Logo

İSTEHSAL SƏHVİ NƏDİR.

İSTEHSAL SƏHVİ NƏDİR.

İSTEHSAL SƏHVİ NƏDİR.

Hər bir avtomobildə mümkün deyil ki kiçik də olsa istehsal xətası olmasın. Buna bizdə ustalar xəstəlik adını da qoyub. Məsələn bir çoxlarınız maşının problemini deyındə ustadan başını burax bunlarda xəstəlikdi sözünü eşidibsiniz. Düzdü sizi başından eləmək istəyən ustanın yalan informasiyası da ola bilər və ya həqiqət də ola bilər. Çox zaman isə bəzi insanlara avtomobilin zavod xətalı olduğunu deyəndə heç qəbul etmək istəmir. Hələ sənə də sən zavoddan ağıllısan sual da verir. İnsanlar elə düşünür ki, bir avtomobili hansısa zavod istehsal edirsə bu işdə hec bir halda qüsur olmamalıdır. Siz elə düşünürsünüz ki, sanki onlar hər şeyi sizdən ötrü yüz ölçüb bir bicir? 
Bu əsla belə deyil. Yada siz elə düşünməyin ki, bu avtomobilləri fövqal təbii insanlar istehsal edir. Sizi ana onları krokodil dünyaya gətirib.

İlk öncə gəlin görək avtomobil necə istehsal olunur? 
Dünyadakı demək olar ki bütün avtomobil zavodları bir növü zborka edir. Yəni avtomobildə istifadə olunan detal və hissələrin 90% ni həmən zavod istehsal etmir. Anlayasınız deyə belə izah edim. Hec bir avtomobil istehsalcısı təkəri özü istehsal etmir. Məsələn audio sistemi özü istehsal etmir Bose JBL Sony kimi şirkətlərə sifariş verir. Dunyada hər üç maşından birinin elektrik sistemini Valeo istehsal edir. Hətta avtomobili idarə edən beyini belə Bosh Siemens kimi zavodlara sifariş olunur. Dünyanın ən məhşur avtomobili olan Mercedesi incələsəz farası Hella motorun əksər elektron detalları Bosch cıxacaq.
Məsələn Hyundai Kia bu sifarişləri Mobisə,  Toytota isə Denso ya etibar edir.Yəni avto istehsalçı bilmir ki bu kənara sifariş verdiyi detal bir ildən sora xarab olacaq ya olmayacaq. 
Kecmişdə bir avtomobil istehsal olunanda onun test müddəti 3 il cəkərdi. O zaman bir məqalədə oxumuşdumki Mercedes W124 kuzanı səhv  eləmirəmsə 4 il test etmişdi sonra istehsal etmişdi. İndi isə zavodların bu kimi bir şansı yoxdu. Səbəb isə dünya bazarında yeniliklərin durmadan artması,texnalogiyanın sürətli inkişafıdır. Müasir dövürdə az qalırlar iki ildən bir model dəyişələr ona görədə bu sürətli inkişafın qarşısında avtomobillər ən yaxşı halda bir necə ay test olunur və istehsala buraxılır. Bu kimi hallara görə də bu gün müasir avtomobillərdə qüsurlar daha coxdur, nəinki köhnə avtomobillərdə. Elə zavodlar var ki, sonra müştərinin nə əziyyət çəkəcəyi onun marağında olmur. Çünki əsasən büççə avtomobilli istehsal  olan bu zavodlar geri çağırma etməsi onlara maliyə cəhətdən sərf etmir
Amma məsuliyyətini dərk edən zavodlar bu kimi hallarda servizə geri dönüş cağrısı edir. Bu kimi bir səra çağırışların linkini də sizin üçün aşağıda qeyd etmişəm. 

Məsələn Mercedes https://tr.motor1.com/news/585584/mercedes-fren-problemi-geri-cagirma/

Məsələn Toyota https://www.ensonhaber.com/otomobil/toyota-15-milyon-adet-araci-daha-geri-cagirma-listesine-ekledi

Məsələn Bmw https://tr.motor1.com/news/572558/bmw-1-milyon-geri-cagirma/

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.