Logo

NİYƏ BİZ HƏR ŞEYƏ TEZ İNANIRIQ?

NİYƏ BİZ HƏR ŞEYƏ TEZ İNANIRIQ?

NİYƏ BİZ HƏR ŞEYƏ TEZ İNANIRIQ? 

Bu günkü mövzum tam mühərrik yağ işinə aid olmasa da azça bağlıdır. Həm də bu gün sizlərin də yazaçağım mövzu barsəsində fikirlərinizi almaq və sizinlə diskusiya aparmaq istəyirəm. Qeyd edim ki yazdıqlarım öz subyektiv fikrimdir və sizin düşüncələrinizlə üst üstə düşməyə bilər. Amma siz də bu barədə düşündüklərinizi yazsanız sevinərəm.
Deməli bizim insanlarımızın əksər hissəsində bir şeyi kəşf eləmişəm. Deyilən hər şeyə sorqulamadan araşdırmadan inanmaq. Məsələn bir usta hardasa nəsə gopa basırsa 3 gün sonra hər hansı bir müştəri məndən o şeyi tələb edir ki gəl belə edək filankəs belə dedi. Baxıram belə ki bu necə oldu buna inandı? Deyirəm qardaş sən deyilənə inandın yoxsa özün araşdırdın inandın? Deyir yox araşdırmamışam özüm. Belə dedilər inandımda. 
Məsələn məndə yotubedə videlar hazırlayıram, burda müəyyən qədər öz sahəmizə uyğun məqalələr yazıram. Amma bu mənim də yazılarıma və videolarıma qarşı belədiree. Əksər hissə sorqulamadan araşdırmadan bir başa onu qəbul edir. Mən demirəm mən yalan nəsə çəkirəm və ya yazıram. Mən demirəm kimsə hardasa yalan danışır. Mənə sadəcə maraqlı olan insanların istənilən məlumata araşdırmadan bir başa inanmasının təməl prinsiplərini araşdırmaqdır. 

Mən bunun yazmağım doğru olmasa da özüm üçün çavabını tapmışam. Bu bizim genimizlə və dünyaya baxış tərzimizlə bağlı bir məsələdir. Biz dinimizə belə sorqulamadan, araşdırmadan, görmədən inanan bir toplumuq. Məsələn biz Cənmətə, Cəhənəmə, ordaki Hurilərə və Qılmanla  sorqulamadan inandığımız necədirsə , bir balaca tanınmış və ya ortalıqdan olan adam nəsə desə tez inanırıq. Çünki biz sorqulamadan inanmağa ilk olaraq dinimizdən başlamışıq. Ona görə də bu bizdə bəlkədə vərdiş halını alıb. İnsan olaraq bizə ötrülən hər hansı bir informasiyanın nə dərəcədə doğru nə dərəcədə yanlış olmasını araşdırmırıq. Təbii ki araşdıran sorqulayan bir qism insanlar vardır. Onlar hətda araşdırıb deyilən fikirlərdə qüsurlarda tapırlar. Məsələn mənim yazdığım məqalələrdə və ya videolarda dəfələrlə qüsurlar tutan izləyicilərim olub və bu mənə ləzzət edib. Birdə qüsur etməmək üçün daha çox araşdırmağa daha çox örgənməyə məni məçbur edib həmən izləyicilər. Amma belə insanlar çox azdır. 
Bəs sizin fikirləriniz necədi bu barədə? Oxuyanlardan çox xaiş  edirəm hər kəs nəyi necə düşünürsə elə də şərhdə öz fikrini yazsın. 
Sabahınız xeyir. Gününüz uğurlu olsun.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.