ÖLÜMƏ APARAN ÖLÜXANA EHTİYYAT HİSSƏLƏRİ.
Bu gün Azərbaycan avtomobil sektorunun daha bir hissəsindən, ölüxanalardan danışacağıq. Əslində ölüxanalar dünyanın bir sıra ölkələrində var . Məsələn sizin ən zəngin bildiyiniz Birləşmiş Ərəb Əmirliklərində. Ama onların ölüxanaları özləri ücün deyil bizim üçündür.Biz gedib daşıyıb ordan gətirib burda satırıq. Gürcüstan ölüxanalırı da əsasən bizi təmin etmək ücündur. Cunki biz sevirik avtomobil nasaz olanda ona təzə deyil resursu itmiş yarım can ehtiyat hissəsini almağı. Əslində hələ ölüxana ehtiyyat hissəsi Azərbaycanda yeni firma malından daha baha olur bəzən. Nədir axı burda səbəb ?
Ilk once günahkar ölkəyə orjinal ehtiyat hissəsini gətirə bilməyən mağazalardadır. Bəzən elə olur ki ölüxanadan alınan detal dükandakı təzə ehtiyyat hissəsindən qeyrətli olur. Ama dukanlarıda qınamaq olmurdaaa. Orjinal mal baha olur deyə əlində qalır. Alan olmur yaxşı məhsulu. Məsələn bizim servizdə Brembonun Fusion ümün olan əyləc qəlibi 1 ildi satılmır. Nədi ki Brembon 100 manatdı. Türkiyənin Kale firması 60 manatdı. Kalenidə qoyan 2 aydan bir əyləc qəlibi dəyişir. Oturub hesablasa zaman və sürüş məsafəsinə vurub toplasa görəcək ki əslində Brembo Kaledən 2 dəfə ucuz düşür. Sadəcə sürücü onu hesablamır. Bu gün cibində nə var və nə ala bilərsə ona baxır.
Sonra günah maliyə məntiqi düzgün formalaşmayan sürücülərdədədir. Bizim insanımız yorğana görə ayaq uzatmır. Necəki biz İPhone 13 ü kreditlə alıb ona kontur vura bilmiriksə, sürücülərdə qonşu qohum məni müasir bahalı maşında görsün deyə alırlar. Ama avtomobil xarab olanda başlayırlar ölüxana gəzməyə. Bəlkədə dünyada işlənmiş təkər bazarı olan ölkə hələdə biz qalmışıq. Hələ ən prikolu bazarda işlənmiş təkər alanda QAQA SƏN CANIN İLİ TƏZƏ OLSUNHAAAA deyənlərdi.
İndi siz arqument gətirəcəksizki bizdə dolanışıq zəifdir,sosyal problemlər coxdur,məvaciblər aşağıdır,pensiyalar aşağıdır, uşaq pulu vermirlər və s.
Bəli sizi anlayıram. Dediyiniz səbəblər yaşam standartları üçün haqlı səbəblərdir. Ama bəs dolanışıq yoxdursa niyə bizim şəhərin küçələrindəki maşınların əksəriyyəti 30-40 min manatlıq maşınlardı? Mən bilirəme məvacib bizdə azdı. Bəs onda o az məvacibi alan adamda 40000 manatlıq maşın nədi?
Avropada ayda 3000 AURO məvacib alan bir vətəndaş sevə sevə OPEL ASTRA dizel sürür. VOLKSWAGEN GOLF dizel sürür. Amerikada 3000$ məvacib alan sadə amerikalı TOYOTA PRİUS sürür. A kişi Almaniyada o boyda Addinol zavodunun sahibi F30 dizel BMW sürürdü. Deyirəm Corc niyə yaxşı maşın almırsan? Deyir mən bununla xoşbəxtəm. İşimi görür rahatam. Utandım deməyəki mən kakoynibud yağ dəyişən Porsche sürürəm amma bir ildi benzin bakın daccikini alıb yerinə qoya bilmərm. Alcaq yanacağı səhv göstərir))).
Amma siz Azerbaycanda 3000 Auro məvacib alan bir şəxsi minimum Range Rowerdə ,Galenvagendə,Porschedə, Təzə X5də JEEP Wranglerdə görə bilərsiniz.
Mən düşünürəm ki genəlmək üzrə çempionat keçrilsə biz dünya çempionu olarıq. Amma ən bahalı maşınlar sürsək də onun bunun atoxod işlənmiş ehtiyat hissəsini, təkərlərini bəh bəhlə almaq üzrə çempion da biz olarıq.
Öküxanadan tutalım ki sideniya cırılıbsa almaq olardaaa. Nəbilim sağ stop ,sol fara , kapot krıloda olar. Çünki bu detallar hərəkətin təhlükəsizliyində bir o qədərdə önəmli deyil.
Day təkər yoxda, razvalnı yoxda, amartizator, benzin nasos, linklər, şaravoy, mator və ya karobka ehtiyyat hissələri yoxda əzizlərim.
Birdən elə bilərsiz ki mən camahatı qınayıram özümü bomba oğlan zaf hesab edirəm. Əsla yox. Mən özüm də oz maşınıma bunu qüsur bilsəm də ölüxanadan nəsə alıram. Sadəcə necə edək ki bunu etməyək onun yolunu axtarmağa çalışıram.
İndi elə öz maşınıma 4 ədəd R22 Run Flat təkər lazımdı. Zapas təkər olmur deyə Run Flat vaxcibdi. O da ki ən azı 3000 pul edir. Bu saat ölümü qoyub dirimi ağlayanım lazımdı. Yaxşı bir Padar arvadı lazımdı qoya qabağına məni dil deyib ağlaya.
Fikirlərinizi şərh bölümündə yazmağı unutmayın.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.