Logo

MÜHƏRRİKİ NECƏ QORUYAQ?

MÜHƏRRİKİ NECƏ QORUYAQ?

MÜHƏRRİKİ NECƏ QORUYAQ? 

Mühərrik avtomobilin ayrılmaz ən önəmli parçasıdır. Avtomobil mühərriki uzun illər sizə xidmət etsin deyə mütəmadi olaraq zamanla ona texniki qulluq etmək lazımdır. Mühərrikin əsas qulluq vasitəsi isə mühərrik yağıdır. Heç zaman dağılmayacaq olan bir mühərrik yoxdur . Hər bir mühərrik nə zamansa dağılacaq. Ama zamanı uzatmaqda qisaltmaqda bizim ona etdiyimiz texniki qulluq və seçdiyimiz yağdan aslıdır. Mühərriki insan yağı isə yemək kimi fərz etsək daha yaxşı fikrimi izah edə bilərəm. İnsan ölməmək üçün yemək yeyir. Amma bu o demək deyil ki nə zamansa ölməyəcək. İnsanin belə resursu sıradan çıxma yaşı olur. Sadəcə düzgün qida ilə bu resursu uzatmaq olur. Yanlış qidalanma və ya pis vərdişlərlə bu resursu qısaltmaqda olur. Mühərrik isə əsasən aşınmadan  sıradan çıxır.

AŞINMA NƏDIR VƏ NƏ ZAMAN OLUR.
Aşınma əsasən mühərrikin yağsız halında olur . Indi sual yaranır bəs mühərrikdə hər zaman yağ olur axi bu necə ola bilər?
Avtomobil uzun zaman dayandıqda mühherikin hissələrinə yapışmış yağ zamanla süzülüb karterə axır. Siz avtomobili işə salanda yağ nasosu karterdən yağı götürüb mühərrikin ən ucqar nöqtəsi olan rasperedvala kimi qaldırır. Bu qalxma bir zaman alır . Qatılığı daha az olan yağlar daha tez, qatılığı daha çox olan yağlar isə daha gec qalxir. Bu qalxma YAGLANMA SÜRƏTI adlanır. Bu zaman nə qədər qısa olarsa detallar daha çevik yağlanır və aşınma daha az olur . Ama bunun bir riyaziyyati var . 

AŞINMANIN RIYAZIYYATI
Ölkəmizin avtomobil parkı yeniləndikcə əsasən SAE 5W qatiliq indeksində olan yağlar daha çox tələb olunanlar arasındadır . Bu indeksdə olan yağların yağlanma sürəti 15-18 saniyə aralığında dəyişir.Əgər siz gün ərzində minimal olaraq 2 dəfə mühərriki işə salırsınızsa  artiq 36 saniyə sizin mühərrik quru işləmiş olur. Ay ərzində bu rəqəm  1080 saniyə =18 dəqiqə. İl ərzində isə bu rəqəm 216 dəqiqə =3.6 saat edir. Deməli istifde etdiyiniz yağ orta seqment adi yağ olarsa sizin müherrik il ərzində 3.6 saat quru işləmiş sayılır. Bu 3.6 saat quru işləməni zaman olaraq minimuma endirmək olarmı ? Təbiiki olmaz . Ama aşınmani minimuma endirmək olar . Bu yalnız yağ plyonkasının sayəsində minimuma enər.

YAĞ PLYONKASI NƏDIR?
Yağ plyonkasi başa düşəcək dildə desek yağın tərkibində olan qatqilarin və ya keyfiyyətli baza yağının sayəsində yaranır. Avtomobil dayandıqda və yağ süzüldükdə yağ plyonkasi detalların üzərində yaranarsa siz bu aşınmanı yalnız bu halda minimuma endirmiş olacaqsız .

HANSI YAGLAR DAHA YAXSI PLYONKA YARADIR?
Bəzən izləyicilərimiz bu yağ niyə bahadır bu biri yağ niyə ucuzdur deyə suallar verir. O reklamlı yağlar kimi məntiqdiz bahadan getmiraa söhbət. Onun qiyməti süni olaraq artırılıb. Reklamların pulunu gəlirlər konisterin üstünə. Sizdə bahadı ona görədə bombadı deyib alırsız). 
Əzizlərim bax məsələnin incə nöqtəsi elə budur. Hansı yağlar ki bahalı 4 cu ve 5 çi qurup baza yağlarından hazırlanır və ya hansı yağlar daha zəngin qatqı paketi istifde edirsə onların Yağ Plyonkasi daha yaxşı olur . 
Bütün yağlar eynidir prinsipi ilə yaşayanlar isə 1 ildən sonra saniyələr birləşib saat olanda və muhherik səs edəndə onlar üçün geri dönüş artıq gec olur. 
Mövzu uzun olsada vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirik.Suallarinizi şərh bölümünə yaza bilərsiz.
Ilk öncə özünüzdən daha sonra isə avtomobilinzden muğayat olun .

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.