MÜHƏRRIKI QORUMAQ YAĞIN ƏSAS IŞIDIR.
Deməli 80% müştərimiz yağ dəyişməyə gələn zaman ilk sualı ya matorxana təmizləməkdən, ya hansısa reklamda eşitdiyi yağdan, ya da bir yağı seçərkən "qardaş buna necə km verirsən?" Qardaş sən Allah originaldır ?" Qardaş üstündə dopusk, approval var? " və sair buna bənzər suallar verirlər .
Amma bir nəfər hələ indiyə qədər soruşmur ki , "Qardaş bu yağ maşınımı nə qədər qoruyacaq ?"
Əslində mən deyə bilərəm ki bu sual ona görə verilmir ki sürücülər ve ustalar adətən nə öyrənirlər (ordan-burdan və ya rus forumunda Nadiyanın alkaş oğlundan yarimciq melumatlar) adətən onu da soruşurlar. Bilmədikləri şeyi necə soruşsunlar ki?
Əslində yağın əsas məqsədi MÜHƏRRIKI QORUMAQDI. Bu olmasa yağ əsas məqsədini itirmiş olur. Bu qoruma isə hər bir yağda var amma nisbətdə fərqlidir.
Bəs niyə yağların üstündə demək olar ki eyni sözlər yazılır(API ,ACEA ,istehsalci dopusklari ve s). Hətda Mercedes 2021 ci ildə dünyanın harda geridə qalmış yağları varsa onlara 229.5 dopusk verib.Belə cıxırki məsələn Rowe, Meguin, Total, Ravenol, Motul 229.5 kodlu yağla hansısa 229.5 kodlu ZİMBABVE YAĞI eyni keyfiyyətlidir?Belə çıxır ki bunlar eyni qorumalıdırlar? Amma bu belə deyil
Səbəbi odur ki üstündəki yazılar minimumla gedir ve hamısı ona cavab verir. Məs APi götürək. Ən son standartların testi 100 saat 3600 dövrdə aparılır və nəticələr və tələblər buna görə yazılır. Burda bir qoruma var(amma bir həddə qədər). Amma 100 saatdan sonra olmayacaq. Belə cixir ki, şəher daxili sürüş nəzərə alinsa her saati 25 km götürsək 2500 km den sonra API artiq tələblərə cavab verməyəcək ve mühərrik normadan cox yeyiləcək. Əgər fikir vermisinizsə elə yağ var ki 3-4 defe dəyişirsən mator təmizdir amma mühərrik səsi dəhşət cox gəlir. Bu onu göstərir ki bu yağ maximum yuyur və minimum qoruyur.
Buna aid belke bütün günü yazmaq danışmaq olar. Amma ki məqsədim bu deyil. Sadəcə istəyirəm ki, yağın əsas məqsədini unutmayasınız və yağ nə qədər cox qoruyur(ne qədər az aşındırır) məsələsinə diqqət edib mühərriki uzun ömürlü edesiniz.
Mətni axra qeder oxuduğunuz ücün təşəkkür edirəm.
Suallarınızı şərh bölümünə qeyd edə bilərsiz.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.