Logo

INSANLAR AVTOMOBILI ÖZ CANINDAN COX SEVIR.

INSANLAR AVTOMOBILI ÖZ CANINDAN COX SEVIR.

INSANLAR AVTOMOBILI ÖZ CANINDAN COX SEVIR.
Dəyərli izləyicilərimiz.  Deməli hər gün ən azı 3, 4 sürücü idarəetmə panelində bu işığın yanması ilə bağlı servizimizə yaxınlaşır və cox narahat bir şəkildə deyirki USTA DİAQNOZTİKA EDİN GÖRÜN NƏ OLUB BUNA.Təbii ki  bu dəfə sizə bu işığın niyə yanması və səbəbləri barəsində leksiya oxumayacam . Zatən 95 qalxdı məcbur hamı kecdi 92 yə. 92  benzinində əsasən Amerkanka maşınlarda check engine işiğını yandırdığını coxunuz məndən yaxşı bilirsiniz. 
Hər diaqnostika etdikdən sonra sürücüyə sual vermişəmki bəs qardaş axrinci dəfə özünü narahat hiss edəndə bu təlaşla həkimə yoxlanış ücün nə zaman getmisən. Ama düzün de. Adam baxır üzümə və söhbəti tuturki mən ona hardan sual verdim. 
Canınıza qulluq edin CƏNABLAR. Dəmir parçası hər zaman əl catandır.
Özüm də eləyəme. 2 il bundan öncə Naftalanda öd kisəmdə bir şey tapdılar dedilər sənə vanna olmaz. Amma hər 6 aydan bir yoxlatdır gör böyümə olsa əməlyat elətdir ki, fəsad verməsin. 2 ildə  hələ də 20-30 manat verib  bir dəfə UZİ yə getməmişəm. Desəm ki imkan zad məsələsi mane olub, yəni o da deyil. Vaxtım olmayıb desəm o da deyil. Amma maşın xarab olsa adam gecə yata bilmir. Səhərə keimi yerində fır fıra kimi fırlanır)).
Biz niyə beləyik? İnsanın özünə qarşı olan bu laqeyid yanaşmanı tərgitmək üçün neynəmək lazlmdır?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.