MÜHƏRRİK YAĞ QAPAĞINDAKI SƏRT TƏLƏBİ POZMAQ OLARMI?
Amerikalıarın nəyini bəyənməsəmdə mühərriklərdə mütləq şəkildə yağın özüllüyünü qeyd edirlər. Bu əslində yaxşı şeydir. Nə qədər usta xam olsada kapotu açan kimi yağ qapağı özü məlumat verir. Əslində normal yağdan bilgisi olan mütəxəsislər buna sərt tələb kimi baxır. Ama ölkəmizdə hələdə avtomobilə SAE 5w-20 tələb olunduğu halda SAE 5w-30 istifadə edən sürücülər və ustalarımız vardır. Əksər hallarda isə məlumatsız sürücüyə bunu Amerika iqlimi ilə bizimkinin fərqli olduğu arqument gətrilir. Bəs bu doğrudurmu? Gəlin buna texniki izah verək.
İlk öncə qeyd edimki Amerikada da Azərbaycanda da mühərrik 90 C° dərəcə qızır. Nə artıq tempraturda, nədə əskik tempraturda işləmir.
Əgər ordakı sərt syuq hava arqument gətirilirsə burda 5w-20 və 5w-30 un soyuq startda özüllüyü eynidir. Yəni 5w dir.
5w-20 ən 5w-30 a mühərriki keçirən ustalar anlamırlar ki onlar bunu etməklə mührərikin yalnız isti tempraturunda yağlanma sürətini azaldırlar.
Mühərrik istehsalçısı bir özüllük təyin edirsə bu zaman bu mühərrikin konustruksiyasında bütün yağ kanalları,onların incəlikləri,onların qalınlıqları və yağın o kanalda sürətini nəzərə alaraq bu özüllüyü təyin edir.
Məsələn İlsac GF 6 standartı 5w-20 və 5w-30 yağların soyuqda və istidə texniki göstəriciliərinə nəzər salaq.
ASTM D 5293 Testi
5w-20 -35C° 5w-30 -35C° özüllük <60000 mPa●C özüllük <60000 mPa●C
ASTM D 7042 -04 Testi
5w20 100 C° 5w-30 100C°
özüllük 10 mm²/C özüllük 8.5 mm²/C
Yuxarıdakı test parametrlərinə nəzər saldıqda bir daha görürük ki -35 dərəcə soyuqda bu yağların özüklük indeksi eynidir. Yəni ay Amerikada soyuqdu bizdə istidi söhbətinı sürücüyə yedizdirmək savadsızlıqdır. By yağların yalnız mühərrikin 100C° tempraturunda özüllüyü fərqlidir. Yəni mühərrik işləyərkən 5w-30 yağ 5w-20 özülüklü yağdan 1.5 mm²/C gecikir yağlanma sürətində. Buda mühərrikin zamanından qabaq aşınmasına gətirib cıxarır.
Ona görədə avtomobil istehsalçıları o özüllüyü o qapağa ona görə yazıb vurubki
AY "SƏNƏTKAR" QAPAĞA BAX YAĞI DÜZ TÖK.
#avtok1ubməktəbdir
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.