NİYƏ BƏZİ YAĞLARI TÜRKİYƏDƏN SİFARİŞ ETMƏK DAHA UCUZ BAŞA GƏLİR, NƏİNKİ BURDAN ALMAQ?
Başlığı oxuyanda artıq hammı bilir ki söhbət nədən gedir. Son zamanlar sürücülər arasında bizə unvanlanan sorğularda bu məsələnın payı çox genişdir. Əslində bu məsləni ölkəmizdəki bütün yağlara şamil etmək olmasa da, iki üç marka var ki bu söz söhbət həmişə onların ətrafında gedir. Qalan yazıqlar elə orta normaq qiymət qoyub satırda. Mən bu mövzu barəsində çox geniş, detallı, sübutlu bir yazı yaza bilərəm və məni tanıyanlar da bilir ki, məsələni hər incə nöqtəsinə qədər izah etmə potensialım vardır. Amma dünən paylaşdığım o boyda qızıldan dəyərli sözlərlə zəngin olan videonu 35 nəfər bəyənəndən sonra özümə söz vermişəm ki hər şeyi detallı, elmi, camahatın tam olaraq anlaması və başa düşməsi üçün yazmayacam. Nəsə olanda 2 cümlə ilə deyəcəm belə edin. Edən edər etməyən də özü bilər.
Keçək mövzuya. Əzizlərim Türkiyədən Trendyoldan ucuz aldığınız yağların keyfiyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Eyni yağdır və bizim distirübütorlarla eyni zavoddan eyni qiymətə də alırlar. Soruşacaqsınız ki bəs orda niyə ucuz bizdə bahadı? Bu idxalçının nəfsinə və siz alıcıların avamlığına bağlı olan məsələdir. Avamlığı təhqir kimi yox sadəlövlük kimi başa düşün. Siz alırsınız deyə onlarda qaldırır. Siz bahalını ideal bilirsiniz deyə onlar da baha edir. Siz reklamla mal alansız deyə onlarda reklama xerc verir və o pulu da yenə konosterin üstünə qoyub sizdən alır. Yəni siz nə istəyirsinizsə onlar da onu edir. Bunu aradan qaldırmaq üçün yolu varmı? Bəli var
Ağlın var alma. Ola bilər bu ağlın varsa söhbəti biraz sərt oldu. Amma səmimi, qardaşyana deyirəm və inanin ki elədir. Sadəcə 2-3 ay sən alma, o almasın gör necə enəcək qiymət. Nə zaman ki qiymət enməyəcək, deməli siz hələ də almaqda davam edirsiz ki enmir. Qısa və konkret başqa söhbət etməyə də gərək yoxdur. İndi gəlin söhbət edin . Belə mövzular ümüd edirəm ki marağınızdadır.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.