Logo

İNSANIN GƏRƏK QANI XARAB OLMAYA.

İNSANIN GƏRƏK QANI XARAB OLMAYA.

İNSANIN GƏRƏK QANI XARAB OLMAYA. 

Bir yaxın dostumuz Hyundai maşınını satasıdı. O qədər yaxşı insandır ki bir gün gəldi dedi ki bəs istəyirəm maşının hər şeyi ideal olsun sonra satım.  Açığı Allahdan gizlin deyil sizdən də gizli olmasın mən razı deyildim o qədər xərc qoya sonra sata. Dedim qardaş vallahi sən bunu nə qədər ideal etsən də ona alqı satqıda dəyər verən olmur. Yaxşısı satanda alana de ki filan işləri görüləsidi pulundan beşdən üçdən çıxarsan. Nə isə bu mən deyəni yox öz bildiyini etdi. Nə isə, nə başınızı ağrıdım altda üstdə nə lazımdırsa dəyişildi. Sürətlər qutusu söküldü filteri yağı hər şeyi təzə və gül kimi yenisi ilə əvəz olundu. 
Qardaş maşını satışa çıxartdı və o qədər arxayındır ki, çatana da deyir harda nəyini istəyirsən apar yoxlat. Bir müştəri də alanda deyib ki, aparaq Hyundai servizə. Deyəsən Xırdalan tərəfdə olana. Usta maşını qaldırıb orasına burasına baxıb bir xeylaq şey başlayıb defekt çıxarmağa . O azmış kimi qayıdasan ki bəs sürətlər qutusu yağı yanıb dəyişilməlidi. Dostum zəng edib deyəndə ki serviz belə deyir, elə bil əsəbdən beynimə qan sızdı da. Peredxranitel atdı nə atdı. Dedim ver o ustaya onun ibtidai icma qurluşundan bu yana gəlmiş keçmiş toxumunu yadına salım vermədi.
Sözümün canı nədir. Biz həmişə nə isə yazanda insanlar yaşam səviyyəsindən, nəbilim düzgün olmayan qurluşdan, düzgün olmayan idarə etmədən filan şikayətlənirlər. Hər şeyi dövlətə və ya qurluşa bağlayırlar. Düzdü mən elə insanlara çox zaman cavab yazmıram, çünki mən cəmiyyəti dövlətin yox insanın qurduğuna inanıram. Lap qurluş pisdi ok mən razı. Bəs ay sadə vətəndaş, ay usta, ay fəhlə, ay kasıb sən niyə öz təbəqəndə olan birini aldadırsan? 
Bilirəm şərhlərdə yazacaqsız ki hamsı maddi durumdan aslıdır. Guya ki bu adamların maddi durumu yaxşı olsa şərəfsizlik, qanı xarablıq etməyəcəklər. 
İnanın ki bu mənim şəxsi fikrimdir siz razılaşmaya da bilərsiniz. Amma ömrümün 40 ilində gəldiyim nəticə bu olub ki, qanı xarab adama xeyri yoxdu. Bu gün əli 1 manatla oynayırsa 1 manatlıq şərəfsizlik edəcək. Sabah əli bir milyonla oynasa milyonluq şərəfsiz olacaq. 
Acınacaqlı hal odur ki cəmiyyətin az hissəsi yox, çox hissəsi bu seqmentdə insanlardı razı olsaz da olmasaz da. Durub burda yalannam özümüzü tərifləməklə deyil. Gəlin nəyi necə görürüksə elə də deyək. Deməsək və bu qüsurları düzəltməsək cəmiyətdə insanların  bir birinə güvəni, etibarı, hörməti və mərhəməti hissi çox sürətlə məhv  olub gedəcək. Onsuzda 90% i gedibeee. Çox cüzi bir intelektual təbəqə var ki onlar bir birinə mədəni və sayqılı davranır. Oda ki loru dildə desək öz kruqlarında. Qalan elə bil zombidi.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.