NƏYƏ GÖRƏ İŞLƏR ZƏYİFLƏYİR?
Son zamanlar ətrafımdakı avtomobil ustaları, yağ dəyişənlər işlərin zəiflədiyindən və əvvəlki kimi olmadığından şikayətlənirlər. Amma bunun niyə baş verdiyini araşdırmır və gələcəkdə hara doğru getməsinin analitikasını aparmırlar. Axı niyə gündən günə maşın çoxaldığı halda iş zəifləsin ki?
Əslində avtomobil sahəsində iş coxalıb, nəinki azalıb. Çünki əvvəl Sovet maşınlarında görüləsi bir iş demək olar ki yox idi. Həm də maşın az idi. Indi maşın da coxdur və maşınlar da əvvəlki kimi rahat deyil daha qəlizdir. Bəs niyə deyirlər ki iş yoxdur?
Bunun iqtisadi səbəbi olsa da, proses başqa bir tərəfdə daha da sürətlə inkişaf edir. Səbəbi tehsildə, elmdə və savadsızlıqdadı. Səbəbi yetərsizlikdədi.Iş ona görə yoxdur ki iş görə bilən yoxdur. Ve yaxud da yetərli məlumat və elm yoxdur.
Düzdür cox adam deyəcək ki, bəs yağ nə olan şeydir ki yağlamalarda da iş yoxdur. Bunu ki hamı bilir. Buna elm nə gərək? Əslində belə deyil. Hər yeni mator hər yeni texnika özünün ardınca maraqlı məlumatlar ve xidmətlər gətirir. Yağ da yeni motorlarla bərabər inkişaf edir. Sistemlərlə bərabər işləyir. Maşın bir robortdur. Mexanika ilə elektronikanın vəhdətidir. Mexanika işləməsə maşın error verir. Yağ isə bu mexanikanı qoruyur. Yaxın günlərdə çox məşhur yağ dəyişənə efirdən bizim uşaqların ptofili ilə primitiv bir sual verdim halbu ki o sualı birdakı izləyicilər və sürücülərin əkssər hissəsi çavabını bilir. Usta başladı nala mıxa vurmağa)). Dalıyca verlişə sponsor olan şirkətin nümayəndəsi mənə yazdı ki, ay qaqa uşaqlara denən yekə oğlansız təkərə salmayın yazığı)). Yəni bu bilgisizlik bir yerə kimi aparacaq sonra hardasa stop verəcək.
Cox yaxın gələcəkdə her bir yağ dəyişmə yanında ən az bir kiçik və zəif də olsa diaqnostika aparatı saxlayacaq. Amma uzun gələcəkdə bu da bəs etməyəcək və iş daha da zəfləyəcək. Tək qurtuluş yolu xidməti mukəmməlləşdirmək ve daha cox elmə yiyələnməkdir. Xidmət deyərkən matorxananı şampunla yumaqdan söhbət getmiraaa. Bizdə xidmət deyərkən hammı düşür oranı fışıldadır buranı fışıldadır. O kino bir müddət keçərlidir. Bur gün müştəri ayılır ki sən demə bu adamın başı çıxmırmış.
Muştəri də inkişafdadır. O da sağlam xidməti zamanla başha düşür ve dəyərləndirir. Əks halda müştəri abrından deməyəcək ki, qardaş sənin heç nədən başın cıxmır. Sadəcə sizə əlvida deyəcək. Nəticədə də IŞLƏR ZEIFLƏYƏCƏK!!!
Çıxış yolu varmı? Var təbii ki. Amma bu yolu gərək iş görən özü tapa. Çox böyük bir alqoritmli həlli var bunun. Loru dildə desək zəncirvari halqaları var ki bu halqalar bir birinə möhkəm kilidlənməlidir. Bunu bilmək isə insandan çox böyük potensial çox böyük massa tələb edir. Bunun yolunu iş görən özü tapmasa kimsə az bildiyini belə ətrafındakına örgədəsi deyil.
Əslində dunyada proses coxdandır ki gedir. Çox aci da olsa işi bilməyən cöldə qalsın və zombiləşsin( ölsün) məntiqi işləyir.
Yeni dönəmdə yalnız peşəkarlar sağ qalacaq.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.