MÜASIR BİR ADAM OLMAQ ÜÇÜN DƏB DƏBƏLİ MAŞIN BƏ YA GEYİM ŞƏRT DEYİL. BİR AZ RUHUMUZU BAŞIMIZI VƏ ZEHNİYYƏTİMİZİ DƏ DƏYİŞMƏK LAZIM GƏLƏCƏKDİR.
Dünən maşını avto yumaya vermişəm. Maşın yuyulunca elə özümdə oralarda oturub həmişəki kimi telefonla qurtdalanırdım ki birdə gördüm nəsə razborka gedir. Moyşik aparatın şlankının burulmasını düzəldəndə müştərinin maşını cızılıb. İndi olub olubdaaaa. Yazıq moyşik deyir ki əmi üzr istəyirəm gəl gedək ustaya deyək lazımdı rəngləsin, lazımdı cilalasın ,nə işi olsa mənlikdi yəni. Kişi barmaq boyda cızıqdan ötrü bir kino verdi ki, heç Netflix də elə kino olmur. Axrı gördüm söhbət böyüyür yaxınlaşdım kişidən ilk öncə yaşını soruşdum daha sonra iki kəlmə kitabdan çıxma elə söz dedim ki kişi cızığın başını buraxıb mənim ona dediyim sözün təsirindən utanaraq başını aşağı salıb çıxıb getdi. Səhv başa düşməyinhaaa söyüş zad söyməmişəm)))). İbrətamis elə söz dedim ki söysəydim onnan təsirsiz olardı.
Yalnız Azərbaycanda əksəriyyət sürücü rəng dəymiş və ya mühərriki açılıb təmir olunmuş avtomobilə taleyi qara gəlmiş və boşanmış qadın kimi baxır. Yəni bu nə yanaşmdı hələdə tuta bilmirəm. Adam tanıyıram yan krelinə rəng dəyib deyə top kimi maşını almayıb, gedib bez kraska leş maşını alıb gəlib üstümə. Hələ bir yaxın dostum var özüdə burdan həmişə yazdıqlarımı oxuyur. Deməli bu dostum 4 ildi 0 dan aldığı maşını demək olarki sürmür. Maşın cəmi 4 ildə 10000 yol getməyib heç. İşə evə Boltla gedib gəlir. Deyirəm ay Allahın bekar vaxtına düşüb ölkədə əhalinin say tərkibi düzəlsin deyə yaratdığı məxluqat, 4 ildi bu maşını almısan niyə sürmürsən? Deyir zavadskoy maşındı probeqi çoxalar. Həmdə deyir heyifdi yolda sürtüb edən olar. Demişəm ay səy o Boltda işə gedəndə qabaqda zadda oturma. Düşəcəksən bir gün patıqoyan şoferin əlinə aparıb çaxacaq o priusu kamaza zada qıy verib gedəcəksən bu həyatdan. Bəhə bəhlə qoruduğun maşınıda it qurd sürəcək.
Hərdən özüm özümə sual verirəmki bu beyinsizin nəyi ilə dostsan? Bəzən o düşüncədə hətda müştərilərimdə olur. İnanın ki elə fərdlərlə söhbət edəndə bir anlıq beynim error verir. Vallahi əsas insanın canı sağ olsun və ağrımasın. Siz bu həyatda yerinizə öləcək adam belə tapa bilərsiz. Məsələn prezidentlərin can güdənləri var ki olası sui qəstdə gələn güllə birinci ona dəysin. Amma siz canınız ağrısa o ağrını sizdən başqa yaşayacaq adam tapa bilmərsiniz. Məsələn adı dışınız ağrısa və siz nə qədər kiməsə pul versəniz o diş ağrınızı sizin əvəzinizə yaşaya bilməz. Ona görə də düşünürəm ki dünya malından ötrü bir birini incitmək və qəlbini qırmaq düz deyil. Təbii ki bunlar mənim subyektiv fikrlərimdir. Siz başqa cür də düşünə bilərsiniz və bu sizin təbii haqqınızdır.
Mən burda əsla özümü ağıllı hesab edib kimlərəsə yaşam fəlsəfəsi dərsi keçmək kimi niyyətli deyiləm. Sadəcə məni bir şey maraqlandırırki bəlkə o tip insanların düşüncələri daha doğrudur?Bəlkə elə səhv düşünən mənəm ?
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.