Logo

NİYƏ XARİCDƏN GƏLƏN AVTOMOBİLLƏRİN MÜHƏRRİKLIRİ 4-5 GÜN SAKİT İŞLƏDİYİ HALDA, SONRADAN HEYVAN KİMİ BÖYÜRÜR?

NİYƏ XARİCDƏN GƏLƏN AVTOMOBİLLƏRİN MÜHƏRRİKLIRİ 4-5 GÜN SAKİT İŞLƏDİYİ HALDA, SONRADAN HEYVAN KİMİ BÖYÜRÜR?

NİYƏ XARİCDƏN GƏLƏN AVTOMOBİLLƏRİN MÜHƏRRİKLIRİ 4-5 GÜN SAKİT İŞLƏDİYİ HALDA, SONRADAN DANA KİMİ BÖYÜRÜR?

Bu mövzuda avtomobil quruplarının birində bir qardaşla müzakirə edirdik. Sonra fikirləşdim ki, həmən müzakirənin mövzusunu da yazım ola bilsin kiməsə maraqlı olar, kiminsə başına gəlmiş olar və suala cavabını tapa bilməz. Bu sual bir çox hallarda mənə verilib. Əsasən də Koreyyadan, Amerikadan və Avropadan yeni maşın gətirən insanlar bunu hiss edib. Düzdü mənim kimi çox adam heçnə hiss etmir, helə şeyə baş da qoşmur. Amma maşına, onun matoruna qarşı həssas olan bəzi insanlar var ki ,motorda əlavə çıqqq səs olan kimi o səsi tutur. 

İzləyici soruşur ki, ay qardaş maşınım Amerikadan gələndə içindəki Amerikan yağı ilə, Amerikan benzini ilə saat kimi işləyirdi. Elə ki burda biraz sürüldü 95 benzin və Amerikan yağı işlətsəm də motorun səsi əvvəlki səs deyil. Bunun səbəbi nə olar?

Düzdü ola bilsin bir çoxunuz bu sual qarşısında bəlkə də qalıbsız. Amma çoxu bunun səbəbini guya ki orjinal olmayan yağda görüb, halbuki yağıarın orjinallığında problem yoxdur.  Bəziləriniz keyfiyyıtsiz yanacaqda görüb, halbuki bu gün də Azərbaycanın çox keyfiyyətli dizel və benzin yanacağı var. Hətda bu günə kimi 95 oktanlı yanacaq Azərbaycana Rumuniyadan gəlirdi. Hələ indi indi özümüzünkülər buraxacaq. Mən inanıram ki çox yaxşı yanacaq olacaq ən yüksək keyfiyyətli. Çünki məlumatım var o qurğular necə həssaslıqla qurulub. 

İndi məsələ odur ki, bəs niyə əgər hər şey qaydasındadırsa bu matorlar sonradan biraz səsli işləyir? Səbəbi havadır hava. Düzdü bir çoxunuz inanmayacaqsız bəlkə də. Amma bilmənizi istərdim ki, daxili yanma mühərrikində yanma prosesi gedərkən yanacaqdan çox hava istifadə olunur. Benzin mühərriklərdə bir kilo benzinin yanması üçün  14.7 kilo hava tələb olunur. Dizeldə 14.6 , LPG də 15.5, CNG də 17 .2 kilo  hava tələb olunur ki yanma tam qaydasında getsin.  Gördüyünüz kimi yanmada havanın önəmi yanacaqdan ən azı 15 dəfə çoxdur. Bəs siz hesablamısınızmı ki, bu alınan havada oksigen karbon faizi nə qədərdir? Xeyir hesablamamısız. Mühərrikin yanma üçün tələb etdiyi təmiz oksigenli  havanın yalan olmasın Bakıda elə bəlkə də yarısı karbondu. Bu maşın yetim bu hava ilə necə işləsin? Məgər siz əsasən də Şamaxı tərəfdən Bakıya gələndə üzü yuxarıdan baxıb Bakının mazutlu duman içində olduğunu görməmisiz? Çoxunuz da görübsünüz. Lətifəsi bizdən uzaq o bir məsəl vare Kamsamolun canı it canıdı Kərbəlayi. İndi yenə də deyirəm lətifəsi bizdən uzaq bizik ki bu havada dözüb yaşayırıq. Maşın yazıq da elə ancaq bir təhər nəfəs alıb azacıq səsli də işləyirsə böyük şeydi.  Kimdir günahkar? Təbii ki özümüz. Mən, sən, o, hər birmiz.  Katalizatorunu çıxaran sürücüdür gunahkar. Dpf filteri ləğv edən sürücüdür günahkar. Kamazla tüstüləyə tüstüləyə sürənlərdir. Filtersiz şadlıq evlərinin manqallarıdır. İstixanalarda atrabotka yağ yandıranlardı. Heç bir təmizləmə qurğusu olmayan, heç bir yoxlamadan keçməyən və hamsı Bakı Sumqayıtda yerləşdirilən yekələrin sənaye fabriklıridir. Teksmotorda maşına baxmamış pulu alıb sürməyə tullayan məmurdur günahkar. Hamsını edən özümüzük. Hələ hökmət indi ay haraya düşüb ki, Bakıda nəfəs almaq olmur. Bu saat ölkədəki baş verən ekaloji addımlarda bunun nəticəsindədir. Dövlət velosibet yolu çəkməklə guya bu işi həll etmək istəyir amma bu mümkün olmayacaq. Çünki ilk öncə insanlarda cəmiyyətin hər bir kəsimində düşüncə dəyişməlidir. Yanaşma dəyişməlidir. Xərçəng xəstələri üzrə bəlkə də dünyada rekort vururuq. Guya ölən kimdi ki? O da bizimkidir də. Həmən havanı zəhərlıyənlərin əmisi oğludu xalası oğludu.

İndi sizdə sual yaranacaq ki bəs matorlarda hava filteri nə zibilə dərmandır? Dəyərli dostlar matorlardakı hava filteri tozu saxlamaq üçündür. O da orjinalı olarsa. Girdirməsi heç tozu da saxlamır. Basır verir motora.  Hava filteri havada oksigeni karbondan ayırmır. Siz motorda fərqli işləməni yoxlamaq üçün adi bir dağ rayonuna gəzməyə gedəndə sadəcə düşün motorun səsinə qulaq asın. Onda Bakıdakı səslə rayondakı səsin fərqini tutacaqsız. Adi özünüz Rayonda nəfəs alanda necə görürsünüze ciyarınız san ki genişlənir. Rahat nəfəs alırsız doyunca.  Bax maşın yetim də sizin gününüzdədir. 

Oxuduğunuz üçün təşəkkür edirik. Fikirlərinizi şərh bölməsində yaza bilərsiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.