Logo

ORJİNALINI İSTİFADƏ ET ÇİRKLƏNMƏYƏCƏK.

ORJİNALINI İSTİFADƏ ET ÇİRKLƏNMƏYƏCƏK.

ORJİNALINI İSTİFADƏ ET ÇİRKLƏNMƏYƏCƏK.

Deməli dünən avtomobil qurupların birində bir qardaş maşının üstündən yanacaq filterini çıxarıb kəsib video çəkib paylaşıb ki, bəs niyə bu filterin içi bu gündədi və niyə bu qumlu və s dir? Oturub ərinməz ərinməz şərhləri oxuyuram baxıram hammı yazır ki, orjinalını qoy elə olmayacaq. Ay filan firma qoy məndə onnan qoyuram çiçək kimi cıxır zad.  Hələ soxa soxda camahatın sorğusunda məhsulu reklam edən firmaları heç demirəm də. 
Əzizlərim biz çox gözəl və qiymətli xalqıq. Amma bir çox mənfi xususiyyətlərimiz də var genetik olaraq. Bunlardan ən önəmlisidə başı çıxmaya-çıxmaya istənilən söhbətə Türk demiş maydanoz olmaqdı. Kim bildi və ya bilmədi ona aid olan və ya olmayan mövzu barəsində şərh verir bu da insanların məsələni aydınlaşdırmaq yolunda səhv etməsinə gətirib çıxarır. Nə məcburdur ki, kimsə bir şeyi dəqiq bilmədiyi halda , o sahənin mütəxəsisi olmadığı halda sadəcə məndə qoy rəy verim xatirinə yanlış imformasiya verə? 
Deməli əziz qardaşlar əgər siz də bir gün yanacaq filterinizi kəssəniz nəbilim vizual olaraq zibilli görsəniz burda filterlik bir şey yoxdur. Ağıl var məntiq var. Heç bir zavod zibilli filter istehsal edib göndərmir. Filter zibillə dolubsa deməli ya yanacaq çəninin içi zibillidir, ya nə vaxtsa hardasa çənləri təmiz olmayan YDM dən yanacaq vurmusunuz və s. Yəni ki filter çirk istehsal etmir. Yanacağın tərkibindəki çirki tutub özündə saxlayır. Filterin bu çökümtüləri  tutub özündə saxlaması yaxşı haldır və filterin öz işinin öhdəsindən gəlməsini göstərir. Fərqi yoxdur o filter orjinaldır və yaxutda hansısa fitmanın məhsuludur.

Sizə tövsiyyəm sosyal şəbəkə platformalarında maşınla bağlı sorğu açarkən, cavabların mütəxəsislər və ya adı sıravi heç maşından anlayışı olmayan sürücülər tərəfindən yazılmasına diqqət edin . Yanlış rəy sizi yanlış yola, yanlış istifadəyə və  hətda küllü miqdarda xərcə də sala bilər. Nəzərə alın ki sosyal şəbəkələrdə sizə ağıllı- ağıllı məsləhət verən sürücülərin əksər hissəsi inanın ki avtoservizə gələndə yamaya düzgün maşın sala bilmir. 
Oxuduğunuz üçün təşəkkür edirəm.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.