Logo

NƏDİR AXI DƏRDİMİZ? NƏ İSTƏYİRİK BİZ?

NƏDİR AXI DƏRDİMİZ? NƏ İSTƏYİRİK BİZ?

NƏDİR AXI DƏRDİMİZ? NƏ İSTƏYİRİK BİZ?

Çox olmasa da dünya xalqlarının bəzilərinin təməl pisxaloji düşüncə tərzi barəsində məlumatım var. Mənə hər zaman maraqlı olur ki, məsələn sadə bir Yaponun düşüncə tərzini örgənim və ya başqa bir xalqın nümayəndəsinin. Yaxşı ki müasir dövürdə informasiya mübadiləsi o qədər sürətlənib ki adi bir youtube ni açanda istədiyin xalqın barəsində onların yaşam tərzləri haqqında tam məlumat almaq olur. Hər şeyi başa düşürəm anlamağa çalışıram bir özümüzü anlaya bilmirəm. Deyəcəksiz ki yenə özümüzü tənqidə başladım, amma inanın ki tənqid olmasa inkişaf olmaz. Məsələn biz adi Avtok1ub müştəri xidmətlərini yaradanda, o insanlara zəng edib fikir alanda əsas məqsədimiz tənqid eşitməkdir. Yəni tənqidi təhqirlə qarışdırmaq olmaz. Tənqid yaxşı şeydi, amma  tənqiddən nəticə çıxarıb səhvləri düzəltmək onnan da yaxşı şeydi. Nə isə uzun yazıb sizi çox yormaq istəmirəm yazımın mövzusunu izah etmək istəyirəm. Deməli axır zamanlar belə bir şey kəşf efləmişəm insanlarda. Bunu yalnız özümüzdə yoxaa, bir çox fərqli ticarət sahələrində müşahidə etmişəm.  Yaxşı mal satmağa çalışırsan hay həşir edilir ki bahadı, insanımızın büccəsi ona uyğun deyil, biz kasıbıq, cibimizə girilir,  maaşımız buna uyğun deyil və s. Oturub fikirləşirsən ki elə bir məhsul tapasan ki bu məhsul insanın çibinə çox zərər vurmasın . Ucuz olsun hammı alsın. Sonra da hammı başlayır hay həşirə ki bəs camahata girdirmə şey satılır, heç nəyin keyfiyyəti yoxdu və s.  
O bəzi qardaşlar vare bir də görürsən ki yazır ki bütün yağlar Sumqayıtda buraxılır zad. Götürüb yazırsan ki siz nə yağ işlədirsiz bəs. Adı elmə məlum olmayan yağ markası adı çəkir. Day durub deyə bilmirsən ki ay zalım day sənin aldığın odur da. 5 litri 30 manata nə istəyirsən? İndi sən 100 manata yağ ala bilmirsənsə, yekə yekə niyə yazırsan ki bütün yağlar Sumqayıtda dolur. Məgər sən 30 manata Alman yağı almaq istəyirdin ki? Elə adama heç izah da edə bilmərsən ki ay zalım Sumqayıtda Technol sənin 30 manata aldığın girdirmə Türk Dubay yağından 100 dəfə keyfiyyətli yağ buraxır. Gül kimi şəhərimizin adını pisə çıxarma məntiqsizliyinlə. 
Yəni yaxşıya gücü çatmır, ucuzu da bəyənmir. 
Sualım belədir ki, siz bir xalqın nümayəndəsi olaraq nəyin çoxluq təşkil etməsini istəyirsiniz? 
Yaxşı bahalını yoxsa ucuz pisi? 
Şərhlərdə keyfiyyəti ucuz istəyirik yazmaq istəyənlərə demək istəyirəm ki, o heç vaxt elə olmur. Boş yerə özümüzü aldatmayaq. 

Sizə mənasız bahalı olan məhsullardan da demirəmhaaa.Qarışdırmayın yəni.  Elə fırıldaq marketoloqlar var ki məhsulu qəsdən baha qoyur ki insanların beynindəki bahalıdırsa yaxşıdır düşüncəsindən istifadə edib sata bilsin. Söhbət həqiqətən keyfiytli və buna görə baha olan məhsullardan gedir.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.