Logo

İNKİŞAFA GEDƏN YOL

İNKİŞAFA GEDƏN YOL

İNKİŞAFA GEDƏN YOL.

Bir cox insanlar, dostlarımız, müştərilərimiz hər zaman bizdən soruşurki,  halal olsun sizə necə oldu ki qısa zaman çərçivəsində Avtok1ub bu qədər inkişaf edib yağ dəyişmə sektorunun liderlərindən və bu sahədə söz sahiblərindən birinə cevirildi? 
Əslində bu yol sizin ücün qısa görünsə də bizim ücün planlanan bir uzun yoldur və bu yolun hələ ki bir hissəsini gəlmişik. Bir zamanlar köhnə Günəşlidə əncir ağacının dibində oturub bir yağlamanı seyr edirdim. Əslində mən nə qədər qazanacam deyə düşünmürdüm. Bu sahənin catışmazlıqları nədir və mən bu catışmazlıqları aradan qaldıra bilərəmmi deyə düşünürdüm.
Sektorun iş görənlərini araşdırdıqda bir cox nuanslar qarşıma cıxdı. 
👉Savadlı iş görənlər  var idi xidmət yox.
👉Savadsızın qiyməti ucuz xidməti yox
👉Normal xidmət göstərənlərində qiyməti baha savad 0
 Əsas məsələ sektorun boşluqlarını analiz etmək idi. Boşluqlar isə xidmət və savad idi. Əslində Avtok1ub insanlara ilk olaraq gözəl qulluq təklif etdi. Təvazökarliqdan uzaq olsada deyə bilərik ki  bu gun Bakı şəhərində əksər yağlamalar Avtok1ubun konsepti ilə gedir və özlərini bizə oxşatmağa calışır. Daha sonra biz insanlara avtomobilə yalnız qulluq deyil , yağ secimində və digər xidmətlərdə savadlı yanşma və  düzgün usta işi təqdim etdik. Yenə də təvazökarlıqdan uzaq olsa da ,bu gün insanların avtomobil barəsində mariflənməsində Avtok1ub qədər nə yazan var ,nə də marifləndirənlər var. Savad yoxdu axı . Nədən danışsınlar? Hammı bizdən ancaq matorxana təmizləməyi göyürüb , elə onnan da başını girələyir. Əslində ustalara məlumatlı müştəri sərf eləməsə də, biz daim insanların daha cox məlumatlı olması ücün əlimizdən gələni edirik və bunlar hamsı sizin gözünüzün önündədir.

Ümümi savadlı iş və xidmət fonunda, insanlara yalnız keyfiyyətli məhsul təqdim etmək bizim əsas məqsədlərimizdən biri olub və biz yolumuzu dəyişmədən bu cürdə davam edirik. Avtok1ub yeganə yağ mərkəzlərindən biridirki biz pula görə,artıq qazanca görə, müştəri bizi tərk etməsinə görə keyfiyyətsiz orta seqment və aşağı seqment məhsulları qəti şəkildə qəbul etmirik. Çox maşın olsun hər şey sataq anlayışı bizim üçün fikirdir. Təbii ki keyfiyyətli məhsul həmişə qiymətdə fərqli olur. Ama zaman zaman qiymətə görə keyfiyyətsiz məhsullara yönələn müştərilərimiz olub ki onlar sonradan peşman şəkildə bizə geri dönüblər. Hətda bizdən yaxşı motor xana təmizləyənlərə də gedənlər sonradan bizə geri dönərkən , qaqa vallah bu ra kimi isti münasibət yoxdu sözünü deyiblər. 
Ümumi olaraq demək istəyirəmki həm qulluq,həm xidmət,həm savad həm də keyfiyyətli məhsul təqdim etməklə hər zaman insanlara daha münasib qiymət təklif etmək əsas meyyarlaımızdan biridir. Bütün bu sadaladıqlarım düzgün qaydasında olanda təbbiki inkişaf qacılmazdır. İstənilən sahədə catışmazlıqlar olduğu kimi bizdədə vardır. Ama biz hər zaman bu catışmazlıqların həlli ücün daim calışırıq və sizə qüsursuz xidmət etmək ücün əlimizdən gələni edirik. Məqsəd bu sahənin markasına çevrilməkdir.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.