KEYFİYYƏTLİ YAĞ MÜHƏRRİKİN PROBLEMİNİ HƏLL ETMİR.
Dəyərli izləyicilərimiz.Yaxşı yağın məqsədi mühərriyi, istehsalçısının verdiyi müddətdə aşınmadan qorumaqdır.
Məs: İstehsalçı deyir ki, mənim mühərrikim hər 250.000-300.000 dən bir kiçik təmirə getməli və məs: Sepi və ya salniki dəyişməlidir ki ,mühərriyin digər hissələri də uzun illər xidmət etsin.
Bu qeyd edilən müddətə qədər isə yaxşı yağ istifadə ediləməlidir ki, o dövrə qədər mühərrik öz xidmətini yerinə yetirisin. Söhbət bahalı yağdan getmir haaa. Keyfiyyətli yağdan gedir. Bahalı olmaq yaxşı olmaq deyil. Bu bir marketing hiyləsidə ola bilər.
Bir insan ömrünü ortalama 60 il götürsək, bu ömrü başa vurmaq üçün ona bəzi qoruyucular lazımdır. Məs: yemək-yemək, su içmək təmizlik, temperatur, müxtəlif təzyiqlərdən qorunma, stress və s. Tutaq ki bir adam pis yemək yeyir onda o zəifləyir sonra xəstələnir və həyatını davam edə bilmir. Yəni acından ölmək və ya zəiflyərək ölmək insan ömrünü ciddi azaldır amma istənilən halda insanın ömrü var,və o bir gün bitir. Mator ömrü də belədir gərək yaxşı yağ istifadə eləyəsən ki verilən ömrü düzgün istifadə edəsən. Əks halda ömür qısalır və istənilən halda sonu var.
Bəzi sürücülər elə bilir ki bu verilən ömrü (məs: 200000 km) istənilən yağla kecirmək olar və nə isə olsa (səs, azalma, qətran, qalıqlar, ağır aşınma) təcili yaxşı yağa keçəcək və hər şey yaxşı olacaq. Bu belə deyil müasir mühərriklərdə bu özünü cox tez göstərir, qısa zamanda səs əmələ gəlir və ən pisi də odur ki geriyə yol yoxdur ya mühərrik sökülməlidir (motor flush və ya kəfkiri yumaq kömək etmir ) ya da mühərrik dağılacaq. Müasir mühərriklər həm bahadır həm də ustası da azdır. Təkrar yigilan mühərrik adətən tez dağılır və səsli işləyir. Bu günün BMW MERCEDES mühərrikləri 98 ci ilin mühərrrikləri kimi sizi səhv yağ istifadəsində bağışlamır
YAXŞI YAĞ DİRİLİŞ SUYU DEYİL Kİ , vəzyyət pis olanda onu tökəsiniz və işiniz düzələ. O möcüzə etmir, mühərrik təmir etmir, salnik dəyişmir , onun borcu mühərriyi qorumaqdır,əgər qorunası bir şey yoxdursa yaxşı yağın mənası yoxdur.
Texniki xidmət , zaman, yürüş, istifadə halları nəzərə alınmalı, mühərrik dəyərləndirilməli və ondan sonra mümkün qədər düzgün yağ seçilməklə son qalan resursu düzgün istifadə etmək olar.
Məlumat üçün deyim ki, demək olar ki 80% ə yaxın sürücü səhv istifadə nəticəsində mühərriyi vaxtından tez məhv edir, bu da bu gün üçün ciddi pul deməkdir. Pul qazanmaq isə sizin vaxtınız və canınızı aparır ona görə diqqətli olmaqda fayda var.
Biz daha cox texniki məlumatlara diqqət yetiririk, sürücü bilməyə bilər, ona imkan daxilində kömək etmək borcumuzdu və edirikdə. Amma təəssüf ki bizə çatana qədər sürücü mühərrik ömrünü vaxtında tez bitirmiş olur və biz ona kömək edə bilmirik adətən.
Müasir mühərriklər sözün əsl mənasında fərqlidirlər, siz əgər onların yağlama sisteminə baxsanız (adətən hər model üçün texniki kitab 200-300 səhifədir) artıq işin nə qədər ciddi olğunu hiss edərsiniz.
Əlavə sualınız olarsa şəhr bölümündə və ya mesaj bölümündə müraciət edə bilərsiniz.
Avtomobilinizə və özünüzə yaxşı baxın.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.