Logo

KÜTLƏ BUNU SEVİR

KÜTLƏ BUNU SEVİR

KÜTLƏ BUNU SEVİR
Yaxın oturun qaqanız sizə maraqlı söhbət edəcək. Bir dostum var televiziya məkənında işləyir. Həmişə buna irad tuturamki ay qaqa bir adam kimi marifləndirici maraqlı verlişlər hazırlayın. Bu düşük verlişləri azaldın. O həmişə mənı bir cavab verir. KÜTLƏ BELƏ SEVİR.
İndi bəzən mən bu televizya temasını bizim yağ dəyişmə işi ilə fərqləndirəndə həqiqətən də cəmiyyətin bir cox hissəsinin kafasında nəyinsə düz analiz olunmadığını anlayıram. Düzdür cəmiyətdə adil, düşünən, savadlı və uzaq görən insanlarda var. Ama bu cox azlıq təşkil edir. 
Hər zaman bizim əməkdaşlar mənə irad tuturki,sən müştərilərin əksəriyyəti ilə üzə üzə söhbət etmirsən yağlatdan, onların tərkiblərindən. Deyirem qardaşım bu adam yağ dəyişməyə yox matorxana təmizlətdirməyə gəlib. O işədə mən lazım deyiləm. Ama vay o günə ola yaxşı bir savadlı düşünən insan cənəmin altına düşə. Bax o zaman gözəl və texniki söhbətlər edirik. Həqiqətən düşünən insan görəndə cox sevinirəm. O qədər söhbət edirik ki birdə baxıram yazığın az qala qulağından qan gələ)))).
Hər iki müştəri tipindən burda səhifəmizi izləyənlər coxdur. Dərtəşdiklərimizdə matorxana təmizlətdirməyə gələnlərdə.
Bilirsiz cəmiyyətin bir üzvü kimi bəzi şeylər həqiqətən məni cox narahat edir. Adam gəlir soruşmurki mənim mühərrikə nə yağı tökəcəksən və ya mənim maşınımın motoru necə qorunacaq? 
İlk sual odurki  MATORXANANI TƏMİZLƏYƏCƏKSİZ? 
Sizə bir sirr acım . Bu yağ dəyişmə sektoruna motorxana təmizləməyi də mən başı batmış gətirmişəmhaaaaa))))).
O  vaxt cox oturdum fikirləşdim dedim bu camahata savadla xitab edək yoxsa fış-fış la? 
Sonda fış-fış ı secdim. Ama həqiqətəndə fış-fış teması alındı. Bəlkədə savadla xitab etsəydik Avtok1ub bu gun bu qədər böyük olmazdı. 
Ama səmimiyətə qalsa insanların fış -fış a deyil hər zaman savada və bilyə üstünlük verməsi daha arzu olunandır. Ölkədə düzgün yağdan tam şəkildə anlayışı olan usta bir əlin 5 barmağından cox deyil. Bütün günü sosyal şəbəkələrdə yağlamalar biz daha yaxşı fış-fış edirik yazırlar ,ama 2 dənə yağdan sual versən təkərə düşəcək adamdılar).
Bilirsiz niyə elə yazılır?
Çunki KÜTLƏ  ELƏ İSTƏYİR

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.