Logo

MAŞIN ALVERÇİLƏRİNİN MÜHƏRRİKİN SƏSİNİ KƏSMƏKDƏ İSTİFADƏ ETDİYİ ÜSUL.

MAŞIN ALVERÇİLƏRİNİN MÜHƏRRİKİN SƏSİNİ KƏSMƏKDƏ İSTİFADƏ ETDİYİ ÜSUL.

MAŞIN ALVERÇİLƏRİNİN MÜHƏRRİKİN SƏSİNİ KƏSMƏKDƏ İSTİFADƏ ETDİYİ ÜSUL.

İnanmıram ki bu kimi hadisə aranızdan kiminsə başına gəlməyib. Mövzuya başlamazdan əvvəl bu yaxınlarda elə bu mövzu ilə bağlı baş verən bir hadisəni yazım sizə. Deməli bizim Afəddin ustanın qohumu özünə bir dizel Sorento alır bazardan. Maşını hər yerdə yoxlatdırır hər şey saat kimi. Nə başınızı ağrıdım gəlir bizim yağ mərkəzinə ki, qardaş bəs maşını təzə almışam buna yağın ən yaxşısından istifadə edin pul zad problem deyil)). Maşını təzə alanda çoxlarında nənəm demişkən cicim ay olur axı. Hamı o saat bahalı yağ axtarır guya həmişə tökə biləcəkdəəə)). Uzağı üçüncü yağ dəyişmədə həmən adamlar qaqa orda keyfiyyətli münasib nəyin var sualını mütləq verir. Nəisə dedik qardaş sən seçimi bizə burax. Qərara gəldik ki qohum adamdı buna Total verək. Yağı dəyişdik hər şey normal. Elə maşın yamadan çıxanda gördük matorun səsi o deyil. Dedik qardaş ver içəri görək bu niyə inək kimi böyürür. Ha baxdıq bir şey tapa bilmədik. Sanki qardaşın gözlərindən oxuyurdum ki gül kimi bahalı yağ istəyirdimdə vermədiz. İndi də motor belə səs edir. Dedim vallah bunun yağdan olması mümkün deyil nəsə başqa söhbət var burda. Maşında yağlamaya saat kimi işləyib girib deyə adam bilmir nə desin. Nəisə qardaşın da ürəyində xal qalmasın deyə dedim açın yağı boşaldın Rowe tökün. Yağı birdə dəyişdik yenə eyni səs. Həə artıq qardaş da inandı ki bu söhbət yağla bağlı deyil. Dedim qardaş icazə ver araşdıraq. Çağırdıq məşhur Kia mühərrik ustası Fəqan ustanı. O da sağolsun hər nə olsa zəng edən kimi on dəqiqəyə özünü yetirir.  Dedim qardaş bəs hal qəza belə olub. Dedi ayə  niyə zulumdasız ay qardaş buna bal tökülüb əvvəl. Elə bal deyəndə barmağımı dişdədim ki bıy həəəəə. Mənim tupoy ağlıma bu bayaqdan niyə gəlmıyib bəs? Nəisə maşını Fəqan apardı getdi motoru söküb sepi pistaleti (natijiteldə deyirlər) zadı dəyişdi motor oldu saat. Təsəvvur edin pistalet qırılıb sep bom boş fırlanır amma motorda səs çıxmırmış. Bəli bu balın məharəti idi. 
İndi bura kimi oxuyanlar həm də paylaşımdakı şəkili görənlər fikirləşəcək ki bal hara motor yağı hara? Nə əlaqə yəni. Bilirsiz mən başlıqa bal şəkli qoymasaydım bəlkə də siz bu yazımı boş verib keçmişdiniz. Amma balın şəklini qoyanda sizə tema kimi gəlir və oxuyursunuz. Day sizə bildiklərimi örgətməkdən ötrü hər fırıldağa əl atıram ki bilgili olasınız. Day bura kimi oxumusunsa səbriniz olsun dalınıda oxuyun izah edəcəm bal nədir.
Bu matora qatılan maddəyə ustaların dilində desək bal deyilir. Özüllük artıran qatqıdır. Əsas tərkib hissəsi polimerdən ibarət olan bu qatqı motorun hansısa bir yerində boşluqmu deyək, laxankamı deyək olanda ora nüfuz edir və səsi nəzərə çarpaçaq dərəcədə kəsir. Əsasən ikinci əl maşın alıb satan alverçilərin səsli motorlarda istifadə etdiyi sevimli vasitədir. Siz maşın aldıqda əgər motorun səsini yoxlatmaq üçün motoristə aparsanız belə motorist belə tuta bilməz ki bu motor bala görə belə səssiz işləyir. Yalnız o bal qarışmış yağı boşaldıb qanuni yağ tökəndə bilmək olur ki bunun quzu kimi işləməsinin səbəbi nə imiş. İndi burda bir əmma var ki bu durumda prosesi anlayışla qarşılayan müştərilər də olur, yox mən bura gələndə saat kimi idi nə oldusa burda oldu deyənlərdə.
Son da onu deyim ki özünüz qıdanızda balı əskik etməyin amma motora bal tökmək çıxış yolu deyil. Daha da təhlükəlidir.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.