MÜHƏRRİKDƏN YAĞ AXINTISININ QISA HƏLLİ.
Gündəlik servizlərimizə yaxınlaşan avtomobillərə nəzər edərkən, demək olarki 50% avtomobildə mühərriklə sürətlər qutusunun birləşdiyi yerdən ya yağ axır, ya da axmağa hazırlaşır. Bu problem iki haldan baş verir. Ya sürətlər qutusunun qabaq kipkəcindən , ya da mühərrikin arxa kipkəcinin quruyub sıradan çıxmasından. Bəzi sürücülər bunu diqqətə almasa da, bu problem yağ azalmasına, avtomobilin altında yağın yayılması və bu yağın üzərinə oturan tozun naqarlaşmasına, ən pis halda çox axıntı olanda hətda avtomobilin yanmasına gətirib çıxara bilir. Araşdırmalarımız onu da göstərir ki bu kimi axıntılar olan avtomobillərin sürücülərinin çox az hissəsi sürətlər qutusunu sökdürərək problemi aradan qaldırır. Qalan hissəsi isə ya təmbəllikdən, ya da kasıbçılıqdan bu axıntıya önəm vermir.
Dəyərli dostlar bilirəm bir dene 15-20 manatlıq salnikdən ötrü 100-200 manat xərcləyib sürətlər qutusu sökdürmək adama biraz ləzəət eləmir. Amma praktikamızda biz bu problemləri qatqı vasitəsi ilə aradan qaldırmışıq. İstifadə etdiyimiz avtomobillərin demək olar ki 70% də problem həll olunub. Reklam olmasın deyə sırf hansısa marka yaxşıdır hansı pisdir deyə yazmıram. Onu deyə bilərm ki hansı markanın bu tip qatıqısını istifafə etsəz zatən eyni nəticə alacaqsınız. Tövsiyyə edirəm ki yağ axıntısı yeni başlayarkən istifadə etsəz daha yaxşı nəticə verir nəinki avtomobilin altından sel gedəndə. Ən yaxşı nəticə yeni yeni axmağa başlamış avtomobillərdə alınır.
Belə hal olduqda səhlənkarlıq etməyin. 10-15 manatlıq qatqı ilə məsələni həll edin ki sonra 150-200 azn uşaqların boğazından kəsib avtomobilə xərcləməyəsiz. Bir daha qeyd edim ki hansı firma yaxşıdır hansı pisdir söhbətinə ehtiyac yoxdur. Normal 3-4 firma malı var ki onların təsiri də zatən eynidir , eyni effektidə verir. Hansı cibinizə uyğundursa onnan da istifadə edə bilərsiniz.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.