Logo

KONDENSAT VƏ HİNDİSTAN KİNOSU.

KONDENSAT VƏ HİNDİSTAN KİNOSU.

KONDENSAT VƏ HİNDİSTAN KİNOSU. 

Soyuq aylar başlayandan avtomobilinin kapotunu ara sıra açıb orasına burasına baxan titiz adamların bəziləri bu mənzərə ilə qarşılaşır. Nə qədər də biraz maşından başı çıxan adam olsa da bu görüntü onu tədirgin edir və forumlarda quruplarda dərdini insanlarla paylaşıb çarə axtarırlar ki görəsən bəs bu yağ qapağındakı krem kimi şey nədir.  Avtomobil forumlarında da , hind kinosu tərzində qaqa narahat olma sür kondensatdir deyib cammaatin belini qirirlar. Bəli kondensatda ola bilər lap ağırı qalofkadan və ya yağ soyutma radiyatorundan da motora su verə bilər. Bu gün biz qalofkadan qarışan sudan və ya radiyaordan qarışan sudan danışmayacağıq. Normal saz mühərriklərdə yaranan kondensatdan danışacağıq. Yuxarıda da qeyd etdiyim kimi bəzi sürücülər buna boş ver qaqa matorun normal qızmır deyə olur deyirlər.  Amma bunun mühərrikə ziyanı olduğunda qeyd etmək lazımdır.Yağ krişkasinda kremə bənzər şey cixir , olan şeydir sür  qaqa deyənlər ve onlara qulaq asanlar bilə bilə mühərriki didirlər sanki. 
Kondensatın kobud şəkildəki tərifi parın, ümumiyyətlə qazın maye halına keçməsi deməkdir. En məhşuru sudur. Amma basqa şeylər də var. Məsələn benzin də dizel də kondensat verə bilir. 
Nə isə keçək esas məsələyə. 
Burda esas mesele kondensat prosesi deyil. Prosesin nəticəsidir. Hamının ortaq razı olduğu nöqtə odur ki yağa su qarışıb ( kondesatdir adı, Cimidir, Şakadir, Hind kinosudur bilmirem axir ki sudur ). Yağa su qarışıbsa istəyirsiz kondensat olsun, istəyirsiz mühərrikdəki soyutma radiyatorundan qarışsın, lap istəyirsiz yağ qapağını açıb stəkanla motorun içinə su tökün fərq etməz. Yəni səbəb nə olursa olsun yağda artıq su var.

BES YAGA SU QARISANDA NE OLUR?
Burda artıq Kərəmi ağlamaq tutur. Yağa su qarişanda yağ olmur. Olur krem.
Matorun tək qorxduğu şey sudur.Çünki mator yağlanmalı və təmiz qalmalıdır.Su isə korroziya verir və normal yağlanmanı etməyə qoymur .Nəticədə aşınma həddindən artıq sürətlənir və mühərrikin  ağır sonu gəlir.  
 
YAXŞI BƏS NECƏ EDƏK?
Əsasən qış aylarında baş verən bu proses bəzən insanları cox narahat edir və onlar bizə suallar ünvanlayırlar.Bu kimi hallar  iş yeri ilə evinin arasında qısa məsafələr olan sürücülərin avtomobillərində daha cox yaşanır. Səbəb odurki səhər avtomobili işə salıb 2-3 km sonra söndürür.  Axsamda yenə eyni hal.Bu o demək deyilki siz səhər avtomobili işə salib 90 dərəcə qızana kimi gözləməlisiz.Avtomobil sadəcə cox az sürüldüyü ücün mühərrik nisbi rütubətdən yaranan kondensatı buxarlandıra bilmir. Əgər sizin avtomobildə bu hallar yaşanarsa sizə hansısa usta boş yerə mühərrik belə sökdürə bilər. Amma düzəlməyəcək.Yalnız iki yolu var. Ya avtomobili biraz uzun məsafələrdə sürmək lazımdır, ya da yağı biraz tez tez dəyişmək lazımdır ki motor su qarışmış yağla işləyib karroziyaya məruz qalmasın.

Oxuduğunuz ücün təşəkkür edirem. Avtomobil və onda yaranan problemlərlə bağlı suallarınızı şərh bölməsində verə bilərsiz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.