Logo

NİYƏ AZƏRBAYCANA ORJİNAL VƏ KEYFİYYƏTLİ EHTİYYAT HİSSƏLƏRİ ÇOX AZ GƏLİR?

NİYƏ AZƏRBAYCANA ORJİNAL VƏ KEYFİYYƏTLİ EHTİYYAT HİSSƏLƏRİ ÇOX AZ GƏLİR?

NİYƏ AZƏRBAYCANA ORJİNAL VƏ KEYFİYYƏTLİ EHTİYYAT HİSSƏLƏRİ ÇOX AZ GƏLİR?

Deməli bu gün sizə nədən danışım. Mən deməsəm  özünüz də bilirsiniz ki, bizim ölkədə orjinal ehtiyyat hissəsi tapmaq biraz qəlizdir. Tam yoxdu da demək də düz çıxmaz, hər yerdə əl çatandı demək də düz çıxmaz.  Əminliklə deyə bilərəm ki bu gün bu Çin malları ən yaxşı satılanlar arasındadır. Səbəb isə qiymətdir cənablar. Mən idxalçı firmaların demək olar ki ən böyüklərini tanıyıram və hər zaman təmasdayam. Çin malı gətirənlər bu gün məhsul çatdıra bilmir. Amma brend mal gətirənlər isə o düvriyyələri görə bilmir. 
Bu gün Azərbaycan sürücüsünün maddi imkanı çatmır ki, gedə əyləc diski alanda, əyləc qəlibi alanda  məsəlüçün Brembo ala. Məhsul əladır? Ən əlasıdır . Amma qiymət bahadır. 
Sürücü neynəyir ? Gedir düşür bazara daha ucuzun axtarmağa. Bəs o ucuz Brembo kimi dözümlü olacaqmı? Xeyir özünüz də bilirsiniz ki, olmayacaq.
Bu gün ayda 1000 azn məvacib alan insan avtomobil alırsa, onun avtomobili xarab olanda imkanı çatmayacaq normal ehtiyyat hissəsi almağa. Çünki 1000 azn orta bir ailənin orta dolanmağı üçün zorla bəs edən bir məbləqdir. Durub həmən adama desən ki, qardaş sürmə sənə avtomobil lazım deyil, açığına gələr təbii ki. Mənim sürənlərdən nəyim əskikdir deyər. 
Heç nəyin əskik deyil gözəl insan. Sadəcə qazancın azdır. Avtomobilin xarab olanda o az olan və evə zorla yetinən qazancından kəsib bir təhər girdirmə ehtiyyat hissəsi alırsan. Oda ki səni yenə yarı yolda qoyur. Sonrada ya deyirsən ki, filan maşın yaxşı maşın deyil, ya da ki Azərbaycana yaxşı ehtiyyat hissəsi gəlmir yaxşı yağ gəlmir. Səmimi desəm özüm də keçən dəfə öz maşınıma benzin nasos alanda  orjinalı 1100 Azn dedilər. Bilmirəm heç hara firması idi onla aldım 400 Azn civarında. Bir müddət sonra da  yanacaq filterinin korpusu getdiyim yerdə partladı bakın içərisində. Düzü məhsulu aldığım yer də tanış mağaza idi. Mağaza yazıq neynəsin ki, mən Porscheyə uyğun adam deyiləm. Bəzən biz hər hansı bir luks avtomobilin 10 il işlənmişini alanda elə düşünürük ki, guya day 10 il sürülüb deyə bunun ehtiyyat hissəsi ucuz olmalıdı. Amma əslində isə belə deyil. Luks avtomobilin köhnəsinin belə orjinal ehtiyyat hissələri luks qiymətinə olur. Luks maşına ucuz ancaq girdirmə mal tapa bilərsən ki o da luks maşında qarın ağrısı verir. Baxmayın siz maşının münasib qiymətə olmasına. Ona görə də bir müddət sürülən luks avtomobillər daha çox qiymət itirir nəinki ortalıqda daimi alınıb satılan maşınlar. Fikir vermirsiz ki çeşka hələ də 15 ildi 10000 manatdan aşağı düşmür)))? Zalım necə maşın biraxıbsa ili köhnəldikcə elə bil qiyməti də qalxır. Zarafat edirəm təbii ki. 

Keçən il Almaniyada uzun probeq sürüb, bizdə moto saata görə niyə alınmadığı barədə marifləndirici video hazırlamışdım. Şərhlərdə çox sayda Azərbaycana yaxşı yağ gəlmir yazıları oxudum. Ərinkmədim bir bir hamsına yazıb nə yağı istifadə etdiyini soruşdum. Bütün şərh yazanlar harda gic gic yağlar varsa adını çəkdilər. Qardaş Madaqaskar yağı alan, Zimbabve yağı alan Azərbaycana yaxşı yağ gəlmir deyəcəkdə day. Gör o sözü Meguin ,Total , Bizol, Rowe, Amsoil , Ravenol, Motul , Liqui moly, Repsol, Shell, Mobil ,Eurolub, Valvoline və s kimi yağları alan adamlar deyər?
Çıxsın bu sadaladəğım yağları alanlar desin ki mən filan dediyiniz yağı alıb istifadə edirəm və əminəm ki bu pis yağdır və ya paddelka filandır. Yağ bəyənməyənlər, hamsı Sumqayıt yağıdı deyənlər və o cür düşünənlər demək olar ki, yaxşı yağa imkanı çatmayıb Zimbave yağı alanlardı. Ə bəs əziz qardaş sən Zimbabve yağından hansı performansı gözləyirdinki?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.