NƏDİR BU Made İn Germany SEVDASI?
Deməli dünən səhər gəlmişəm işə gördüm bizim əməkdaşlardan biri girib Trubo. az ın içinə, aləmi qatıb biri birinə maşın axtarır almağa. Dedim qardaş nə maşını axtarırsan ? Qayıdasan ki Fusiondan Optimadan bir şey tapıb alacam da. Nə isə həmişəki kimi ətrafımdakı insanların seçiminə necə müdaxilə edirəmsə, eyni ilə buna da müdaxilə edib seçimi dəyişməkdə dirəndim. Dedim ay kişi maşın alırsansa Alman al. Axrı başını xarab edib qəşəng bir F30 aldırdım buna. Nə isə əmədaşımıza da xeyirli olsun deyib və məsələni çox uzatmadan keçirəm söhbətin məğzinə.
Qardaşa maşını aldırıb, gəlib oturub bir xeyli fikirləşəndən sora belə qərara gəldim ki, ölkədə girdirmə Alman yağları alanları qınamamaq lazımdı. Həqiqi mənada Made İn Germany sözü beynimizə keyfiyyət simvolu olaraq elə oturub ki, çox çox üzr istəyirəm böyüklərdən və kiçiklərdən, poxun üstünə Made İn Germany yazıb gətirib satsan o alınacaq. İndi alıcı da bilməsə mən bilirəm axı hansı məhsul hansı yuvanın quşudu. Çox da ki Almaniyadan gəlir. Mən Alman yağ zavodu görmüşəm və gələndən sonra demişəm ki, o yağı satmaq Alman yağı satmaq deyil. Elə bil tövlədə yağ buraxır zavodda deyil. Ölkəmizdə o qədər Alman yağı var ki, and ola kişilyimizə ki Almaniyada o qədər zavod yoxdur. Əslində varee. Sadəcə zavod deyil adi sexdi. Qablaşma sexləri və s. Nə gəldi doldurur içinə. Məhsulda Almaniyada qablaşdırıldığı üçün ticari olaraq Made İn Germany istehsal ölkəsi nişanını da üstünə vurur və deyir ki, di gedin alın. Özü də sizə bir sirr deyim. Bu kimi bas məmmədi iş görən Alman zavodları 1945 ci ildən sonra Sovetin tabeliyində qalan ADR ərazilərindədirhaaa. AFR ərazilərində qalanlar özünə hörmət edən istehalçılar olubdur ki, onlar hələ də Alman standartlarını qoruyur saxlayır və ona hörmət edir. İndi əsas məsələ odur ki, keyfiyyətli məhsul istehsal edənlərin şotuna zibil istehsal edənlər də kef edir. Məsələn mən sırf Alman yağı dedikdə aşağıdakı saydıqlarımdan başqalarını inanın ki, keyfiyyətli yağ hesab etmirəm. Bu mənim şəxsi fikirimdirhaaa səhv anlamayın. Sizin üçün keyfiyyət simvolu başqa məgsullar ola bilər.
Liqui Moly & Meguin
Fuchs Titan
Aral & Castrol
Shell
Eurolub & Bizol
Rowe
Ravenol
Cəmi yeddi zavod. Amma görün ölməzidə nə qədər Alman yağı var. Maşallah olsun it ilxısı köpək sürüsü. Kimin əlinə 100 min pul keçirsə gedir yağ gətirir. Sonra da o boyda guya biznesmen gəlir yağlamanın qabağında boyununu büküb durur ki, bəs bunu necə edək? Sən də atkaza gedəndən sora uz tutur tik tok ustalarına . Hərəsinin çibinə bir 100 dən 200 dən basır deyir qaqa bas bağlaeee. Ağzıva nə gəldi danış. Onsuzda Made İn Germany yazısı da var üstündə məəəəəəə eləyib gəlib alacaq adam çoxdu.
Bəlkə də orta keyfiyyətlidirlərhaaa. Amma illərlə apardığım araşdırmalar, elədiyim testlər, işlətdiyim məhsullar, gəzdiyim və istehsalın necə olduğunu gördüyüm zavodlara əsasən gəldiyim nəticə budur ki , Alman yağı alırsınızsa gedin yuxarıdakı yeddi zavodun yağını alın. Bunu tam məsuliyətimlə deyirəm və istənilən formada texniki və prakitiki cəhətdən də dediyim sözün arxasındayam. Yoxsa hər üstündə Made İn Germany yazılan yağ özümölüm elə basməmmədi Ərəb yağı kimi bir şeydi. Siz sadəcə Made İn Germany yazısı altında zibili alırsınız, amma yaxşısını almışam deyə özünüzü xoşbəxt hiss edirsiniz.
Xahiş edirəm şərhlərdə filan Alman yağı necədir deyə sual yazmayın. Yuxarıda keyfiyyətli Alman yağlarının hamsını qeyd etmişəm. Heç onların içindən əksərini biz satmasaq belə. Yəni düşünməyin ki, nəyisə satırıq deyə adını yazmışıq. Heç biz Aral, Castrol, Fuchs satmırıq götürəndə. Amma yaxşıya yaxşı demək lazımdır. Pisə də pis. Bizim də o 200 manat reklam puluna əlinə hər yağı alıb gopa basan ustalardan fərqimiz odur. Day o fərqi kim dərk edir kim dərk etmir o da onun götürümə qabiliyətinə qalmış məsələdir. Əsas odur ki, mən bir usta kimi, bu işin mətbəxini bilən kimi, bir Azərbaycanlı kimi deyib öz borcumdan çıxıram.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.