Logo

MÜHƏRRİK YAĞI TEMPRATURU NƏ QƏDƏR OLMALIDIR.

MÜHƏRRİK YAĞI TEMPRATURU NƏ QƏDƏR OLMALIDIR.

MÜHƏRRİK YAĞI TEMPRATURU NƏ QƏDƏR OLMALIDIR.

Mühərrik yağları, avtomobil qulluğu və avtomobilə sürüçülərin yanaşma tərzi haqqında o qədər yazılar yazməşam ki, sözün əsl mənasənda arada nədən yazım deyə fikirləşəndə mövzu tapa bilmirəm. Ağlıma nəsə gəlir və sora baxıram ki bunun haqqında keçən il sən demə yazmışammış. İndi yazmaq üçün  mövzu tapmağın təzə yolunu kəşf eləmişəm. Axşamlar Tik Tokda bir İki balon usta var. Girirəm ərinkməz ərinkməz qulaq asıram görüm nə balonlayacaqlar ki mən həmən mövzudan yola çıxaraq o haqda yazı yazım. İşimə güçümə baxında sənAllah. 
Axşam biri balonlayırdı ki bəs mühərrik yağlarını 300 dərəcədə qızdıracam onnan sora sübut edəcəm ki hansı yağ daha yaxşıdır. Səbəb də budur ki mühərriklərdə yağ 300 dərəcə qızır və guya ona görə də yağ kokslaşır.
Bəs bu doğrudurmu?
İlk oncə onu qeyd edim ki mühərrikdə yağın neçə dərəcə qızmsını bilmək üçün kandidat nauk olmağa gərək yoxdur. Bir çox avtomobillərdə yağ tempraturu sensoru vardır. Normal şərtlər altında mühərrik yağı tempraturu 100-110 C° dən yuxarı qalxmır. Bu dərəcəni 120-130 C° yə qədər qaldırmaq yalnız avtomobilləri yarış rejimidə sürərkən mümkün ola bilər. Oda qısa bir müddət qaldırmaq olur. Daimi olaraq o tempraturda yağı saxlasan mühərrik qısa zamamda qucaqda qalar. Bir nüansıda qeyd edim ki, avtomobildə turbonun olması və o turbonun 700 C° yə kimi qızması belə yağ tempraturunu yüksəlməyə qoymur. Səbəb turbodan keçən yağın kicik kanalla və çox böyük sürətlə keçməsidir.  Bunu avtomobilində sensor olan sürüçülər özləri də yoxlaya bilər.
Keçək yağların hansı tempraturlarda test olunmasına. 
İstənilən mühərrik yağı istehsal olunarkən müəyyən test metodlarından istifadə olunaraq fərqli parametrləri ölçülür. Bura fərqli tempraturlarda özüllük yoxlanılmaları, buxarlanma faizi və alışma nöqtəsinin təyyin olunması daxildir.
İstehsalçılar hər bir yağın texniki pasportunda bu testlərin nəticələrini də mütləq şəkildə qeyd edirlər. Bəs gəlin görək bu testlər hansı tempraturlarda aparılır?

Maximum tempraturda özüllük indeksi testi ASTM D5481 nömrəli test 150 C° də aparılır. Yəni yağın maximum özüllüyünü qoruma həddi bu dərəcə götürülür. İstehsalçı bundan yuxarı işçi tempratur mühərrikdə olmadığı üçün day yuxarılara gedıb çıxmır özüllük testində. Artıq 150 C° dən yuxarı yağ özüllüyunu itirir, durulaşır, mühərrikdə sizin anlayacağınız dildə desək yağ qoruma plyonkası yaranmır.

Flash point yəni Yanma Nöqtəsinin təyin edilməsi testi isə  DİN İSO 2592 nömrəli testdir. Bu test adından da məlum olduğu kimi yağın hansı tempraturda alışmasını təyin edən bir testdir. Müasir yağlarda ən maximum hallarda bu göstərici 200-240 C°  dərəcə olur. Bu işçi tempratur deyilhaaa. Türklər demişkən sakın qarışdırmayın. Bu tempraturda yağ artıq yağ olmur. Su kimi olur və artıq alışır yanır.

Daha bir yüksək tempratur testi isə Noack , yəni buxarlanma testidir ki bu testin də nömrəsi ASTM D 5800 dır . Bu test  yağı 260 C° qızdırmaqla bir saat saxlanılır stabil tempraturda. Bir saatdan sonra testə verilən tutalım 100 qr yağın nə qədər qaldığı ölçülür. Əgər 1 saatdan sonra bu yağ 90 qr qalıbsa burda Noack 10% təyin olunur. Noackı bizim dilə tərçümə edəndə İtgi, Rus dilinə tərcumə edəndə İspareniya kimi tərcümə olunur. Bəzən də sürüçülər motordakı yağ itgisini Noack la bir birinə qarışdırır. Əzizlərim yuxarıda qeyd etdiyim kimi Noack 260 C° də test olunur və heç bir mühərrik yağı heç bir mühərrikdə o tempraturlara gedib çəxmır. Zatən 220-230 C° dərəcədə yagin alışma tempraturu olur, bu yetim hara gedib cıxsın 260 a.

İndi a sizin qadanız alım. Hərə əlinə bir telefon alıb sosyal platformada dediyi sözun və ya informasiyanın məsuliyətini dərk etmədən ağızlarına nə gəldi başlayırlar küləkləməyə. Camahatda qulaq asır və inanır. Əslində inanan insanı qınamaq olmaz . Bilmir axı. 
Əsas məsələ danışanın yazanın bu işə profesional yanaşmasıdır. İnsan qarşısındakına yalan informasia verirsə ilk olaraq hörmətsizliyi qarşısındakına deyil, özünə etmiş olur. İnanın ki mən texniki nəsə yazı yazanda bir gün onu araşdırıram sora yazıram ki amanın bir günüdü bir dən başı çıxan bir adam olar mənim yazımdan araşdırmamdan səhv tutar biyabır olaram. Həm də ki basıb bağlamaq elə şeydir ki bir müddətdən sonra adamda vərdiş yaradır. Gərək başdan özüvü dəqiqə orgəşdirəsən ki, sora basıb bağlamaq səndə vərdiş halını almasın.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.