MÜHƏRRİK YAĞINDA KEYFİYYƏT İTMƏ MÜŞAHİDƏ ETDİKDƏ PROFESİONAL YANAŞMA VƏ ARAŞDIRMA
Zaman zaman sosyal şəbkə platformalarında ustaların və ya sürüçülərin dilindən bu sözləri eşidirk ki filan yağı istifadə etdim su kimi oldu, filan yağı işlətdim qap qara oldu, filan yağı işlətdim motorda yağ azaldı və s. Burda iki hal baş verə bilər. Həqiətən də yağın problemi və ya maşının problemi. Bizdə dəvəsi ölmüş ərəbik axı. Heç zaman öz ayranımıza turş demirik. Maşında da problem olsa günahı yağa atırıq. Yağda da problem olsa günahı yağa atırıq.
Keçmişdə də indi də qıvşaq ustalar var ki yağı barmağıyla sürtərdilər , nəbilim az qala yağa dil vurub baxırlar deyirlər ki bəs qaqa bu yağ pis günə düşüb. Bu nə yağdı almısan sən? Gəl qaqan sənə bir yağ versin ki Pao cart-curt zırt.
Bəs yağda keyfiyyətsizlik aşkarladıqda profesional yanaşma necə olmalıdı?
İlk öncə onu qeyd edim ki işlənmiş yağa barmaq vurmaqla, qaba töküb baxmaqla, nəbilim dil vurmaqla bu yağ pisdir demək qeyri peşəkarlıqdır.
Tutalım ki siz bir yağ istifadə edibsiz yağ olub palçıq. Qaralma yox bir başa palçıq. Gəlmisiz ustaya. Usta əsl ustadırsa necə yanaşmalıdır.
1. Usta istifadə olunan yağın mühərrikə uyğun olub olmamasını araşdırmalıdır. Yəni məsələn siz hər hansı bir İlsac GF6 standartlı 5w30 ən bərk gedən marka yağı dizel motora töksəniz həmən yağ o motorda palçıq olacaq. Burda yağın nə günahı, düzgün kodu tökməyən usta qoyun olubsa.
2.Tutalım ki düzgün kodlu yağ tökülüb. Usta mühərrikin soyutma sisteminin düzgün işləyib işləmədiyini mütləq şəkildə yoxlamalıdır. Soyutma sistemi düzgün işləməyən avtomobildə yağın müəyyən mühərriklərdə yüksək istilikdən dolayı bərbad hala düşməsi qaçınılmazdır.
3. Karter qazlarının ventilyasıya klapanı olan PVC klapan yoxlanılmalıdır. Əgər bu klapan işləməzsə yağın oksidləşərək palçığa dönmə riski çox böyükdür.
4. Yanmayan yanacaq qarışması yoxlanılmalıdır. Bu hal baş verərsə yağın TBN (Total Base Number) dəyəri aşağı düşər və yağ oksidləşərək keyfiyyətini itirər.
5. Sürüçünün avtomobili hansı şəraitdə və hansı intervalda sürdüyünü usta soruşmalıdır.Bakı şəhərində mərkəzdə sütülən avtomobilin orta statistik moto/saat-ı 15-20 km/saat- ə bərabərdir. Söhbət sırf mərkəzdəki tıxaclı küçələrdən gedir haaa. Heydər Əliyev prospekti ilə qarışdırmayın. Bu gün bu tıxaclı kücədə bir yağ 7000 km sürülərsə bu edər 7000÷15km = 466 moto/saat. Normal yağ isə öz keyfiyyətini və qoruma güçünü bildiyiniz kimi 300 moto/saatdan sonra itirir.
Yuxarıdakı arqumentlərin sayını artırada bilərəm, amma çox uzun uzadı yazıb vaxtınızı almaq da istəmirəm. Və bu arqumentlərin fonunda fikrimi bitirərək bildirmək istəyirəm ki , hər hansı bir normal firmanın yağında vizual olaraq nəsə nasazləq aşkarlanarsa yuxarıdakı arqumentləri yoxlamadan yağa pis deyən ustanın, mütəxəsisin və ya yağ texnikinin boyunu yerə soxum. Çünkı avtomobildə nasazlıq olarsa ona nə yağı töksən eyni nəticə alacaqsan.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.