız?
Səbəb odurki ucuz yağla keyfiyyət verə bilməyəcik. Hec kəs sabah problem olanda demirki mən ucuzun istədim. Deyir ki Filankəs girdirmə yağ satır. 150 manatada 50 manatada yağ alan səndən eyni performans gözləyir,eyni keyfiyyət gözləyir. Bu isə mümkünsüzdür. Sadəcə qəbul etmək lazımdır
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.