MÜHƏRRİK YAĞININ ÖLKƏSİ OLMUR.
Zaman zaman səhifəmizdə fərqli mühərrik yağlarının texniki parametirlərinə görə biri birindən üstün və ya zəif olması ilə bağlı qarşılaşdırma paylaşımları edirik. Ən çox hallarda belə bir şərhlər yazır izləyicilərimiz. Filan yağ Alman yağıdır ona görə də yaxşıdır. Və ya birdə görürsən kimsə öz Nissanına ya Toyotasına yağ axtaranda qardaşlar şərhdə yazır ki qaqa mütləq şəkildə Yapon yağı tök.
Əzizlərim bildirmək istəyirəm ki, mühərrik yağları baza yağı və qatqı paketlərindən istifadə olunaraq hazırlanır. Baza yağı satan şirkətlərin sayı bir əlin 10 barmağından artıq deyil. Qatqı paketi satan şirkətlər də həmçinin dörd beş dənədir. Bu gün Amerikadakı Con, Almaniyadakı Corc , Rusiyadakı İvan, Yaponiyadakı Kanji və Azərbaycandakı Mamed mühərrik yağı istehsal etmək istəsə mütləq şəkildə xam malı yuxarıda sadaladığım bəlirli yerlərdən almalıdır. Xam mal eyni olduqdan sonra fərq eləmir fabrikin binası hansı ölkədə yerləşir. Əasas olan onu necə istehsal etməkdir. Hansı texnalogiya ilə istehsal etmək və ingridentləri doğru düzgün qatmaqdır. Məsələn bu gün Azərbaycan istəsə dünyanın ən yaxşı parameteli mühərrik yağını istehsal edə bilər. Çox sadə bir şeydir. Azərbaycan sürücüsündə də ən böyük mənfi cəhətlərdən biri Made İn Germany sözünü keyfiyyət simvolu bilməsdir. Yəni elə düşünürlər ki bir məhsulun üzərində Made İn Germany yazılıbsa mütləqdir ki bu ketfiyyətli məhsuldur. Amma bu əsla belə deyil. Bu gün Almaniyadan ölkəmizə uzağı on dənə normal keyfiyyətli mühərrik yağı gəlir. Qalan çox hissəsi aşağı parametrli və ya işlənmiş yağların təkrar emalından əmələ gəlın yağlardır.
Onsuz da bəlkə də bu dediklərimə inanmayacaqsız amma bizim Technol belə ölkəmizə gələn 70-80% Alman yağlarından daha keyfiyyətli və üstün parametrli bir məhsuldur.
Baxın dostlar problem ondadır ki, siz nə qədər Yapon maşınına Yapon yağı axtaracaqsızsa o qədər sizə bu ölkədə Made İn Japan yazısı altında Rus yağları satılacaq. Nə qədər siz Made İn Germany sözünü keyfiyyət simvolu biləcəksinizsə, hərə gedib Almaniyada bir sexdə yağ doldutdurub gətirəcək sizə satacaq. Hələ bir rəsmi invoys və gömrük aənədi də göstərəcək həqiqi Alman yağı olması ilə bağlı. Ona görə də siz Almaniyanın özündə olmayan görülməyən yüzlərlə yağ marlasını Azərbaycanda görə bilərsiniz. Həqiqətən də bu yağlar Almaniyada istehsal olunur və ordan da gəlir. Gərək adam düzünü deyə. Amma bu yağların üzərində yazəlan Made İn Germany sözü sizin düşüncənizdəki keyfiyyət etalonuna cavab vermir. Alamanın da , Amerikanın da, İtaliyanın da , Fransanın da, Yaponun da çox çox keyfiyyətli məhsulları vardır. Amma bu adla satılan keyfiyyətsiz aşağı parametrli məhsullar daha çoxluq təşkil edir.
Yadınızda saxlayın. Mühərrik yağlarının yaxşılığı və ya pisliyi onun ölkəsinə, adına, reklamına və ya qiymətinə görə bilinmir. Mühərrik yağlarının keyfiyyəti yalnız və yalnız texniki parametirləri, labaratoriya testlərinin nəticələrinə görə bilinir.
Şərh bölməsində sizə nümunə üçün Azərbaycanda ən çox satılan Alman yağı ilə yerli Azərbaycan istehsalı olan yağının labaratoriya nəticəsini atmışam. Kimə maraqlı olsa baxıb qarşılaşdıra bilər nəticələri.
Oxuduğunuz üçün təşəkkür edirik.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.