İŞİ ÇƏTİN GEDƏN MÜŞTƏRİLƏR.
Xidmət sektorunda olanlar bilir ki fərqli xasiyətdə müştəri tipləri olur və sən zatən məcbursan ki buna uyğunlaşasan. Yaxşısı da olur pisi də. Səbirlisidə olur səbirsizi də. Ağıllısı da olur ağılsızı da. Yaxşı müştəriyə xidmət göstərməyə nə var ki , oğulsan o pisi yola ver. Burda qalırsan iki yol arasında. Əgər sənin üçün o müştərinin kimliyi, onun səni necə əsəbləşdirdiyi və ya sənin əsəsb sistemin maraqlı deyilsə və sən bundan da önəmli o müştərinin verdiyi pulu düşünürsənsə ,o zaman yola ver getsin. Pulunu al vsyo.
Yox sənin üçün pul maraqlı olmursa o zaman bəri başdan yola sal getsin heç işini də görmə.
Bax elə adamlar olur ki gətirir maşını deyir can qardaş bunun filan problemi var həll edin sən canın bunu. Özünüz nəyi yaxşı bilirsiniz elədə edin ki sora birdə başımı xarab eləməsin.
Belə adamların işi inanın Allaha yağ kimi gedir. Alınmayan işi də bəzən elə alınır ki adam özü məətəl qalır.
Bir də var o ustanın başının üstündə durub hər açılan bolta nəzarət edən? Hər bir qoyulan detaldan şübhə edən , ayaq yoluna gedəndə ustaya işivi saxla qoy gedim gəlim sonra başlayarsan deyən müştərilər.
Qardaş bu müştərilər Evrenə nə mesaj göndərir nə edirsə bilmirəm, həmişə onların işi ağır gedir. Bax durduq yerdə ya bolt qırılacaq zülüm çəkəssən. Ya nəbilim padyomnik xarab olacaq, ya usta əlini kəsəcək, ya işi qurtaracaqsan başqa bir problem yaranacaq, axrı bir qəmbərqulu mütləq həmişə çıxır. Düzdü mən o mənfi enerji zad söhbətinə inanan biri olmasam da, həqiqətən elə bil adamlar bütün iş prosesinə mənfi enerji verir. Ona görə də belə adamların işi az qala daşdan çıxır. Hər zamanda hər şeydən narazı olurlar. Heç nəyə də inanmırlar. Deyirəm bəlkə hər yerə gedəndə bu mənfi enerjiyə görə işləri tərs gedir. Bu da onlarda yenə növbəti iş də tərs getməsin deyə daha çiddi incələmə aparmağa məcbur edir. Və beləcə bütün işlərədə işi daşdan çıxmağa davam edir.
Xidmət sektorunda çalışanlar məni anlayar yəqin.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.