İNSANLARI ALDATMAQ, ALDANDIQLARINA İNAMDIRMAQDAN DAHA ASANDI.
SənAllah paylaşıma qoyduğum şəkilə fikir verməyin. Belə dərin mövzular olanda nə şəkil qoyacağımı bilmirəm çünki. Əlacım qalır elə baş beyin şəkli zad qoyam. Çünki düşünürəm ki, deyəcəklərimi dərk etmək və analiz etmək hər kəsin öz beyninin necə işləməsinə bağlı olan məsələdir. Ona da şərhlərdə baxaçağıq görək dediklərimi kim nəcə analiz etdi.
Bakı beynəlxalq kitab sərgisində dəyərli dostum Kəramət Böyükçöl dünya ədəbiyyatından bir kitab hədiyyə etmişdi. Kitabın ilk səhifəsində bir Meksikalının Amerikada necə yaşam quracağı haqqında söhbət gedir. İllərlə Amerikada yaşayan bir Meksikalı, yaşamaq üçün yeni gələn Meksikalıya tövsiyyə edir ki, əgər Amerikada yaşamaq istəyirsənsə insanların üzlərinə heç zaman səhv etdiyini və ya səhv bildiyini vurma. Bu Amerikalıların xoşuna gəlmir və sən belə etsən bu cəmiyyətdə heç zaman uğur qazana bilməyəcəksən. Baxıram biz də artıq yavaş yavaş Amerikaləlara oxşamağa başlamışıq))).
Həm sosyal şəbəkə platformalarımızda, həm də servizlərimizdə müraciət edən sürücülərin əksəriyyətinin əvəllər aldandıqlarının şahidi oluruq. Amma inannın ki, bunu onlara deməyə çəsarət etmirik. Çəsarətsizliyimiz kimnənsə çəkinmək anlamına gəlmir. Sadəcə qarşındakı insana doğrunu dedikdə san ki qəbul etmir. Hətda sənin onu aldatdığını düşünür. Belə mövzular səhifəmizdə də şərhlərdə zaman zaman olub. Məsələn bir keyfiyyətsiz məhsul alan adama durub düzgün şəkildə, həqiqətən də izah edirsən ki, bax qardaş aldığın mal keyfiyyətsizdir. Gələcəkdə sənə problem yaradacaq. Adam dediyin sözü heç vaxt bir mənalı qarşılamır. İlk fikirləşdiyi o olur ki, öz malını satmaq üçün tərifləyir. Və ya qarşısına iki məhsul qoyub birinin digərindən daha üstün olduğunu deyəndə o saat fikirləşir ki, yəqin bunda qazancı daha çoxdur deyə bunu tövsiyyə edir. Bax bu çür insanların yanlış anlaması yanlış düşünməsi avtomatik olaraq o insansı səndən uzaqlaşdırır. Yəni loru dildə desək sənin doğrularına şübhəli yanaşaraq müştəri olaraq səndən uzaqlaşır. Təbii ki, bir ticarət nöqtəsi olaraq müştərinin uzaqlaşması da pis haldır. Baxırsan, analiz edib görürsən ki, sən ticarəti səmimi, doğru, aldatmadan və gizlətmədən deyəndə daha çox itirirsən. Məcbur qalırsan qarşındakı insanın eşitmək istədiyi şeyi deyəsən.
Bəs bu doğrudurmu? Xeyir doğru deyil. Səmimi deyil. Ürəkdən deyil.
Amma neyniyəsən, necə edəsən ki, qarşındakı insan sənin ona qarşı səmimi və dürüst yanaşdığını anlasın? Doğrusunu desəm mən hələ onun yolunu kəşf edə bilmənişəm. Bəlkə siz kömək edəsiniz .
Sizin şərh bölməsindəki bu barədə fikirləriniz bizim üçün çox dəyərlidir.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.