NƏYƏ GÖRƏ AZƏRBAYCAN YAĞI MARKALAŞA BİLMİR?
Ölkəmizdə olan 2 yağ zavodundan birinin istehsal müdürü ilə söhbətləşəndən sonra bu yazımı yazıb və sizinlə bu haqda fikirlərimi bölüşmək qərarına gəldim. Əslində mən problemin nə olduğunu əzəldən bilirdim, söhbətimdən isə fikirlərimdə yanılmadığıma tam əmin oldum.
Yağı kənara qoyum bir hadisə danışım.
Keçən il Türkiyəyə Opetin zavoduna getdiyimiz üçün bir neçə gün İzmirdə qaldıq. Demək olarki hər gün dostlarla şəhərə çıxırdıq yemək zad üçün. Orda bir şey diqqətimi çox çəkdi. Məhşhur fasd food restoranı KFC var idi. Yanındada hansısa Türk özünə Toyuq Dünyası adında bir milli KFC kimi bir şey açmışdı.Sizi inandırım ki KFC ,Burger King ve s bu kimi markalarda it uladığı halda Toyuq Dünyasında adam əlindən yer yox idi. Desəm ki Toyuq Dünyasındakı yemək KFC dən dadlı idi ,oda yalan olar. Məsələ bilirsiz nədir? Məsələ insanların milliliyə daha çox önəm verməsidir. Mənim milli brendim varsa ,niyə KFC yeməliyəm deməsidir.Belə olan halda milli brend istəsədə istəməsədə inkişaf edir.
Yerli istehsalçıya sual verirəmki,zatən səndə Alman kimi baza yağını xarıcdən və qatqınıda Alman hardan alır ordan alırsan. Niyə Alman yağı kimi bir yağ istehsal etmirsiz? Axı o elə bir çətin proses deyil. Elə güçlü texnalogiya da tələb etmir. Alırsan baza yağını, alırsan İnfiniumdan, Aftondan, Lubrizoldan qatqını. Respetidə zatən onlar verir. Qatırsan qarışdırırsan olur yağdaaa. Guya Alman özündən nəsə kəşf zad eləmirki? Bu qatqı ilə baza yağını ha Almaniyada qapalı zavodda qatışdırdın, ha Belçikada, ha Amerikada ,ha Azərbaycanda.
Qardaş baxdı üzümə dediki mən düzəldərəm. Alan olacaq? Və ya sən sata biləcəksən?
Dedim yox.
Dedi bax ona görədə biz o standartlara gedib çıxa bilmirik. Qazanımız var, praduktumuzda var, amma insanlar bizim yeməyi almaz.Hər zaman gedib KFC alar. Bu bizim beynimizə oturmuş bir aksiomadırki Azərbaycan malıdırsa keyfiyyətsizdir.
Özü də mən sizə iminliklə bir şey deyim ki burda istifadə etfiyimiz bir çox avtropa məhsulunun zavodu inanım Allaha ki tövləyə oxşayır. Bizim zavodlardakı şərait daha müasirdir.
Zaman gələcək bəlkə də gələcək nəsillərin başında bu cür problem olmayacaq. Təbii ki bu sənaye gedib gələcəyə çata bilsə. Çünki xaricdə 100 illərlə davam edən markalar bizneslər var. Onların övladları və nəvələri bu istehsal ən ənəsini qoruyur. Bizdə isə Atanın qurduğu zavod heç oğula gedib çatmır))).
Nəysəəə eləbil axır axırda yungul quşladım. Sabahınız xeyir.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.