Logo

MAŞINI YAĞA NECƏ ALIŞDIRIRLAR?

MAŞINI YAĞA NECƏ ALIŞDIRIRLAR?

MAŞINI YAĞA NECƏ ALIŞDIRIRLAR?

Tarixi-Nadiri yarıya qədər oxumuşam amma belə şey necə olur bilmirəm. Xahis edirəm indi siz deyin görüm mən nə edim.

Bir müştəri yazır.
Mən maşınımı 10w40 yağına  alışdırmışam, indi 5w40 yada 5w30 töksəm nə olar? 
Ustam deyir ki olmaz. Yada, ustam deyir ki, əgər başqa yağa keçmək istəyirsənsə onu alışdır. Elə bil əvvəli 10w-40 sonra yenə də 10w-40 tök, birdən rezki 5w30 tök maşın aldanacaq "CAŞACAQ" sonra da bu çaşqınlıqdan istifadə edib elə belə də davam elə.

Indi mən bunu başa düşə bilmirəm. Maşını necə alışdırırlar? Necə çaşdırırlar? Məsələn: bunu eləyəndə maşın birdən məni tanıdı, çaşmadı.)))) Birdən mənə dedi "Ə sən kimi çaşdırırsan düdük? 
Belə hallarda mən maşınla necə rəftar edim. Sonra onu necə sürəcəm mən ? Axı onu aldatmaq istədim. Üzümü örtsəm yada maska taxsam casqinliğa dəstək vermiş olarammı? Bəlkə 10W-40     konisterinə 5W-30 töküm elə çaşdırım? 
Maşın bilsəki mən onu beləcə aldatmışam özümölüm lap üzümə tüpürəreeeee))))
Töybə maşını çaşdırmağın yolunu axtararkən özüm gic oldum)).
Bəs siz maşını heç çaşdırmısız?)))

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.