Logo

NİYƏ AZƏRBAYCANDA AVTOMOBİLƏ PERİODİK BAXIM MƏDƏNİYYƏTİ YOXDUR?

NİYƏ AZƏRBAYCANDA AVTOMOBİLƏ PERİODİK BAXIM MƏDƏNİYYƏTİ YOXDUR?

NİYƏ AZƏRBAYCANDA AVTOMOBİLƏ PERİODİK BAXIM MƏDƏNİYYƏTİ YOXDUR?

İstehsalatın və xidmətin bir cox sahələrində olduğu kimi, avtombil təəmiri və baxımı sahəsində də bir balaca hozuluq var (sən Allah hozunun nə olduğunu sual verməyin). Dünyada tək tük ölkələrdənik ki bizdə 2 bə ya 3 aydan bir avtomobili periodik ümümi baxıma aparamaq söhbəti yoxdur. Bəlkədə bizim kimi Afrika ölkələri zad belə olar. Çünki biz heç canımızı peryodik baxıma aparmırıq qalmışdı ki maşını aparaq. Ama bir şeydə var ki bizım əksəriyətimizin genində malımızı canımızdan cox istəmək də var axı. Amma yenə aparmırıq.
Burda bir necə amil var . 
Ustadan qorxu. Aparacaqsan yoxlatdırmağa usta problem olmayan yerdən problem cıxarıb sənnən pul qoparmaq üçün hər hoqqanı verə bilər. Həqiqətən də elədi. Mən usta tanıyıramki maşının altında stabilizatorun rezinindən gələn səsi kəsmək üçün bütün peredoku söküb yığır ki işdən pul cıxarsın. İndi belə ustaya periodik baxıma maşın aparamq olar ? Dədə canı olmaz 

İndi  tutalım sürücü deyiri ki bu boks ustaları maşennikdi aparaq rəsmi servizə. Orada aparırsan səni elə qarşılayırlar ki ən əziz adamları kimi bəh bəh bəh. 
Məllim orda oturma burda otur, burda oturma orda otur bəs indi ustalarımız yoxlayacaq. Birdə görün ağ saruckalı qaqam əlində papqayla gəlir. Sənə mədəni mədəni əlindəki 1000 azn dəyərindəki siyahını elə rahat rahat oxuyur ki, adam özü şoka düşürki mən bu xlam maşınla bura sağlam necə gəlib cıxmışam a kişi?
Bax ustalar servizlər belə edir deyə sürücülər də avtomobilın periodik yoxlamalarına qarşı düzgün yanaşmır. 
Bax belə şeylərə görə sürücü adi yağ dəyişmədə belə gözləmə otağında oturub çay içmir durur ustanın başının üstündə ki birdən aldadar.
Nəinki avtomobil sektorunda, bu bir çox sektorlarda belədir. Məsələyə ümumi olaraq baxsaq ölkə vətəndaşları olaraq bir birinə o qədər atış gəlmə, yalan danışma pik həddə çatib ki , heç kim heç bir mövzuda bir birinə etibar etmir. Çöldə dilənən evsiz eşiksiz əlilə belə şübhə ilə yanaşıb pul vermirik  ki birdən əlil olmaz . Rahat pul əldə etmək üçün maşenniklik edər. Çölü lap qırağa qoyaq. İnanın ki mən aylələr görmüşəm ki bala dədəyə fırlıldaq gəlir. Ana ataya fırıldaq gəlir və ya bacı qardaşa yalan deyir və bu şeylər hətda ailə daxili güvən problemlərinə yol açır.
Siz necə düşünürsünüz? 
Milli güvən nə zamansa bizdə xalq olaraq formalaşacaqmı? Yoxsa elə qəbirə gedənə qədər beləmi olacağıq?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.