KƏNARDAN ÇOX ASAN GÖRÜNÜR.
Əslində avtomobil yağı dəyişməsi kənardan çox asan görünür. Bəli həqiqətən də asandır. Hətda bir çox ölkələrdə sürücülər avtomobilin yağını özləri dəyişir. Ümumiyyətlə insanın istismar etdiyi avadanlıq və ya avtomobildən anlayışı olması çox müsbət amildir. O vaxtı köhnə kişilər yolda qalanda düşüb kapotu açıb özləri düzəldərdi avtomobili. Düzdü indiki avtomobillər o zamankı kimi sadə deyil,amma yenə də avtomobil barədə az da nələrisə örgənmək sürücülər üçün faydalıdır.
Bilirsiz bəzən nə düşünürəm?
İndi bu sürücüləri qoyaq bir kənara bular lap bilməsə də olar. Day hər şeyidə sürücü özü düzəltsə bizim balamız evdə polun taxtasını yeyəsi deyilki?))))
Həqiqətən də müasir mühərriklər və sürətlər qutusu yağlarını tam profesional anlayan,onlara düzgün yağ seçən ,yəni bu sahəni qüsursuz bilən Azərbaycanda özünü öldürər 10 nəfər taparsan ya tapmarsan. Bəlkə də bu sozüm biraz pafoslu oldu ama inanınki həqiqətən də elədir. Çünki bu sahədə olduğumuz üçün hər kəsin kapasitesinə ,bilik və təcrübəsinə bələdik.
İndi bu 10 nəfərdə lap qulluq etsin 200000 avtomobilə. Məsələn Avtok1ub 25000 avtomobilə qulluq edir.
Bəs bu ölkədki 1400000 avtomobilin 1200000-ə yağ barədə hansı formada qulluq olunur?
Bunu bilmək çox asandı. Uzun zaman zaman dilimində istifadə etdiyiniz yağ və ustanın işini bilmək üçün mühərrikin yağ qapağını açıb daxildə naqara baxmaq kifayət edir. Yenə qeyd edirəm bu yalnız uzun zaman istifadədə bilinir. Bir iki yağ dəyişmədə deyil.Məsələn 2 il boyunca eyni yağ sizin avtomobildə mütləqki ya yaxşıya yada pisə doğru öz işini görür.O zaman siz ustanızın profesionallığı və onun secdiyi məhsulun keyfiyyətindən söhbət edə bilərsiniz.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.